Mirzə Xəzərin Səsi: Məlahət Ağacanqızı: Eynullanı haqsız tənqid edənlər kaş QADIN olaydılar!
Məlahət Ağacanqızı: Eynullanı haqsız tənqid edənlər kaş QADIN olaydılar!
Şahvələd Çobanoğlu  köşəsində İlham Əliyevin “Sirlər xəzinəsi” ndən “Qatıq satan qadının dastanı” nı təhlil edib maraqlanır ki, ”axı qatıq satmaq nə vaxtdan dəlilik olub?” Çox dərin sualdır, cavabı da çox ağırdır. Dəyərli yazar o sualın cavabını hamıdan yaxşı bilir, biz də babat bilirik: 1993-cü ildən sonra, qatığa  ağ deyənlərə, ağ qatıq satanlara “dəli” deyib dəlixanaya salırlar. 17 ildir “Qara Plan”la hakimiyyətə gələn, düşmənə ağ bayraq göstərib, evlərə əsgərlərin qara tabutlarını yollayan rəhbərlər
“qatıq qaradır” deyir. Ancaq “qatıq qaradır!” deyənlər guya cəmiyyət üçün qorxulu deyil, onlar azad-firavan hər yerdə gəzə bilərlər.  İndi məmləkətdə “qara qatıq” çalmaqla, satmaqla milyonlar əldə edən kişilər peyda olub. Qadınlara fikriniz getməsin, çünki ən kasıb qadın da heç vaxt qara qatıq satmaz .Ona görə də  ağ qatıq satan qadınları DƏLİxanaya, qara qatıq satan kişiləri isə DEPUTATxanaya  salırlar. Hələ bu harasıdır? Bir azdan ağ yumurta satanları qara yumurta istehsalına başlayanlar şərləyib
ömürlük həbs etdirəcək.
”Azadlıq” qəzetində Eynulla Fətullayevin  ”Qara qatıq” yazısı  yayımlanan kimi  qara qatıq fanatları üsyana qalxdılar. Hal-hazırda qara qida məhsullarının fanatları, redaksiyanın şüşələrinə ,Eynullanın  qara qatıq haqqında  dastan yazdığı kameranın qapısına çırpmaq üçün qara yumurta axtarırlar. Amma çox çətin məsələdir. Çünki qatığı qara etmək asandır: maya yerinə qara neft tökmək olar, amma toyuğa qara neft içirdib qara yumurta almaq mümkün deyil. Üstəlik toyuq da ölə bilər. Məlumat
üçün deyim ki, bizim toyuqlar hər il may ayında göy rəngdə, bayramlarda isə qırmızı rəngdə ikisarılı yumurta edirlər :may ayında bolluca qara tut yedikləri üçün, bayramlarda isə çuğundur salatı yediklərinə görə ailəmizə rəngli yumurtalar bəxş edirlər. Toyuqlar bayramdan sonra yeməklərin artığından bol-bol dənlədikləri üçün yumurtalarının rəngi dəyişir. Adamlar var ki, seçkidən əvvəl  artıq  qalan qara yeməklərlə bolluca qidalanır, sonra da  beş il hökumətin qara planları  üstündə kürt oturur.
Əksəriyyət də kişilər. Bəzi kişilər qadınların guya şeytanla, fələklə qohum olduqlarını, ayaqlarının sürüşkən, ağıllarının dayaz olduğunu ... desə də, özlərindən xəbərləri yoxdur. Həmin “titulları” üzərində daşıyan Qadın,  fələkdən betər hakimiyyətin qarşısında  əyilib-qalxan, mandat əldə etmək üçün şeytan kimi yüz cür cildə girən, vəzifə üçün ayağı sürüşən, var-dövlət görəndə ürəyi gedən kişilərdən min dəfə qeyrətli və ağıllıdır. Yaltaq məşhurlardan birini yaxınları danlayıb ki, bəsdir də bir parça
çörək üçün bu qədər alçaldın, axı sən kişisən ! O isə  zarafatla,  analoqu olmayan cavab verib: ”Şükür  edin ki, qadın deyiləm, yoxsa “çox işlər” görərdim, biabır olardınız...” Həqiqətən də, yaxşı ki, bəzi kişiləri Allah qadın yaratmayıb, yoxsa  çox evlər yıxardılar. Əgər yolunu azan qadın kiminsə bədbəxtliyi üzərində özünə xoşbəxtlik koması tikirsə, yolunu azan kişi kiminsə bədbəxtliyi üzərində mülk, ofis tikir, telekanal açır. Eynullanı haqsız tənqid edənlər kaş Qadın olaydılar! Çünki ən