Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Gözdən pərdə asmaq siyasətinin banisi Heydər Əliyev

Mirzə Xəzər 13 İyn 2011

no comments

Gözdən pərdə asmaq siyasətinin təməli 1993-cü ildə yox, 1969-cu ildə Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev yarımçıq tədbirlərlə gözdən pərdə asdıqca və o biri tərəfdən xalqı əzib suyunu çıxartdıqca Moskvadan mükafatlar, təriflərin sayı artırdı. Mükafatlar artdıqca Heydər Əliyev xalqı daha çox əzirdi və nəhayət Siyasi Büroya üzv seçilə bildi. Bu gün Azərbaycanı idarə edib xalqı barmağına dolayanlar onun tələbələridir.
 

 

Mirzə Xəzər

MİRZƏ XƏZƏRİN “ƏLİ və NİNO” TARİXCƏSİ

Mirzə Xəzər 08 Dek 2010

no comments

Mirze%20Xezer_11

 

 

 

 

 

 


"Bu məsələ hər zaman aktualdır. “Əli və Nino” romanının müəllifinin kimliyi barədə mübahisələr ötən əsrin 70-ci illərindən başlayıb. “Azadlıq” radiosunda işləyəndə də bu haqda verilişlər hazırlamışam, məqalələr yazmışam. Romanla bağlı son diskussiyalardan xəbərim olsa da, düzü, indi bu mübahisələrə yaxın durmaq istəmirəm”. “Media forum” saytına danışan “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan bürolarının keçmiş rəhbəri Mirzə Xəzər belə deyib.

 

 

 


Mirzə Xəzər bildirib ki, “Əli və Nino” romanından parçaları alman dilindən Azərbaycan dilinə ilk dəfə 1970-ci illərdə “Azadlıq” radiosunun əməkdaşı Mecid Musazadə tərcümə edib. Mirzə Xəzərin sözlərinə görə, o vaxtlar “Azadlıq” radiosunda həftədə bir dəfə romandan 10 dəqiqəlik lent yazısı verilirmiş: “Amma o vaxt əsər bütöv tərcümə olunmamışdı. Təxminən 60-65 faizi tərcümə edilmişdi. Romanı tam şəkildə Azərbaycan dilinə tərcümə edən mənəm”.

 

 

 


Mirzə Xəzər “Əli və Nino” romanı haqqında 1976-cı ilin fevral ayında “Azadlıq” radiosuna gələndə eşidib: “Qəribə idi, əsər alman dilində yazılıb, sonra ingiliscəyə tərcümə edilib və çox şöhrət qazanıb. İngiliscədən də türk dilinə tərcümə olunub. Mənə də türkcə tərcüməni göstərdilər.

 

 

 


1989-cu ildə Bakı ilə əlaqə saxlayanda, daha çox Yusif Səmədoğlu, Mehdi Məmmədovla danışanda onlara belə bir əsərin olduğunu dedim. Yusif Səmədoğludan soruşdum ki, belə bir əsər tərcümə olunsa, onu Bakıda çap eləmək imkanı varmı. O vaxt Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Hələ sovet sistemi mövcud idi. Yusif Səmədoğlu dedi ki, sən əsəri tərcümə elə, dərc etdirərəm.

 

 

 

Roman üzərində dörd ay işlədim. O qədər ciddi işləyirdim ki, üzümü qırxmağa da vaxt tapmırdım, saqqal basmışdı. Əsəri tərcümə edərkən müəyyən problemlərlə qarşılaşırdım. O iddiada deyiləm ki, alman dilini səlis bilirəm. Azərbaycan dilini mükəmməl bildiyimdən tərcümə alınırdı. Müəyyən problemlər olanda Bonnda yaşayan həmkarım, “Ana dili” qəzetinin naşiri Nurəddin Qərəviyə müraciət edirdim. Başqa adamlardan da məsləhət alırdım. Hər halda, tərcümədə əsərin ruhunu verə bilmişəm”.

 

 

 


Mirzə Xəzər “Əli və Nino”nun Almaniyada tez-tez nəşr olunduğunu və oxucu marağı ilə qarşılandığını deyir: “Mənim tərcümə etdiyim kitab 1987-ci il nəşri idi. Əsəri tərcümə edib 1989-cu ilin sentyabr ayında Bakıya, Yusif Səmədoğluna yolladım. O vaxt Yusif Səmədoğlu Amsterdama gəlmişdi və orada tərcümənin bir hissəsini ona təqdim elədim. Qalan hissələrini da başqa yollarla Bakıya çatdırdım. 1990-cı ildə roman hissə-hissə “Azərbaycan” jurnalında, jurnalın 1, 2, 3- cü saylarında dərc olundu”.

 

 

 

Mirzə Xəzər hesab edir ki, “Əli və Nino” romanının müəllifinin kim olmasını aşkarlamaq, o barədə qəti qərar vermək qəliz məsələdir: “Çünki bununla bağlı mənbələr ya yoxdur, ya azdır, ya da çoxu məhv edilib. Belə olan halda fərziyyələr irəli surmək vəziyyəti daha da qəlizləşdirir. İnanmıram ki, kimdəsə Qurban Səidin kim olması barədə qəti sənəd olsun. Bəlkə də müəllifin kimliyi ilə bağlı ciddi və uzunmüddətli tədqiqat aparılsa, bir nəticəyə gəlmək olar. Amma mən bu mübahisəyə qarışmaq istəməzdim. Verilişlərimdə də sadəcə müxtəlif fikirləri düzüb vermişəm. Amma qəti fikir, mövqe nümayiş etdirməmişəm”.

 

 

 

“Azerbaijan İnternational” jurnalının baş redaktoru Betti Bleyerin əsərin müəllifinin Yusif Vəzir Cəmənzəminli olması haqqında apardığı araşdırmaya gəlincə, Mirzə Xəzər bu fikrin də yeni olmadığını deyib: “Amma bunu konkret sübut edən faktlar yoxdur. Əsərin ruhundan, hətta onu almanca oxuyanda belə, Azərbaycana sevgi, onun hər qarışını mükəmməl təsvir etmək, həsrət və başqa duyğular açıq-aydın hiss olunur. Amma müəllifin kim olması barədə dəqiq faktlar araşdırılıb ortaya qoyulmalıdır. Ümumiyyətlə, hər dövrdə “Əli və Nino”nun müəllifinin kim olması sual doğurub. Elə 1970-ci illərdə də əsərin qəhrəmanı Əlinin həyatının Yusif Vəzirlə eyni olması haqqında mülahizələr vardı. Hətta başqa vərziyyə də vardı ki, Qurban Səidin qəbri İtaliyadadır. Bu mülahizələr 1989-cu ildə də müzakirəyə çıxarıldı. Burada təzə nəsə yox idi.

 

 

 


Hərə öz fikrini söyləyə bilər. Amma inanmıram ki, bu polemikaların hansısa nəticəsi olsun, sonda hamı qəti bir mövqeyə gəlsin. Heyf ki, çox tarixi faktlar mənv olub. “Amerikanın səsi” radiosunda Yusif Qəhrəman adlı jurnalist işləyirdi. O, Qazaxdan, Qəhrəmanovlardan idi, Vaşinqtonda yaşayırdı. Deyirdi ki, məndə “Əli və Nino”nun müəllifin imzası ilə olan nüsxəsi var. Onun çox böyük kitabxanası vardı. Amma sonradan onun evi yandı, həm özü o hadisədə həlak oldu, həm də dediyi o tarixi faktlar, kitabxana külə döndü. Mənə deyirdi ki, Azərbaycanın tarixi barədə çoxlu kitabları var, onlar da məhv oldu. Vaxtında insanlar öz tarixlərinə, öz keçmişlərinə sahib çıxmayanda nəticə belə olur”.

 

 

 

1920-ci illərin sonlarında qələmə alınmış “Əli və Nino” romanı ilk dəfə Qurban Səid imzası ilə 1937-ci ildə Vyanada, alman dilində çapdan çıxıb. Romanda hadisələr 1918-20-ci illərdə Bakıda cərəyan edir. Azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbəti həmin dövrün gərgin tarixi hadisələri ilə birgə təsvir olunur. 23 yaşlı Əli 1920-ci ildə müstəqil Azərbaycanı – Azərbaycan Xalq Cümhuriyyətini rus-sovet qoşunlarından – Qırmızı Ordunun işğalından müdafiə edərkən şəhid olur.

 

 

 

"Media forum"

2010-12-09 - 13:46:00

 

URL: http://www.mediaforum.az/articles.php?lang=az&page=11&article_id=20101209014712601

Natiq Güləhmədoğlu: Pul və azadlıq

Mirzə Xəzər 28 Mar 2010

no comments

 

 

 

 

 

 

 

20 yanvar faciəsi ilə bağlı dönüb-dönüb təkrarlanan, hakimiyyət tərəfdarlarının ağzında saqqız olan fikir var: Azərbaycan xalqı o vaxt blokada vəziyyətində idi, bu blokadanı Heydər Əliyevin Azərbaycanın Moskva nümayəndəliyindəki çıxışı yardı.
H.Əliyevin çıxışı nəyi yarıb bilmirəm, o çıxış zərrə qədər də olsa, Azərbaycan xalqının mübarizəsinə, mətanətinə xeyir veribsə, vallah, eşq olsun. Amma gözə kül üfürməsinlər… Ağa durur, Ağacan durur.

 

 


Yanvar faciəsində təklənmiş, boğulan azərbaycanlılara oksigen balışı “Azadlıq” radiosu idi, Mirzə Xəzər idi. O “Azadlıq” ki, mərhum Əliyevin oğlu onun FM dalğada yayımına ötən yanvardan qadağa qoyub. “Azadlıq” radiosunu haram buyurub. Səbəb 20 il əvvəlkindən heç də fərqlənmir. Azərbaycanı o vaxtkı kimi indi də dəmir pərdələr arxasında saxlamaq istəyirlər. Mənasız və uğursuzluğu “2 + 2 = 4 kimi aydın olan bu işə hakimiyyət enerji, pul xərcləməkdən özünü saxlaya bilmir. Dünya sərhədləri yox etmək mərhələsinə girdiyi bir ərəfədə Rüstəm Zalın özü belə dirilib gəlsə, Azərbaycanı dünyadan təcrid etmək bir nakam arzu kimi Ilham Əliyevin ürəyində qalacaqdır. Azadlıqsa əbədidir – dırnaqlı, dırnaqsız.

 

 

Pul və uşaq

 

 

Ilham Əliyevin iştirakı ilə 2009-cu ilin yekunlarına həsr edilən iclası televiziyada izlədim, səhəri gün diqqətlə onun çıxışını birbəbir qəzetdən oxudum. Böyük bir mətndə təsəvvür edin ki, bircə demokratiya sözü yox… Bir dənə də olsun insan haqları ilə bağlı fikir, söz yox. Elə hey pul, pul, pul.
Onun çıxışından belə anlaşılır ki, Azərbaycanın pulu aşıb-daşır. Təki belə olsun. Amma bu çıxışlarla əlahəzrət kimə və nə mesaj ötürür? Bakıdan 10 kilometr kənara ayaq qoymaq kifayət edir ki, insanların zəlil gündə yaşadığına, kəndlərin, rayonların viranə qaldığına şahidlik edəsən. Pul olmayanda bu miskin mənzərəyə rahat izah tapmaq olur, amma sən pulumuz var, özü də lap çox deyirsənsə, vətəndaşların amansız sualları qarşısında tab gətirə bilməzsən.
Rayon, kənd yollarının bərbadlığı, ordakı məktəblərin, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin uçub tökülməsi böyük suallar yaradır. Pul varsa təqaüdlər, əmək haqları niyə bu qədər aşağıdır?

 

 

Pulumuz çoxdursa, bəs o kimdədir, hardadır, niyə aşağılara ondan pay düşmür? Pul varsa, niyə onu qazana bilmirik?

 

 

Pul isə həqiqətən var: Ilham Əliyevin və onun yaxın çevrəsinin cibində. Bu pul təkcə xərclənmək üçün yox, həm də xalqa yanıq vermək üçündür.
Ilham Əliyevin ən böyük yanlışı onun hələ də pulun istənilən dəyərdən böyük olmasına inanmasıdır. Bu çox zərərli xasiyyətdir. Insanlar kimi dövlətlərin də hörməti, nüfuzu onların büdcəsindəki kapitala görə ölçülmür. Çox kasıb, məsələn, Gürcüstan kimi də olub dünyanı özünə valeh etdirmək mümkündür. Pul olsun, buna qarşı heç kim durmur, amma ədalət də olsun, azadlıq da. Həm də pul hər kəsdə olsun, daha doğrusu, onu halal yolla qazanmaq bacarığında olan hər kəsdə. Belədə “gördüm ki, qaz borcunuzu verə bilmirsiniz, bağışladım” minnətinə də gərək qalmaz.
Əlahəzrətin çıxışının bir yeri antielmi olmaqla yanaşı çox komikdir. Məsələn o, ötən il Azərbaycanda daha çox uşaq doğulmasına işarə edərək deyir: “Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə demoqrafik artım bunun bilavasitə göstəricisidir”. Geniş izahata ehtiyac yoxdur, Ilham müəllim əhalinin rifahının artdığından onların törəmə qabiliyyətinin də yüksəldiyini söyləyir. Bizə isə iqtisadiyyat dərsində öyrədirdilər ki, inkişaf edən dövlətlərin bir çox əlamətlərindən biri də ailədə uşaqların az doğulmasıdır. Ilham müəllimin fikirlərinə inansaq, onda 11 uşaq doğan qadının sonsuz sayıldığı Afrika ölkələri inkişafın pikini yaşayır…

 

"Azadlıq" qəzeti

Əvvəlki məqalələr

Sonrakı məqalələr