Mirzə Xəzərin Səsi: Azərbaycan: Minnət edənlər, minnət qoyanlar və minnət götürənlər ölkəsi
Azərbaycan: Minnət edənlər, minnət qoyanlar və minnət götürənlər ölkəsi
Yer kürəsi Günəşin ətrafında fırlanırsa, Yer kürəsinin balaca bir parçası olan Azərbaycanda hər şey minnət ətrafında fırlanır. Azərbaycan minnət edənlər ölkəsidir. Azərbaycan minnət götürənlər ölkəsidir. Azərbaycan minnət qoyanlar ölkəsidir.
Bu məmləkətdə minnət edənlər və minnət götürənlər əksəriyyətdə, minnət qoyanlar əqəliyyətdədir. Lakin, bu məmləkətdə azlıqda olanminnət qoyanlar əksəriyyətdə olan minnət edənlərdən və minnət götürənlərdən hər sahədə güclüdür. Hakimiyyət, pul, səlahiyyət minnət qoyanların əlindədir. Elə bu səbəbdən minnət edən və minnət götürən əksəriyyət minnət qoyan əqəliyyətdən asılı vəziyyətdədir. Qəribə dünyadır. Və Azərbaycan bu qəribə dünyanın qəribə bir məmləkətidir. Minnət edən və minnət götürən gününə salınmış vətəndaşların
boynuna minnət qoyaraq ölkənin bütün rayon, kənd və qəsəbəsində keçmiş prezident Heydər Əliyevin heykəllərini ucaldan prezident aparatının kommunist dövründən qalmış nomenklaturası İlham Əliyevin  bütün rayon və şəhərlərdə portretlərinin yığışdırılması barədə göstəriş verdiyini bəyan etdi. Maraqlı göstərişdi. Çünki, göstərişin təfsilatı ilə tanış olanda, onun hər kəlməsində minnət qoymaq cəhdinin dərin izlərini görməli olursan. Birinci minnət. İlham Əliyevin sözlərinə görə, o, seçki qanunvericiliyinə hörmət
etmək istədiyi üçün bu göstərişi vermişdir. İkinci minnət. İlham Əliyev habelə deyib ki, seçki kampaniyası başlayanda o da namizədlərdən biri olacaq, ona görə də, heç yerdə başqalarından artıq şəkli olmamalıdır. Qəribə fikirdir. Hakimiyyətin bütün qollarını və strukturlarını, habelə maliyyə imkanlarını əlində cəmləşdirib seçkiyə gedən bir şəxsin xarici dünyaya o biri namizədlərlə bərabərhüquqlu olduğunu nümayiş etdirmək üçün öz portretlərini küçələrdən yığışdırması inandırıcı bir dəlil olaraq çətin qəbul edilsin.
Bu göstərişin də xalqa minnət qoymaq məqsədilə verildiyini nəzərə almalı olsaq, prezidentin portretləri ilə deyil, əməyi ilə xalqın qəlbində qalmaq istədiyinə dair bəyanatının səmimiyyətinə şübhə etməli olursan. Qarşıdan gələn seçkidə İlham Əliyevin rəqiblərinin siyahısına nəzər saldıqda, bu fikrin doğru olduğuna bir daha əmin olursan. “Exo” qəzetinin yazdığına əsasən, İlham Əliyevin rəqibləri arasında Sumqayıt şəhər mərkəzi kliniki xəstəxanasının tibb bacısı Sevinc Quliyeva, işsiz Yaşar Əhmədov, Azərbaycan Elmlər
Akademiyasının elmi işçisi Qüdrət İsakov və digərlərinin adlarına rast gəlmək olur. Şübhə yoxdur ki, bu ilki prezident seçkiləri qeyri-adi seçki olacaq və indiki seçkinin qeyri-adiliyi bu tədbirin sovet hakimiyyəti illərində keçirilən “seçki” tədbirlərinə çox bənzəməsidir. Sovet seçkilərinə bənzədiyi üçün  bu seçki  demokratik və ədalətli bir dövlət istiqamətində irəliyə atılmış addım yox, geriyə,  qaranlıq keçmişə doğru atılan bir addım olacaq.  Bu addımın minnət qoyularaq atılması isə regional
Minnət qoymaq, minnət götürmək və minnət etmək təkcə Azərbaycan fenomeni deyil, Yəmən Ərəb Respublikasında da dəbdədir. Dəbdədir, amma arada balaca bir fərq vardır. Hakim Əlmasmari Yəməndə ingilis dilində çıxan “The Yemen Post” qəzetinin son nömrəsində Azərbaycana səfərinin təəssüratlarını əhatə edən məqaləsində sevincini gizlətməyərək yazır ki, “şükür Allaha, elə bilirdim Yəmən dünyanın ən korrupsiyalaşmış ölkəsidir, ancaq Azərbaycana səfər edəndən sonra başa düşdüm ki, yanılmışam. Azərbaycanda polis nəfərlərinin
utanmadan, xəcalət çəkmədən açıq-aşkar rüşvət götürdüyünü görəndə göylərim kəlləmə çıxdı. Bəli, Yəməndə də rüşvətxorluq var, ancaq insanlar rüşvət götürsələr də dərk edirlər ki, düz iş görmürlər…” Azərbaycanı görməzdən qabaq Yəmənin gələcəyinə ümidini itirən Hakim Əlmasmari, Azərbaycandakı vəziyyəti görəndən sonra Yəməndə müsbət dəyişikliklərin olacağına ümidinin dirildiyini sevinə-sevinə qeyd edir. Qoy sevinsin. Minnət qoymadan, minnət götürmədən, minnət etmədən sevinməyə onun da haqqı var, bizim də. Yəmənli