Mirzə Xəzərin Səsi: Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...
Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...
Bir ali məktəb müəllimi  kimi, mən də bir il öncə terror nəticəsində şəhid olmuş tələbə və müəllimlərimizin həmin an mərasimində tələbələrimlə birgə iştirak etməyi öz mənəvi borcum saydım.  Tələbələrimi əvvəlcədən qəti şəkildə xəbərdar etmişdim ki, heç bir şüarçılığa yol vermədən, 30 aprel saat 13-00-ə  təyin olunmuş 1 dəqiqəlik sükutdan sonra  dağılışmalıyıq. Təxminən 12-55 olardı. Təsadüfən, metronun “28 may” stansiyasından çıxan deputat Pənah Hüseyni gördüm və onunla görüşərək C.Cabbarlı
heykəlinin yanına gəldik. Jurnalistlərin əksər gismi Neft Akademiyasının binasının tinində  yığışan tələbələrin çəkilişində ikən, birdən  arxamızada  orta yaşli bir şəxsin hoppanaraq “Azadliq!”(???) deyib yerə çırpıldığının və dərhal da onu əhatəyə alan bir qisim polis və mülki geyimli şəxslərin onu qarşımızda duran avtobusa atdıqlarının şahidi olduq.  Maraqlısı bu idi ki yalnız bir mülki geyimli şəxs onu diqqətlə videoya çəkirdi. Jurnalistlər Akademiyanın binasının tinindən o avtobusa çatanacən
qapıları bağlandı. Mən təəcübümü gizlətməyib, Pənah bəyə “Güman ki o  onların öz adamları idi” ifadəsini tamamlamamış, mülki və polis geyimli adamlar az qala  üstümüzə cumaraq, “müəllim, bizim işçilərə şər atmayın!” dedilər.  “Qoy, bir deputat kimi Pənah bəy bunu dəqiqləşdirsin!”,  fikrimə də məhəl qoymayıb, bizi o avtubusdan uzaqlaşdırdılar. Artıq 13-00 tamam olmuşdu və şəxsən mənə 100 % aşkar oldu ki,  bu dinc AN mərasiminə nəinki imkan  verilməyəcək, hətta, mərasim iştirakçılarının
kütləvi həbsinə başlayacaqlar. O vaxt eşitdim ki, təhsil naziri Misir Mərdanov Akademiyanın binasında bir gisim müəllim-tələbələrlə AN mərasimini qeyd edirlər. Əlbəttə ki, şəxsən yaxşı tanıdığım  Misir müəllimin bu təşəbbüsüni alqışlamaqla yanaşı, onunla görüşüb bəzi sual və fikirlərimi bölüşməyə çalışsam da, bizi o tərəfə buraxmadılar. Polis və mülki geyimli şəxslərin sıx dəstəsi bizi metronun “28 may”stansiyasına tərəf sıxdı. Metroya giriş pulsuz elan edildi və çıxışa icazə verilmədi. Bizə dəfələrlə xəbərdarlıq
edilsə də,  Pənah bəylə birgə bir neçə dəqiqə stansiyanın  bayırında durduq.  Məqam düşən kimi bu polis-mülki geyimlilərin dəstəsini yararaq, S.Vurgun bağına tərəf gedərkən, tələbə və gənclərin zorla maşınlara otuzdurulub apardıqlarının şahidləri olduq. Bir qızı zorla onların pəncələrindən qoparda bildik. Onu ona görə tutub aparırdılar ki, o, Akademiyanın binası qarşısına qoya bilmədikləri gülləri asvaltın kənarlarında  düzməyə cəhd edirdi  və  polisin “ay qız, yeri zibilləməyin!”
fikrinə etiraz edərək,  “Gül bayramında belə deməyə cürətin çatardımı? Heç olmasa, şəhid tələbə yoldaşlarımızın ruhuna hörmət edin!”  demişdi.
Bu məqamda jurnalistlər Pənah bəylə müsahibə götürərkən, “mülki”lərdən biri  onu arxadan itələmək istədi. Onu saxlayıb, “sən nə edirsən, heç olmasa, bu qədər video-foto çəkilişində bunu etmə!”  dedim. O isə, “o de, 100 metr o tərəfdə  Media mərkəzi var,  nə qədər istəyir, gedib orda müsahibə versin də...” dedi. Güman ki, Pənah bəy də vəziyyətin gərginliyini dərk etmişdi, sürətlə onlardan ayrılmağa məcbur olduq... O, yol boyu elə hey bir fikri təkrar edirdi: “heç nə başa düşmədim, axı, özləri
deyirlər ki, bu terrorun arxasında ermənilər dayanıb və əgər tələbə-gənclər bu  “terrora yox!” deyib, şəhid  tələbə-müəllimlərinin ruhunu yad etmək üçün  AN mərasiminə yığışıblarsa, daha niyə buna icazə vermirlər, niyə axı  heç-nədən  bu qədər  hay-küy yaradırlar?!”. Ondan ayrılarkən, elə bir saat əvvəl ondan təəcüblə soruşduğum, “Pənah bəy, nə əcəb, səndən başqa  digər bir deputat bu AN mərasiminə qoşulmayıb?”, fikrimi tamamlayıb, “nə vaxta qədər  ki, “xalq nümayəndələri”
öz  ümumxalq matəm mərasiminə  bu qədər laqeyd və hətta o “polis-mülkilər” kimi bu qədər vicdansız münasibət bəsləyəcək, hələ belə terrorlar çox olacaqdır...” dedim.