Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Çimərliklər zərərli, içkilər saxta, ərzaq zəhərli»

Mirzə Xəzər 21 İyn 2007

21 iyun 2007 Bazarlarların saxta və keyfiyyətsiz məhsullarla dolduğunu rəsmi qurumlar da etiraf edir Ziyəddin Kazımov:«Açıq qazlaşdırılmış içkilərin və şirələrin satışının qadağan olunması barədə qərar qəbul edib»

Paytaxtımız bir qayda olaraq qışda qara, yayda isə istilərə hazırlıqsız olur. Elə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar Gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovla söhbətimizin də əsas mövzusu yay mövsümü üçün aktual olan məsələlərlə bağlı oldu.

Söhbətimizə yay mövsümündə əhalinin istirahət məkanı kimi istifadə etdiyi bəzi çimərliklərə girişin qadağan olunmasıyla bağlı oldu.

- Məlumatlara görə, bu mövsüm üçün Mərdəkan, Şıx çimərliklərində çimmək qadağan olunub. Bu, nəylə bağlıdır?

- Bu dənizin həmin hissələrinin ekoloji çikrlənməyə məruz qalmasıyla bağlıdır. Bu üzdən sözügedən çimərliklərdən bu mövsüm də qadağalar götürülməyəcək. Suyu təmizləyən qurğular hələ bu çimərliklərdə yenicə tikilir. Ətrafdakı çirkab suların həmin qurğulardan keçməsi üçün müəyyən vaxt lazımdır.

- Adətən əhali qadağalara fikir vermir. Bu cür halların baş verməməsi üçün təmsil etdiyiniz qurum hansı işləri görüb?

- Biz çimməyin qadağan olunduğu çimərliklər barədə qəbul olunan qərarı Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmişik. Eyni zamanda həmin ərazilərdəki hüquq-mühafizə orqanları da qadağa barədə xəbərdar olunublar. - Iqtisadi Inkişaf Nazirliyinin apardığı monitorinqə görə, ərzaq dükanlarında satışda olan əksər sərinləşdirici içkilər və dondurmalar keyfiyətsizdir. Belə məhsulların istehsalının qarşısının alınması və satışdan yığışdırılması üçün hansı addımları atırsız? - Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yol kənarlarında açıq qazlaşdırılmış içkilərin və şirələrin satışının qadağan olunması barədə qərar qəbul edib. Bu daha çox əhalinin cəmləşdiyi bazarların daxilinə, metro çıxışlarına, park ərazilərinə aid ediləcək. Biz bu qərarı artıq icraya yönəltmişik və bu qərarın icrası ilə əlaqədar olan bütün strukturlar bu istiqamətdə işə cəlb olunub. Biz bu qərarın nə dərəcədə yerinə yetirildiyi ilə bağlı ayda bir dəfə məlumat alırıq. Bu mövsüm üçün ilkin məlumat əlimizə keçən kimi onu mətbuata yayacağıq.

- Bəs yay aylarında metro çıxışlarında ət və kolbasa məhsullarının satışına necə nəzarət olunur?

- Düzdür, bu istiqamətdə nəzarəti Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Amma buna baxmayaraq, tez xarab olan ərzaq məhsulları ilə bağlı biz araşdırmamızı mütəmadi olaraq aparırıq. Bu nəzarət əsasən həmin məhsulların saxlanılması üçün şərait olmayan yerlərdə aparılır. Məsələn, hisə verilmiş keyfiyyətsiz müxtəlif ət və balıq məhsullarının satışının qarşısını alırıq. Beş ay ərzində biz 400 nəfərə yaxın hüquqi və fiziki şəxsi keyfiyyətsiz məhsul satdığına görə cərimələmişik. Bu məsələnin həllində müvafiq rayonların hüquq-mühafizə orqanları bizə yaxından kömək göstərirlər.

- Indinin özündə bir çox yerli istehsal məhsulları xarici ticarət markalarıyla əhaliyə satılır…

- Bu istiqamətdə addımlar atırıq. Amma bizim də müəyyən problemlərimiz var. O da haqqında tədbir görülən fiziki şəxslərin tez-tez ünvanlarını dəyişməsidir. Amma gec-tez hüquq-müfaizə orqanlarının köməyi ilə həmin şəxslər də aşkarlanaraq qanunda nəzərdə tutulan formada cəzalandırılır. Ümumiyyətlə, bazarlarda mütəmadi olaraq araşdırmalar apararaq həmin səhmdar cəmiyyətlərin rəhbərliyinə bu haqda məlumatlar veririk.

- Yay mövsümündə əhalinin hansı qida məhsullarından ehtiyatla və ya heç istifadə etməməsini tövsiyə edərdiniz?

- Əhaliyə məsləhət görərdim ki, tez xarab olan ərzaq məhsullarından istifadə edərkən diqqətli olsunlar. Gigiyenik sertifikatı olmayan ərzaq məhsullarından istifadə etməsinlər. Pərakəndə küçə ticarətindən alış-veriş etməsinlər. Aldıqları ərzaq məhsullarının saxlanma qaydalarına düzgün riayət etsinlər. Araşdırmalar nəticəsində aşkarlamışıq ki, ərzaq məhsulu ticarət mərkəzində normal saxlanıb satışa çıxarılsa da, əhali onu alan kimi qaydalara uyğun formada saxlamır.

Xəyal (“Azadlıq” qəzeti)

“Qarabağın qayıtmasını istəmirəm”

Mirzə Xəzər 11 May 2007

no comments



Ləman AG

Başlığı oxuyub-oxumaz mənə küfr yağdırmağa başladınız. Buyurun. Dinləyirəm.

- Sən “azərbaycanlısan”?!

- Növbəti fikri bildirmək istəyən?

- İnsafsız, Allahsız, İmansız

- Daha da mükəmməli yoxdurmu? Oradan bir səs eşidirəm. Buyurun cənab “azərbaycanlı”.

- Sənin qanın azərbaycanlı qanı deyil. Sən insan deyilsən, sən ermənisən

- ƏLA, GÖZƏL. Sizə mükafat düşür. Belə mükəmməl sözlərə görə…

Mükafatın təqdimetmə mərasimi:

Qalib: “Mən çox sevinirəm ki, çox hörmətli AG mənə ilham verdi ki, bu mükafatı alım. Təşəkkür edirəm. O gün olsun belə tədbirlər Cıdır düzündə, Şuşada keçirilsin.

- Əstafüllah, cənab qalib siz nə dediyinizin fərqindəsiniz?! Belə arzular arzulamaq bizdə qadağandır. Siz başa düşmürsünüz ki, Qarabağ qayıtsa nə olacaq?! Ən əsası sizin kimi əsil(!) azərbaycanlılar belə mükafatlar ala bilməyəcəklər. Başa düşmürsünüz ki, Qarabağ qayıtsa hər tədbirin sonunda söz tapa bilməyəcəyik deməyə. Şuşalı gənclərin “Şuşa” şadlıq sarayında 8 may tarixində keçiriləcək toy mərasimlərində “o gün olsun toyunuzu Qarabağda, Şuşada keçirək” sağlıqları söylənməyəcək.


Siz mənə, mən sizə qarşı “erməni” kəlməsini söyüş olaraq istifadə edə bilməyəcəyik. Söyüş qıtlığı yaranacaq. “Ya Qarabağ, ya ölüm”ü dinləyəndə ürəyimizdən ani şəkildə pıq-pıq qaynayan nifrət hissi yaranib, bədənimizdən, şüurumuzdan keçməyəcək. “Düşmənə nifrət mədəniyyətimiz” (universitetlərdə müəllimlər tərəfindən istifadə olunan ifadə) olmayacaq. Aman Allah, biz mədəniyyətsiz olacağıq. Mədəniyyətsizlikdə Avropanı, hətta AVROPAni belə geridə qoyacağıq.


Siz heç TV biznesini demirsiniz. Onlar əsil fəlakət yaşayacaqlar. Programlarını, verlişlərini doldurmaq üçün heç nə tapmayacaqlar. Onlar haranın külünü tökəcəklər başlarına?!


Mən heç qarabağlıları demirəm. Onlar bəs necə millətə sübut edəcəklər ki, qarabağlıdırlar. Adama deməzlər ki, qarabağlisan, bəs niyə Qarabağa getmirsən yaşamağa. Torpaği da aldiq daha nə probləm qalıb ki?! O necə cavab versin ki, PAA… Qarabağa qayidim, tutuduğum evləri də geri qaytarım sizə?! Bəs mənim burada qazandığım, qazanacağım pullar necə olsun. Ən esası, sosial yardimim necə olsun?!
İndi başa düşdünüz, ey çox hörmətli əsil azərbaycanli bəy, niyə belə arzulari qadağan etmişik?


(gundeliyim.wordpress.com)

Mən əclafam!

Mirzə Xəzər 12 Noy 2006

no comments

ƏLİ ƏKBƏR

Mən əclafam!

Maşın realiti şousunun beşinci sürətinə baxanlarınız yaxşı xatırlayacaqlar (baxmayanlar da, baxanlardan eşidiblər yəqin), şounun iştirakçılarından biri olan Turan adlı son dərəcə nikbin və şən aparıcı əsəbləşib, canlı efirdə müğənni Nazimə “cındır” demişdi. Aparıcı Murad Dadaşov isə, mikrofonu dərhal onun əlindən almış və uzun-uzadı Turanı danlamışdı. Bu hadisəni ona görə xatırladım ki, son zamanlar (ələlxüsus, keçən həftə dərc olunan “İt oğlu, it” yazımdan sonra) elektron poçtuma gələn oxucu məktublarının sayı yamanca artıb. Deyəcəksiniz ki, “cındır” söhbətinin bu məktublara nə dəxli? Vallah var. Özü də birbaşa!

Əvvəlki məqalələr

Sonrakı məqalələr