Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Ərdəbildə vəziyyət gərgindir, nümayişlər davam edir, həbslər aparılır

Mirzə Xəzər 13 Sen 2011

no comments

erdebil 

 

Ərdəbildə Urmiyə gölünün müdafiəsinə bir neçə etiraz nümayişi olmuşdur. Hakimiyyət orqanları internetin sürətini sıfıra endirmişlər. Mobil telefonlarla danışmaq mümkün deyil. Yerli sakinlər Urmiyə gölü ilə bağlı şüarlar deyərək etiraz aksiyalarını davam etdirirlər. Başqa bir məlumata əsasən, Ərdəbil işğal olunmuş şəhərə bənzəyir. Təhlükəsizlik qüvvələri şəhərin hər yerində keşik çəkirlər. Urmiyə gölünün müdafiəçiləri “Facebook”da səhifə açmışlar. Qoftar Sabz öz bloqunda yazır ki, bazar ertəsi Ərdəbil küçələrində bir sıra nümayişçinin tutulmasının şahidi olub. Onun məlumatına görə, şəhərin hər yerində təhlükəsizlik qüvvələri yerləşdirilib.

 

 

Mənbə: globalvoicesonline.org 

 

Azərbaycandan qaçan azərbaycanıları gürcülər bağrına basır

Mirzə Xəzər 12 Sen 2011

no comments

ilham ahmedinecad2 

 

Yaşa Azərbaycan! Övladlarına sahib çıxmadın, gürcülər bağrına basır. Ağrı Qaradağlı: “Gürcüstan dövləti bizə 4 aylıq himayə sənədi verib, miqrantlara baxan idarə isə bir otaq ayırıb. Yaşadığımız kəndin şəraiti də, miqrantlara münasibət də çox yaxşıdır.” Bəs Azərbaycanda? Ağrı Qaradağlı: Azərbaycan respublikasında yaşadığımız 6 ildə bizim heç bir hüququmuz təmin olunmadı. Demək olar ki, böyük həbsxanada yaşayırdıq. Heç yerə, hətta Naxçıvana da getmək hüququmuz yox idi. 2003-cü ildə ofisimiz yandırılmışdı. Onda Rəhim Cavadbəyli və mən bir aydan çox xəstəxanada yatdıq. Mütəmadi olaraq təqib və təhdidlərə məruz qalırdıq”.

 

Rəhim Cavadbəyli də “Media forum”a açıqlamasında Azərbaycan hökumətinin İran mühacirlərini geri qaytarmasından şikayətlənib: “Halbuki beynəlxalq öhdəliyə görə, Azərbaycan dövləti siyasi mühacirlərin qalmasına və başqa ölkələrə çıxmasına şərait yaratmalı, onların təhlükəsizliyini təmin etməlidir. Ancaq neçə-neçə soydaşımızı Azərbaycan Respublikasından İrana qaytarıblar. İranda da onlara həbs cəzası veriblər.”

 

50 milyonluq dünya azərbaycanlılarının prezidenti İlham Əliyevə eşq olsun! Prezident öz soydaşlarının qayğısına belə qalar!

 

MXS
 

Leon Panetta: Iranda inqilab yalnız zaman məsələsidir

Mirzə Xəzər 10 Sen 2011

no comments

Leon-Panetta photo reuters 

photo: REUTERS

 

 

ABŞ-ın müdafiə naziri Leon Panetta Yaxın Şərqi üsyanlar bürüyəcəyini qabaqca demişdi. Onun sözlərinə görə, İranda inqilab yalnız zaman məsələsidir. Vaxtı ilə Mərkəzi Kəşfiyyat İdarəsinin müdiri olmuş Panettanın fikrincə, İrandakı islahat hərəkatı ərəb dünyasında, xüsusilə Tunis, Misir və Suriyada baş verənlərdən öyrənir və ibrət dərsi götürür. Panetta İran islahatçılarının himayə edilməsinin vacibliyini qeyd edib. Britaniyanın “The Telegraph” qəzeti Panettanın fikirlərini şərh edərək yazır ki, Tehran hökuməti öz növbəsində Ərəbb Baharını alqışamış və ümid edir ki, regionda ABŞ-ın himayə etdiyi rejimlərin sonu gələcək.

 

MXS

Əvvəlki məqalələr

Sonrakı məqalələr