Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Xaliq Bahadır: Ən bacarıqsız hökumət - Əliyev hökuməti

Mirzə Xəzər 01 Avq 2008

no comments

bahadir

Bir çox dünya reytinq göstəriciləri üzrə ölkəmizin sonuncu yerləri tutmasına çoxdan öyrəncəliyik. Bugünlərdə yeni bir reytinq göstəricisi ilə tanış olduq: dünyanın ən bacarıqsız dövlətlərinin reytinq göstəricisi. Bu göstəriciyə görə, Azərbaycan 177 ölkə arasında 64-cü yeri tutur, “Ermənistan” 109-cu. Bu sıralama pisdən yaxşıya doğru olduğundan bütün başqa göstəricilərdə olduğu kimi indiki göstəricidə də “Ermənistan” bizi qabaqlayır. Başqa cür desək, “Ermənistan” hökuməti özünü Azərbaycan hökumətindən qat-qat effektli, qat-qat ölkəyə yararlı hökumət olaraq göstərir. Beləliklə, Azərbaycan bacarıqsız ölkələr arasında liderlərdən sayılır. Bunu ABŞ-ın iki aparıcı politologiya institutunun ortaya qoyduğu reytinq göstəricisi göstərir.

Sözügedən reytinq göstəricisi belə formalaşdırılır: ölkənin durumunun dəyərləndirilməsi üçün beş başlıca institutun işi dəyərləndirilir. Siyasi başçılıq, ordu, polis, məhkəmə sistemi, mülki işlər - yurddaşların güvənliyinə dövlət qarantiyası. Azərbaycan bütün bu “nominasiyalar” üzrə uğursuzluq zolağında yer tutur. Hakimiyyətdəkilər başqa çağlarda olduğu sayaq indi yenə bu reytinq göstəricisinin Azərbaycana düşmənçilik üzərində qurulduğunu deyəcəklər. Ancaq reytinq göstəricisində söhbət ölkədən getsə də, dəyərləndirilən hökumətdir, hökumətin işidir. Başqa cür desək, ölkəyə hökumətin işinə görə dəyər verilir - bütün başqa reytinq göstəricilərində olduğu kimi.

Indiyədək olan başqa dəyərləndirmələr kimi Azərbaycanla bağlı indiki dəyərləndirmə də NEQATIVDIR! Bizim üçün başlıcası budur. Bu isə bütövlükdə Əliyevçi rejimin NEQATIV xarakter daşıması deməkdir. Informasiya monopoliyası yaratmaqla xalqa sırınan Əliyev dövlətçiliyi budur. Belə bir dövlətçiliklə yalnız kütləni aldatmaq olar, dünyanı yox. Bunlar özlərinin korrupsioner PEYIN siyasətləri ilə bütün dünyanı aldada biləcəklərini düşünürlər. Bundan ötrü neft pullarını bütün dünyaya səpələyirlər. Düşmənçiliyə baxın: neft pullarını bütün dünyaya səpələyirlər, yalnız xalqa ondan pay düşməməsinə çalışırlar. Bütün seçkilərin saxtalaşdırılmasının kökündə də xalqa düşmənçilik durur. Yalnız xalqa düşmən hakimiyyət bütün seçkiləri bütünlüklə saxtalaşdırar; milli demokratik ideyaların, baxışların hökumətə yol tapmaması üçün.

On beş illik PEYIN siyasəti amerikalı Peynin karyera uğursuzluğu ilə sonuclandığı sayaq sonuclanacaq - başqa sonuc yalnız başqa siyasətdən doğa bilər. Başqa siyasətin, buna uyğun olaraq başqa sonucun ortaya çıxması üçün ya hökumət özünü köklü olaraq yenidən qurmalı, ya da xalq ayağa qalxıb özünə başqa hökumət qurmalıdır. Birincinin özünü yenidən qurması strateji liderliyə bağlıdır. Indiki hakimiyyət komandasında strateji lider kriteriyasına uyğun gələn kimsə yoxdur. Elə bu komandanın ölkə üçün uğursuzluğu da bundadır. Komandada nə strategiya var, nə strateji lider. Bu bir korrupsiya komandasıdır - beş başlıca dövlət institutu ilə: prezident Aparatı; ordusu; polisi; məhkəmə sistemi; qondarma, satın alınmış “QHT”ləri ilə.

Yeraltı, yerüstü resurslarla zəngin bir ölkə dünyanın ƏN BACARIQSIZ dövlətinə çevrilir - olduqca acınacaqlı görsənişdir. Bu acınacaqlı görsənişi doğuransa on beş illik bir rejimdir- xalqa düşmən rejim. Bu rejimdən qurtulmağınsa bir yolu var: hamılıqla bir partiyada - MILLI QURTULUŞ partiyasında birləşmək! Özünü istər milli, istərsə də uluslararası qanunlardan üstün tutan bir hakimiyyətdən demokratik seçki gözləmək kimi illüziyalara son qoyulmalı, MILLI QURTULUŞ idealı baxışlarda başlıca yer tutmalıdır. Yoxsa, hələ uzun illər kriminal oliqarxiyanın “demokratik seçki” nağıllarına qulaq asmalı olarıq...

("Azadlıq" qəzeti)

Sabir RÜSTƏMXANLI: "İndi prosesləri siyasi qüvvələr yox, maliyyə qurupları, oliqarxlar və Azərbaycanın sərvətinə sahiblənmiş adamlar idarə edir"

Mirzə Xəzər 29 İyl 2008

no comments

 

sabir
Partiyanın qətiyyətli qərarı siyasi partiyaların seyrçi mövqeyinə son qoydu
2008-07-30 11:06:00


Avqustun 27-də Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisinin qurultay səlahiyyətli Ümumrespublika Konfransı keçirildi. Konfransın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, 2008-ci il prezident seçkilərində iştirakla bağlı VHP-nin mövqeyi, Siyasi Şuranın seçilməsi və cari məsələlər daxil idi. Ali Məclisin sədri Rafiq Manaflının təklifi ilə Ali Məclisin katibi seçildi. Səsvermə nəticəsində Vasif Həsənli məclisin katibi postunu tutdu. Sonra mandat, say, redaksiya komissiyaları müəyyənləşdi. Daha sonra ölkədəki mövcud durum və ictimai-siyasi vəziyyət və partiyanın prezident seçkisində iştirakı ilə bağlı VHP sədri Sabir Rüstəmxanlının geniş məruzəsi dinlənildi.

 


Oxucuların maraqlarını nəzərə alıb çıxışı qısa ixtisarlarla təqdim edirik:

 


VHP sədri seçkidə iştirakdan imtina etdi "Bizim qurultaydan təxminən yarım il vaxt keçir. Həmin vaxtdan indiyə qədər siyasi proseslərdə, əslində, ciddi bir dəyişiklik baş verməyib. Yadınızdadırsa, biz qurultayda ölkədəki siyasi proseslər barədə çox geniş müzakirələr apardıq. Həm iqtidar, həm müxalifət barədə öz sözümüzü dedik, hətta bəzi qonaqlarımızı incidən səviyyədə danışdıq. Amma deyilən sözlərin hamısı həqiqət idi və Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyini çox aydın şəkildə nümayiş etdirirdi. Sizin hər birinizin siyasi səhnədə olmağınız, partiyamızın rayon təşkilatlarının digər siyasi qurumların yerli təşkilatları arasında tanınması, belə demək mümkünsə, söz sahibi olması, əqidə yoldaşlamırımızın bütün siyasi proseslərdə aktiv imştirak etməsi göstərir ki,

VHP SİYASİ KÜLƏKLƏRDƏ SAĞDAN SOLA, SOLDAN SAĞA HƏRƏKƏT EDƏN BİR QURUM DEYİL

Bəlkə də, son illərdə əvvəlki kimi görünmürük, bəlkə də, son iki ildə ölkədəki siyasi proseslərə səbrli münasibət göstəririk, amma Vətəndaş Həmrəyliyi Partiyası mövqelərinin doğru olduğu sübut olunan və ən azı ictimaiyyət arasında öz nüfuzunu qoruyan partiyadır. Mən bu məsələləri təhlil etmək istəmirəm. Bu, bizim qəzetimizdə də vaxtaşırı təhlil olnur, müxtəlif məclislərdə deyilir. Hər-halda rəylər göz qabağındadır. Bizi indiyədək ittiham edən qurumların indiki durumu da hamıya bəllidir. İndiyədək özünü əsas, radikal müxalifət adlandıran qüvvələrin indiki mövqeyi, onların hakimiyyətlə əlaqələri də göz qabağındadır. Bütün bunların konteksində, mən səmimi şəkildə deyirəm, bizim dəyişilməz mövqeyimiz var. Mən həmişə demişəm, indi bir daha təkrar edirəm, siyasi prosesləri xarici ölkələrin istəklərinə uyğun qurmaq olmaz. Bu gün bizim dediklərimiz təsdiqlənir:

XARİCDƏN DƏSTƏKLƏR İNDİ ANCAQ İQİTİDARA İŞLƏYİR

Bundan əvvəl xarici dəstəyə güvənənlər, indi deyirlər, yox, gərək xalqın gücünə arxalanaq. Xarici qüvvələrə inanmaq milləti parçalayıb. Elə buna görə də bu gün müxalifət xalqı öz arxasında hiss etmir, onun gücündən yararlana bilmir. Bu il seçki ildir. Seçkilərə xarici qüvvələrin təsiri danılmazdır. Amma hər şeyi xarici dövlətlərin ixtiyarına vermək olmaz. Bu amilin bizimlə qonşu ölkələrdə hansı durumu yaratdığını, hadisələrin nə ilə nəticələndiyini gözümüzlə gördük. Ölkəmizə gldikdə isə bu neçə illik siyasi proseslər göstərdi ki,

XARİCİ GÜCLƏR ÖLDKƏDƏKİ SİTÜASİYANI DƏŞMƏKDƏ MARAQLI DEYİLLƏR

çünki, onlar Azərbaycandan özlərinə lazım olan hər şeyi alırlar və hər şeyin bu şəkildə davam etməsi onlara sərf edir. Əslində, seçkinin taleyini xalq həll etməlidir. O, həmişə bizim güvənc yerimiz olub. Çox təəssüf ki, bu gün elə bir durum yaranıb ki, sanki, xalqın etiraz limiti tükənib. Hamı narazıdır, amma heç kim səsini çıxarmır. Sabah biz bir mitinq təşkil etsək, 2003-cü il prezident seçkilərindəki coşqunluğu görməyəcəyik. Bu, etiraz gücünün zəifləməsidir, yoxsa ümumi ictimai-siyasi mühitin dəyişməsi? Bunu aydınlaşdırmaq son dərəcə çətindir. Bəlkə, ölkədə yaşıyanların hamısı bu rejimdən razıdır, bəlkə, elə buna görə belədi? Yox, əslində, vəziyyət yaxşılaşmaq əvəzinə bir çox sahələrdə daha da pisləşib. Camaatın narazılığı artır, amma bu narazılıqları ifadə etmirlər. Sanki hansısa sehrli əl bu narazılığın müqavimətə çevrilməsinə imkan vermir. Biz bu şəraitlə barışmalı deylik. Vətəndaş Həmrəyldi Partiyası istər seçkilər keçirilən vaxt, istərsə də digər siyasi proseslərdə heç vaxt siyasi oyunbazlıq etməyib. Bu gün iqtidar partiyası bəyan edir ki, müxalifət yoxdur və müxalifətin olmaması üçün bütün vasitələrdən istifadə olunur; şantaj, mətbuatda insana, vətəndaşa yaraşmayan böhtanlar, siyasi qurupları və partiyaları üz-üzə qoymaq. Təəssüf ki, müxalifət partiyaları da bu oyunlara gedirlər. Dünən bir yerdə olan qüvvələr bu gün bir-birinə düşmən kəsilib. İqtisadi cəhətdən bütün siyasi partiyalar boğulur. Vaxtilə bir sıra partiyaların rayonlarda ofisləri var idi, indi onlar partiyaların əlindən alınır. Siyasi partiyaların maliyyələşdirilməsi həyata keçirilmir və s. Bununla da

NORMAL MÜXALİFƏTÇİLİK ETMƏYƏ İMKAN VERMİRLƏR

Və normal müxalifət olmayan yerdə özbaşnalıq tüğyan edir, insanların hüquqları addımbaşı tapdanır. İnsanlar ən xırda məmurun qarşısında belə əzilmiş, aşağılanmış halda dayanır. Üstəlik, ölkədə mənəviyyatsızlıq baş alıb gedir. Mənəviyyatsızlıq xırda bir məmurdan tutmuş, qəzetlərə, televiziyalara qədər sirayət edib, bununla da ölkə başqa bir rəng alıb.

QÜRUR DUYDUĞUMUZ BİR ÇOX CƏHƏTLƏRİMİZ VAR Kİ, İNDİ ONLARIN HAMISINI İTİRMƏKDƏYİK

Belə olan halda insanları bir yerə yığmaq, onların müqavimət gücünü artırmaq son dərəcə çətindir. Bəllidir ki, bu vəziyyətin yaranması aparılan eybəcər siyasətin nəticəsidir. İndi çıxış yolları tapmaq da müşkül məsələyə çevirilib. Bu yollarda biri bizim yolumuz, yəni siyasi qüvvələrin birlik yoludur. Amma təəssüf ki,

MÜXALİFƏTİN BİRLİYİ ARTIQ MÜMKÜN DEYİL

İndi bütün kartalar açıqdır, bütün yolllar görünür, kimin hansı məqsədələrə işləməsi bəllidir. Prezident seçkilərinə hazırlıq dövründə bu daha aydın sezilir. Ona görə də hansı qüvvələlərlə iş birliyi qurmaq çox böyük problemdir. Bundan başqa, elə şərait yaradılıb ki, siyasi partiyalar proseslərə təsir edə bilmir. Hətta iqtidarda olan pratiya belə oyundan kənar vəziyyətdədir. Bəli, bu gün

YAP-IN DA HADİSƏLƏRƏ TƏSİR GÖSTƏRMƏK İMKANI YOXDUR

Çünki indi parosesləri siyasi qüvvələr yox, maliyyə qurupları, olqarxlar və Azərbaycanının sərvətinə sahiblənmiş adamlar idarə edir. Bizim Avropada, Amerikada gördüklərimiz yavaş-yavaş Azərbaycana gəlib çıxır, yavaş-yavaş bizdə də seçkinin taleyini milyonlar, fantastik rəqəmələr həll edəcək. Bütün bunları siz bilirsiniz, deyilir, mətbuat yazır. Bütün bu hadisələrlə ya barışıb, axına qoşularaq çıxıb getməlisən, ya da dözümlülük göstərib, gələcək siyasi proseslərə uyğun addımlar admalısan. İndiki halda bizim imkanlarımız məhduddur. Bu imkanlardan biri qəzetimizdir. Siz oradakı təhlilləri oxusanız, bizim mövqeyimizi aydın görərsiniz. Bundan əlavə, biz beynəlxalq görüşlərdə, müxtəlif dünya səviyyəli tədbirlərdə həmişə öz sözümüzü demişik. Milli Məclisdə davamlı olaraq öz mövqeyimizi ortaya qoymuşuq, millətin problemlərindən tez-tez danışmışıq. Təəssüf ki, mətbuat bizim mövqelərimizi mümkün qədər az işıqlandırır, amma hər halda orada gedən mübahisələr barədə müəyyən məlumatlar sızır. Mən öz mövqeyimi heç vaxt heç bir deputat mandatına, kimlərəsə xoş görünmək isətyinə qurban verə bilmərəm. Mən Azərbaycanın ziyalısı, yazıçısı və bir ömrü mübarizə içərisində yaşamış adam olaraq bundan sonra da öz mövqeyimdən geri çəkilə bilmərəm. Həmişə haqq sözü demişəm, bundan sona da deyəcəm. Hətta bu partiya olmasa da,

MƏN ÖZ MÖVQEİMİ DƏYİŞMƏK BARƏDƏ DÜŞÜNMÜRƏM

Mən ömrüm boyu qazandıqlarıımı nəyinsə xatirinə güzəştə gedə bilmərəm. Qurultayda partityamızın prezident seçkilərində öz namizədilə iştirakı barədə qərar qəbul edilmişdi. Həmin gündən indiyə kimi mətbuat bunula bağlı qərarımızı soruşur. Bugünkü məclisi çağırmaqda bir məqsədimiz də, əslində, həmin məsələni müzakirə etməkdir. Bayaq dediyim kimi, seçkinin taleyini həll edən bir sıra məsələlər var ki, onların heç biri bizim tərəfimizdə deyil. Bizim bircə güvənc yerimiz xalqın dəstəyidir, amma təəssüf ki, həmin dəstəyi kifayət qədər hiss etmirik. Ölkədəki fəal qüvvələrin çoxu ölkədən gedir. Ölkəyə gələn kapitalın miqdarı çoxalır və insanlar da daha çox pul qazanmaq barədə düşünürlər, siyasi fəaliyyət kənarda qalır. Üstəlik, əhalinin səsinin təsirsizliyi, seçkiyə getməyin görüntü yaratmaqdan başqa bir şey olmaması əhalini yorub. İnsanlar öz qüvvələlrini təzədən boş yerə sərf etmək istəmirlər. Reallıq budur, ona görə də bizim dəstəyimiz xeyli zəifləyib. Qalan məsələlər də aydındır. Seçkilərə böyük məbləğdə pul lazımdır. Çox təəssüf ki, biz keçən seçkidə 55 mindən çox imza toplasaq da, səsələri sıradan çıxardılar, nəzərə almadılar. Bunula məcbur etdilər ki, biz depozit qoyaq. Biz depozit qoyduqdan sonra onu qaytarmadılar, guya, biz barajı aşa bilməmişik. Hansı ki, həmin barajı özləri müəyyən etmişdilər. 155 min səs topladığımız halda, onun 25 minini göstərdilər. Ən azından partiyamızın üzvlərinin sayı qədər səs verməmişdilər. Bütün bunlara görə indi də həmin deozit bizim boynumuzdadır. Üsətəlik deyirlər ki, depoziti ödəmiyən adamlara bu dəfə dövlət maliyyə yardımı etməyəcək. Bundan əlavə televiziya, radioda efir vaxtı və reklamlar əvvəlki illərdən qat-qat bahadır. Bu da seçkiyə getməyi çətirnləşdirən məsələdir. İkinci tərəfdən, bu günə kimi bizim ancaq MSK-da bir nümayəndəmiz var. Mən Milli Məclisin sonuncu iclasında da dedim ki, seçki başlayır, siz hələ də dairə, məntəqə məsələlərini həll etməmisiniz. Hamı susdu, əvəzində seçkilə bağlı daha mürtəce qanunlar qəbul olundu, üstəlik, bizim halal haqqımızın verilməsi barədə indiyə qədər qəti qərar qəbul olunmayıb. Sonra mən bunula bağlı MSK ilə danışdım. Məzaşir Pənahov deyir ki, bu parlamentdən asılı məsələdir. Parlament rəhbərliylə danışıram, deyirlər ki, bu məsələ ilə artıq Prezident Aparatı məşğul olur, Əli Həsənova müraciət edin. Əli həsənovla danışırıq deyir, mən seçkinin texniki tərəflərilə məşğulam, bu işlərə Zeynal Nağdəliyev baxır. Zeynal Nağdaliyevlə görüşürəm, o deyir ki, yox, mənim elə bir səlahiyyətim yoxdur. Yenidən qaydıram MSK-ya, ordan deyirlər ki, Müsavat Partiyası öz namizədlərini təqdim etmədiyinə görə, bölgü aparmaq mümkün deyil, onların son qərarlarını gözləyirik... Fakt budur ki, bizim nümayəndələr dairə və məntəqələrdə təmsil olunmadıqlarına görə, həmin yerlər artıq bir sıra kiçik partiyalar arasında bölüşdürülüb. O partyalar ki, onlar siyasi təşkilat olaraq, seçkilərdə iştirak etməyiblər, tək-tək adamlar seçilib. Hansı ki, həmin partiyalar ümumiyyətlə, yoxdur. Bundan başqa,

ÖLKƏDƏ, ÜMUMİYYƏTLƏ, SEÇKİ AB_HAVASI YOXDUR

YAP gizli şəkildə bütün yerlərdə öz işini görür, təbliğatını aparır. Amma yuxarıda dediyim məsələlər yarımçıq olduğuna görə müxalifət öz işini görə bilmir. Guya, avqustun 1-dən seçkiyə start veriləcək. Amma biz hansı şəkildə öz hüquqlarımızı müdafiə edəcəyik, hələ bilinmir. Seçki qanunvericiliyinin ancaq iqtidar partiyasının xeyrinə hesablanması və başqa məsələlər göstərir ki, builki seçkinin taleyi artıq bəllidir. Artıq indidən bəllidir ki,

İLHAM ƏLİYEV ÖZ SƏSİNİ TƏMİN EDİB

Belə olduquda seçkiyə getmək fon yaratmaqdan başqa bir şey deyil. Seçkiyə gedənlər alternativlik görüntüsünü yaradırlar. Mən də fon yaratmaq uğrunda gedən mübarizəyə qatılmaq istəmirəm. Keçən seçkilərdə biz hiss edirdik ki, ölkədə siyasi dəyişikliyi istəyən qüvvələr, etiraz edən, ortaya güc qoyan insanlar var. İndi həmin qüvvələr yoxdur. Ümumiyyətlə, 1988-ci ildə olan millət yoxdur. Bu illər ərzində millətin damarlarındakı qanını da dəyişiblər. Bütün bunları nəzərə alaraq, mən prezident seçkilərində iştirak etməməyi qrarlaşdırmışam. Çox böyük əziyyət çəkib, onun bəhrəsini görməmək yaxşı hal deyil. İndi seçkiyə gedənlərin hamısı bilir ki, nəticə əldə olunmayacaq. Qaldı bizim kimə dəstək verməyimizə, kimi müdafiə etməyimizə, hələ bu barədə danışmaq tezdir. Hələ imzalar bəlli deyil. Bu məsələni siyasi proseslər həll edəcək. Burada bir məsələ tam aydındır ki, biz YAP-ın əlavəsinə çevrilib, İlham Əliyevi dəstəkləyə bilmərik. Eyni zamanda müxalifət düşərgəsində də Vətəndaş Həmrəyliyi Partiyasına qarşı daim, düzgün, səmiimi bir münasibət bəsləyən, daimi bizə bir müttəfiq kimi baxan, bizim gücümüzə inanan və öz gücünü də lazım olanda bizim üçün sərf etməyə hazır olan elə bir qurum, elə bir namizəd hələ ki yoxdur. Bu gün seçilən Siyasi Şura yəqin ki, bu məsələləri dəfələrlə müzakirə edəcək. Və seçki öncəsi biz öz mövqeyimizi sizlərə bir daha bildirəcəyik".

 

VHP Mətbuat Xidməti


http://www.vhp.az/?news=1613

Beynəlxalq Valyuta Fondu: “Azərbaycan fəlakət astanasındadır”

Mirzə Xəzər 27 İyl 2008

no comments

Hökumətin yarıtmaz iqtisadi fəaliyyətinin fəsadları 2012-ci ildən başlayaraq üzə çıxacaq

Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi tənəzzülün başlayacağı vaxtı müəyyən edib. Fondun hesablamalarına görə, 2012-ci ildən başlayaraq Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi kəskin şəkildə aşağı düşəcək.

Qeyd edək ki, Azərbaycanda iqtisadi tənəzzülün qaçılmaz olacağı barədə proqnozlar hələ bir müddət əvvəl dünya iqtisadiyyatının vəziyyətinə dair hesabatda da əksini tapmışdı. Fondun hesablamaları bu proqnozdan irləri gəlir və Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının statistik metodologiyasına əsaslanır. “2012-ci ilə qədər də Azərbaycanda ÜDM-in həcmi sürətlə aşağı düşəcək. Amma 2012-ci ildə birdən-birə 1,7, 2013-cü ildə isə daha 2,6% azalacaq”, - deyə BVF-nin məlumatında deyilir.

Fondun hesablamalarına görə, əgər 2007-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 23,4% olubsa, 2008-ci ildə 18,6%-i ötməyəcək. 2009-cu ildən isə sürətlə azalacaq - 2009-cu ildə 15,6, 2010-cu ildə 4,8, 2011-ci ildə 1,6% təşkil edəcək.

BVF mütəxəssislərinin proqnozlarına görə, Azərbaycan MDB məkanında yeganə ölkə olacaq ki, iqtisadiyyatı uzunmüddətli perspektivdə böhranlı dövrə daxil olacaq. Bu proqnozlar ölkə iqtisadiyyatının neft sektorundan asılılığı ilə əlaqələndirilir. Bəllidir ki, Azəri-Günəşli-Çıraq yatağındakı neft ehtiyatlarının məhz 2012-ci ilə qədər pik həddə çıxarılacağı gözlənilir. Görünür, BVF bundan sonra belə zəngin yataqların işlənə biləcəyinə inanmır. Bundan başqa Fond Azərbaycanda qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında lokomotiv ola biləcəyinə də ümidsiz yanaşır.

Beləliklə, BVF Azərbaycanın iqtisadi böhran astanasında olduğunu bəyan edir. Cəmi 4 ildən sonra hökumət rəsmiləri Azərbaycanda “analoqu olmayan iqtisadi fəlakət” barədə danışmağa məcbur olacaqlar - Azəri-Günəşli-Çıraq yatağından neft hasilatı məhz 2012-ci ildən azalmağa doğru gedəcək ki, bundan sonra hökumətin ayıb yerlərini örtməyə əncir yarpağı sadəcə tapılmayacaq. Bununla da ölkədə iqtisadi fəlakət başlayacaq.

Qeyri-neft sektoru yerində saydığından bu fəlakətin uzunmüddətli olacağı şübhəsizdir. Adicə bir fakta diqqət yetirək ki, hazırda büdcədə qeyri-neft sektorunun payı cəmi 27, ixracatda 8, sənayedə 83 faizdir. Və bu göstəricilər getdikcə azalmağa doğru gedir. Yəni Azərbaycan iqtisadiyyatı bütövlükdə neftin əsirinə çevrilib. Neft azalanda isə iqtisadiyyatın çöküşü qaçılmaz olacaq - büdcə kəsiri kəllə-çarxa çatacaq, sosial layihələrə pul tapılmayacaq, məbləği 3 milyard dollara çatan xarici kreditləri geri qaytarmaq problemi yaranacaq, büdcəni doldurmaq üçün mənbə olmayacaq və s.

Bu da son nəticədə ona gətirib çıxaracaq ki, ölkədə yoxsulluq və işsizliyin miqyası daha da genişlənəcək, əhalinin həyat səviyyəsi kəskin pisləşəcək, iqtisadiyyat tez-tez inflyasiya qiymət sıçrayışları ilə üzləşəcək və s. Hökumətin yeritdiyi iqtisadi siyasətin məntiqi sonluğu məhz belə olmalıdır.

Indi neft pullarını səxavətlə sağa-sola xərcləyən hakimiyyət bir az sonra maliyyə mənbələri tapmaq üçün xarici donorların qapısında yetim uşaq kimi boynunu bükəcək. Bütün bunları görmək üçün böyük savad və istedada ehtiyac da yoxdur, sadəcə Azərbaycan hökumətindən bir qədər ağıllı olmaq tələb olunur. Ancaq hökumət ağıllanmaq əvəzinə getdikcə reallıq hissini daha çox itirir - böyük neft pullarını mənimsəmək üçün dövlət strukturları sanki yarışa giriblər.

BVF də Azərbaycanı gözləyən iqtisadi fəlakətləri görür və xəbərdarlıq edir. Xəbərdarlıqdan nəticə çıxarıb-çıxarmamaq isə hökumətin işidir. Ancaq təəssüf ki, bunun acısını hökumətdən daha çox, sıravi azərbaycanlılar çəkəcək. Neft pullarından fayda əvəzinə ziyan görən azərbaycanlılar (sürətli inflyasiya və alıcılıq qabiliyyətinin getdikcə zəifləməsi) neft pulları tükənəndən sonra daha rəzil duruma düşəcəklər. Necə deyərlər, neft kiçik xalqlar üçün zənginlik yox, fəlakət mənbəyidir.

Iqtisadiyyat şöbəsi


("Azadlıq" qəzeti)

Əvvəlki məqalələr

Sonrakı məqalələr