Mirzə Xəzərin Səsi: Xaliq Bahadır: Özünü satanlarla dövləti satanlar
Xaliq Bahadır: Özünü satanlarla dövləti satanlar
Alverinə Qarşı Mübarizə Idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olmaqda təqsirləndirilən dörd nəfər həbs edilib”. Bu indi hamının eşitməyə öyrəşdiyi statik statistikadır. Informasiyada göstərildiyinə görə, tutulan dörd adamdan biri bizim Sabirabaddandır. “Gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları ilə əlaqədar”... Illər dəyişir, sosial-siyasi formasiyalar dəyişir,
bunlarla birlikdə dilimiz dəyişir, yeniləşir, ancaq Azərbaycan hüquq sisteminin dili dəyişməz qalır. Bu, əski düşüncənin, ona uyğun əski davranış stereotiplərinin dəyişməz qalmasının parlaq görsənişlərindəndir. Azərbaycan milisi nə idisə, Azərbaycan polisi də odur: hər cür qanunçuluqdan uzaq, ayrıca qanunsuzluq elementi! Iş, başqa ağır cinayələr kimi, məhkəmə araşdırması üçün “Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə”yə göndəriləcək. Nəyə görə bu məhkəmənin adını dırnaqda yazıram? Addakı böyük yanlışlığa görə.
Görünür, ölkə ağır cinayətlərlə dolu olduğundan hansı qəzetə baxırsan, ən çox bu məhkəmənin adını görürsən. Bu adı hamı görür: Prezident Aparatından “Milli Elmlər” Akademiyasına, onun Nəsimi adına Dilçilik Institutunadək. Kimsə qımıldanmır. Çoxları biliksizlikdən, oturduqları yerə dəymədiklərindən. Kimlərsə də “nəyimə gərək” prinsipsizliyindən. “Dair” ərəb sözüdür, bizim dildə üzrə anlamındadır. Bu iki sözün ad olaraq bir arada işlənməyi dövlət statusunda anormallıq, gülünc günə qalmış dövlətçilik görsənişidir!
Belə olmalıdır: Ağır Cinayət Işləri üzrə Məhkəmə. “Milli Elmlər”i dırnaqda yazmağın da öz nədəni var. Qabaqlar yazmışam, bir də yazıram: milli elm olmur, ola bilməz. Gerçək elm daşıyıcıları olaraq özünüzü doğrulda bilməsəniz də, adınızı doğru göstərə bilin, yoldaş akademiya... bilikçiləri! Sabirabadlı qadın alverçisini tanımasam da, Sabirabadı tanıyıram - rayonumuz kimi. 70-80-ci illərdə Sabirabad respublikanın ən böyük pambıqçılıq rayonlarından idi. Sabirabad özünün böyük əməkçi bazası ilə birlikdə amansız milis
sistemi ilə tanınırdı. Hər cür qanunsuzluq, xırda bir iş üstündə adamları döyə-döyə öldürmək - Sabirabad milisi belə idi. Günlərin bir günü bütün ölkədə olduğu kimi Sabirabadda da milis özünün bütün kompleksi (başlıcası, qanunsuzluq kompleksi) ilə birlikdə polisə çevrildi. Seçki önü Sabirabadın polis rəisi ilə üz-üzə gələsi olmuşduq. Rəis məni bir xeyli öyəndən sonra başlıca deyəcəyini dedi: “Görün siz kimlərə qoşulmusuz - Sabirabad cəbhəçilərinə! Onların çoxu narkomandır”. “Doğrudan?”- ayrıca maraqla soruşdum.
Rəis sevincək dilləndi: “Vicdanım haqqı!” “Elədirsə, onları indiyədək niyə cəzalandırmamısız?” Çiyinlərini dik tutmuş yekəpər rəisin birdən-birə çiyinləri salxdı, özüsə yerinə düşən balaca bir sorunun qarşısında balacalaşdı, başladı baş-ayaq vurmağa. Hakimiyyətin qanunsuzluq yoluyla yolsuzluğa yönəltdiyi Sabirabad Qarabağ savaşında ən çox şəhid verən rayonlarımızdan oldu. Xalq Hərəkatında da Sabirabad öncül olub. Bunları gərəyincə dəyərləndirəcək MILLI HÖKUMƏT olmalıdır. Ortada belə bir hökumət yoxdur. Ortada