Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ADAPP İran rəsmilərini Sərbəst Toplaşma Azadlığına hörmət etməyə çağırır

Mirzə Xəzər 01 İyn 2008

no comments

shiraz%20universitetinde%20etiraz%202

ADAPP İran Azərbaycanlılarının 2006-cı il May nümayişlərinin ildönümünü qeyd etdiyi zaman İran rəsmilərini Sərbəst Toplaşma Azadlığına hörmət etməyə çağırır

VANKUVER, KANADA: İranda Azərbaycanlıları millət olaraq təhqir və təhdid edən karikaturlara qarşı 2006-cı ilin May etirazlarının ildönümündə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) İran rəsmilərini bütün vətəndaşlarının Konstitusion hüquqlarına hörmətlə yanaşmağa, Azərbaycanlı fəalların həbsinə və onlara qarşı işgəncələrə son qoymağa, Azərbaycanlı vicdan məhbuslarını azad etməyə çağırır. Assosiasiya həmçinin insan hüquqlarını müdafiə edən təşkilatları və demokratik dövlətləri toplaşma azadlığını hörmət etməsi üçün İrana təzyiqləri gücləndirməyə çağırır.


2006-cı il mayın 16-da rəsmi dövlət qəzeti olan gündəlik İran nəşri Azərbaycanlıları tarakan kimi təsvir edən, və bu həşəratın kökünü kəsməyin on üsulunu öyrədən bir karikatura dərc etdi. Əsasən Azərbaycanlıların yaşadığı şimal-qərb bölgələrində yüz minlərlə adam karikaturaya, eləcə də dövlət tərəfindən onilliklər boyu məruz qaldıqları diskriminasiya və aşağılamaya etirazını bildirmək üçün nümayişlər keçirdi. Nümayişlərin dinc və nəzəri cəhətdən Konstitusiyaya uyğun olmasına (İran Konstitusiyasının 17-ci maddəsində deyilir ki “İslamın əsaslarının pozulması ilə müşayiət olunmayan silahsız mitinq və yürüşlər azad keçirilə bilər.) baxmayaraq, onlar zorla dağıdıldı. Nümayişlərin dağıdılması zamanı tətbiq olunan zorakılıq nəticəsində azı 27 nəfər öldürüldü və yüzlərlə adam yaralandı, çoxlu sayda adam həbsə atıldı. Həbs olunan fəalların bir çoxuna işgəncə verib, daha nümayiş etməkdə iştirak etməyəcəkləri və başqalarını etiraz aksiyalarında iştiraka çağırmayacaqları haqda iltizam imzalamağa məcbur etdilər. 2006-cı ilin mayından bəri Azərbaycanlı fəalların həbsi davam edib.

Səksən ildən çoxdur ki, Pəhləvi sülaləsi və İslam hakimiyyəti dövründə Azərbaycanlılar və İranın digər qeyri-fars etnik qrupları sistemli assimilyasiya siyasəti ilə üz-üzədir. Qeyri-fars İranlıların ən adi hüquqları pozulur. Qeyri-farsların İran əhalisinin əlli faizindən çoxunu təşkil etməsinə, habelə İran Konstitusiyasının milli hüquqları nəzərdə tutmasına baxmayaraq, onlar təmsilçilik və ana dilində təhsil hüququndan məhrumdurlar. Milli mədəni hüquqlar üçün mübarizə aparanların həbsi bu günədək davam edir.

Assosiasiya dünya ictimaiyyətini Azərbaycanlıların 2006-cı il May nümayişlərinin ildönümünü keçirməsi zamanı baş verənlərə şahid olmağa çağırır. Biz İran hökumətini ifadə azadlığına hörmət etməyə, zorakı təzyiqlərdən istifadə etməməyə çağırırıq.

Əlaqə üçün: Faxtə Zamani
++1 604-677-2524,
fakhteh.zamani@gmail.com

Abbas Lisaninin həyat yoldaşı Ruqiye Lisani həbs edilib

Mirzə Xəzər 12 Apr 2008

no comments

Abbas Lisaninin həyat yoldaşı Rugeyye Lisani həbs edilib

lesani-%20rogayye

Xanım Rugeyye Lisani, məşhur İran Azərbaycanlı insan hüquqları aktivisti Abbas Lisaninin həyat yoldaşı həbs edilib
İran gizli polisi (Ettelaat) 12 apreldə, gece1.30 saatlarında Abbas Lisaninin evinə gələrək hər hansı qərarı təqdim etmədən , Xanım Rugeyye Lisanini 3 uşaqinin gözü qabağında tutub naməlum istiqamətə aparıblar.
onlarin kompüter,ve bir CD və bir çox şexsi eşyalari da müsadirə olunub.
Ettelaat məmurları (zabitləri) verilən məlumata görə axtarış və Xanım Lisaninin həbsi ərzində goc qüvvəsi tətbiq etmişler.
Xanım Lisani hebsde olan heyat yoldaşinin işgəncələr haqqında məlumat vermək üçün keçen gunlerde ettelat terefinden həbsle hedelenmiş ve həbs təhlükə altındaidir.
Cənab Lisani İranın Yezd əyaləti həbsxanasinda hebs müddətinə keçirdir .Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin 2003-cü və 2004-cü ildə Babekin qalasinda iclası təşkilatı ettahami ile cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.
Xanım Lisani 12 yaşli qızı Sevdanın və 10 - 9 yaşinda olan Atilla və Oxtayin anasıdır .


Fakhteh Zamani

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) Güney Azərbaycan siyasi və təriqət məhbuslarının son durumu barədə məlumat yayıb

Mirzə Xəzər 08 Apr 2008

no comments

AZƏRBAYCAN SİYASİ MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ GÜNEYLİ FƏALLARIN SON DURUMU BARƏDƏ YENİ HESABAT YAYIB
2008-04-08 - 19:51:00


«Media forum» saytı ASMEK-ə istinadla xəbər verir ki, dörd ildir Urmiyanın mərkəzi zindanında saxlanan Qoşaçay şəhərinin Üçtəpə kəndinin «Atəş bəyi» təriqətinin üzvləri Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Mehdi Qasımzadə aclıq aksiyasına başlayıblar. Aclığa başladıqdan sonra məhbusların təkadamlıq kameralara aparıldığı, onların səhhətinin son dərəcə ağır olduğu bildirilir.

Bu dörd nəfər 4 il əvvəl hökumət qüvvələri ilə «Əhli-həqq» təriqətinin üzvləri arasında baş vermiş silahlı qarşıdurmadan sonra həbs edilib. Onlar ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq edama məhkum olunublar.

Təbriz Universitetinin hüquq fakültəsinin iki tələbəsi Hüseyn Yusifi və Qəfur Həbibpurun da milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırılaraq həbsə məhkum edildiyi bildirilir. Onlar İran mətbuatında dərc edilmiş, azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq 2006-cı ilin mayında keçirilən və iğtişaşla nəticələnən aksiyaların ildönümü münasibətilə reallaşdırılan aksiyalara qatıldıqları üçün tutulmuş, bir müddət sonra mülk girovu müqabilində sərbəst buraxılmışdılar.

ASMEK-in məlumatında o da vurğulanır ki, bir ay əvvəl Ərdəbildə tutulan Rəhim Gülabi, Cəfər Təqəvi, Cəfər Müəzzin və Tövhid (?) adlı dörd milli fəalın hər biri 10 milyon tümənlik (təxminən 10 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. Onların ETTELAAT həbsxanasında psixi və fiziki işgəncələrə məruz qaldığı vurğulanır.

Məlumatda həmçinin bildirilir ki, ötən ay Əhər zindanından İranın Yəzd şəhərindəki həbsxanaya aparılan tanınmış fəal Abbas Lisani 15 günlük aclıq aksiyasına son qoyub. Lisani aclığı müxtəlif ölkələrdə fəaliyyət göstərən güneyli hüquq müdafiəçilərinin müraciətindən sonra dayandırıb.


«Media forum»

Əvvəlki məqalələr