Mirzə Xəzər 20 Dek 2011
"Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar,
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq...”
Mirzə Xəzər 20 İyn 2011
Tunisin keçmiş prezidenti Zeyn-əl-Abidin Ben Əli və arvadı Leyla 35 il həbs cəzasına məhkum olundu. Hamısını bu aqibət gözləyir, geci-tezi var...
Mirzə Xəzər 11 İyn 2011
Ramiz Mehdiyev: “Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni baxımdan da inkişaf edir”. Mirmahmud Mirəlioğlu: “Azərbaycan mədəniyyəti çoxşaxəlidir. Ancaq buna baxmayaraq bizdə çox ciddi ziyalı qıtlığı yaşanır...Bütün sahələrdə söz sahibi və sözü keçərli olan adamımız yoxdur.” Biri nikbin, o biri bədbin...