Mirzə Xəzərin Səsi: Məlahət Ağacanqızı: MASKAlı manyaklar
Məlahət Ağacanqızı: MASKAlı manyaklar
Deputat olmaq üçün özünü auksiona çıxarmağa hazır olanlar həyəcan içindədir: Milli Məclisin stollarını bəzəməyə görə  5 il maaş almaq istəyən canlı portretlər, büstlər, heykəllər həddən artıq çoxdur. Seçkiyə 2 ay qalmış  onlar  müvəqqəti ayağa qalxacaq, xeyirxahlıq maskalarını taxıb yollar çəkəcək, yardımlar paylayacaqlar. Güman var ki, namizədliyini ilk dəfə verənlər hətta əlindən su dolu vedrələri alıb düz qapına kimi aparacaq, körpə ağlayanda onu belinə mindirib əyləndirəcək, ehtiyac olarsa
mətbəxdə yığılıb qalan çirkli qabları da yuyacaq. Məmləkətimizdə hər beş ildən bir, 2-3 aylığına camaat  deputat olmaq istəyənlərin məcburi, üşütmə gətirən  yardımlarına məruz qalır. Elə ona görə də yayın istisində payızın soyuq, saxta seçki havası artıq  hiss olunur və o “hava”nı hiss edənlər üşüyür. Milli Məclis hökumətin güzgüsüdür. İllərdir, millət o güzgüyə baxa-baxa qocalıb eybəcərləşir.  Gözəli eybəcər göstərən(edən) güzgülər ancaq əyləncə mərkəzlərində, sirklərdə olur. Ona da 1-2 dəqiqədən
artıq baxmaq olmaz, yoxsa havalanarsan. Hökumət isə hər 5 ildən bir adamları dəli etmək üçün analoqu olmayan Yeni  Milli Saxta Güzgü düzəltməkdən həzz alır. Yəqin ki, deputatlığa namizədlər təbliğatları üçün müğənnilərdən istifadə etməyəcək. Elə olmasaydı, seçkiqabağı Müğənnilər Şurası üçün yeni obyekt tikilərdi, çalıb-oynayanlara mükafatlar verilərdi, evsiz müğənnilər üçün bina tikilməsi planlaşdırılardı. Budəfəki seçki ilində hakimiyyət jurnalistlərlə məzələnməyi nəzərdə tutub. Elə ona görə də, Milli Mətbuat
Gününün 135 illiyi ərəfəsində strateji əhəmiyyəti   olan  iki  obyektin açılışı oldu, girişlərinin qırmızı bağı kəsildi. Biri Masazırda “Azərduz” zavodu, digəri isə Mətbuat Şurasının yeni binası. Hər ikisində şəxsən prezident iştirak edib. Nə qəşəng! Obyektlərin birində duz, digərində isə duzsuz  jurnalistlər istehsal olunacaq. Masazırdan gələn duz maşınları “Mətbuat Şurası”nın qapısından əskik olmayacaq :MŞ – nın yeni binasında boşalmış, xarab olmaq təhlükəsi olan jurnalistləri
əvvəlcə duzlayıb, sonra hisə verəcəklər, olacaqlar “kopçonni yazar”. Məmurların bütün fəsillərdə  “kopçonni” balığa, kolbasaya, ətə tələbatları olduğu kimi, ”kopçonni yazar” lara da böyük ehtiyacları var. Yəqin ki, yaxın vaxtlarda “plastilin yazar” layihəsinin həyata keçməsi üçün büdcədən bir xeyli pul ayrılacaq. Əyilən, sınan, satılan jurnalistlərin ... ucbatından polad kimi əyilməz qələm əhli “yazaram, yazıçıyam” deyəndə xəcalət çəkir. Vicdanlı yazarlara fikirləşib bir yeni ad tapmaq lazımdır. Azad insanlar
üçün EL, EY hecaları çox dəyərlidir, E - ən müqəddəs hərfdir .Odur ki, sınmayanlara ELEYçilər demək daha uyğundur.  Yaxşı olar ki, vicdanlı müəllimlərə, həkimlərə, polislərə də  yeni adlar verilsin. Yoxsa  yazıqlar hər dəfə peşələrinin adını çəkəndə əzab çəkirlər, ən yaxşısına da camaat şübhə ilə baxır. Camaatın şübhə ilə baxdığı adamlar olduğu kimi, şübhə ilə baxdığı verilişlər də var: ATV  - də yayımlanan “El içində” verilişində guya vaxtı keçən, keyfiyyətsiz ərzaqları tapıb göstərirlər,
tənqid edirlər, sonra da “sponsor dayı”nın  qarın sancısı gətirən “Jalə” şirələrini içməyi məsləhət görürlər. Bu məmləkətdə adamlara hətta zəhər almaq üçün də azadlıq verilmir, hərə öz zəhərini satmaq  xətrinə zor tətbiq edir. Elmar Hüseynovla  məhbəsdə - bir kamerada olan tanışım danışır ki, bir dəfə Elmar bəy kameradakı məhbuslardan yedikləri ətin sümüklərini bir torbaya yığmalarını xahiş etdi: “Mən bu ətdən şübhələndim, nə əti olduğunu öyrənmək üçün sümükləri  ekspertizaya yollayacağam”
dedi. Ancaq peşəkar, vicdanlı, cəsur  jurnalist  hətta zindanda da  peşəsinə  sadiq qalmağı bacarar . Eynulla Fətullayevin məhbəsdə yazdığı məqalələr, ziyalıların prezidentə yazdığı  məktubdan  dəfələrlə cəsarətli və dəyərlidir. Geniş zallarda, yumşaq kresloda oturub, sərin su içə-içə yazılan ”xahiş edirik” məktubu ilə vicdan məhbuslarını müdafiə etməkmi olar? Əsl ziyalı  haqq-ədalət üçün prezidentə xahiş məktubu yazmaz, “Tələb edirik!” ultimatumu verər. Cənablar, lütfən maskalarınızı