Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Azadlıq” bloku İlham Əliyevi istefaya çağırdı

Mirzə Xəzər 11 Mar 2010

no comments

azadliq blok

«Ölkədəki korrupsiya piramidasının başında prezident dayanır»

“Azadlıq” bloku “The Washington Post” qəzetinin Azərbaycan hakimiyyətini ifşa edən məqaləsi ilə bağlı bəyanat qəbul edib. Sənəddə deyilir:
“The Washington Post” qəzetində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın dövlət başçısı Ilham Əliyevin övladlarının adına 75 milyon dollarlıq malikanələrin alınması ilə bağlı məqalə dərc olunub. Bu məqalə beynəlxalq səviyyədə böyük rezonans doğurub, dünyanın nüfuzlu nəşrləri bu məsələyə xüsusi diqqət yetiriblər. Lakin məqalənin dərcindən xeyli müddət keçməsinə, həmçinin yazıda yer alan məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə böyük rezonans doğurmasına baxmayaraq, bu günə qədər nə Ilham Əliyev, nə də hakimiyyət orqanları məsələyə rəsmi münasibət bildirib.


“The Washington Post” kimi beynəlxalq səviyyədə çox nüfuzlu qəzet sayılan bir nəşrdə dövlət başçısı ilə bağlı belə bir məqalənin dərci haqlı olaraq Azərbaycan cəmiyyətində də çox böyük marağa səbəb olub. Cəmiyyət şəxsən Ilham Əliyevdən qəzetdə onun övladlarının adına Dubayda 75 milyon dollarlıq mülklərin alınmasıyla bağlı fakta münasibət bildirməsini gözləməkdədir. Lakin Ilham Əliyevin indiyədək susması onun cəmiyyətə bu barədə izahat vermək istəmədiyini və məqalədə yer almış faktları təkzib edə bilmədiyini göstərir.


“Azadlıq” bloku bildirir ki, bu məqalədə yer almış faktlar Azərbaycan dövlətinin imicinə beynəlxalq səviyyədə çox böyük zərbə vurur. Eyni zamanda həmin faktlar Ilham Əliyevin ölkədəki korrupsiya piramidasının başında durduğunu təsdiq edir. Ilham Əliyevin məsələyə münasibət bildirməməsi və faktla bağlı beynəlxalq məhkəməyə müraciət etməməsi da sübut edir ki, “The Washington Post”da yazılanlar həqiqətdir və ölkənin sərvətləri Əliyevlər ailəsi tərfindən talan edilərək mənimsənilməkdədir. Bu fakt həmçinin Azərbaycanda korrupsiyanın ayrı-ayrı dövlət məmurlarının özfəaliyyəti olmadığını, Ilham Əliyevin başçılığı ilə dövlət siyasətinə çevrildiyini göstərir.


“Azadlıq” bloku bəyan edir ki, məqalədə göstərilən faktlar həqiqəti əks etdirmirsə, o zaman Ilham Əliyev bu məsələdə həqiqətin üzə çıxarılması üçün beynəlxalq məhkəməyə müraciət etməlidir. Eyni zamanda blok bildirir ki, “The Washington Post”dakı məqalə ilə bağlı Ilham Əliyevin bu günədək xalqa heç bir məlumat və izahat verməməsi, beynəlxalq məhkəməyə müraciət etməməsi onun haqqında yazılan faktlarla razılaşdığını göstərir. Bütün bunları əsas götürərək, “Azadlıq” bloku Ilham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən istefa verməsini tələb edir”.

source: Azadliq qezeti - http://azadliq.az/?p=50612

MÜSAVAT PREZİDENTİN İSTEFASINI TƏLƏB ETDİ

Mirzə Xəzər 11 Mar 2010

no comments

musavat

Partiya mitinqlərə qərar verdi; Divan “Washington Post”un yazısı ilə bağlı israrla açıqlama tələb edir

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. İclasda “Washington Post” qəzetinin 05 mart 2010-cu il tarixli sayında Dubayda ölkə başçısının ailə üzvlərinin adına 44 milyon ABŞ dolları məbləğində mülk alınması haqda getmiş yazı ciddi müzakirə olunub.

Bildirilib ki, həmin məqalə dərc olunandan dərhal sonra Müsavat Partiyası bəyanat verərək bu məsələ ilə bağlı izahat tələb etmişdi. İqtidar düşərgəsindən bu məsələ ilə bağlı yalnız Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlaması olub ki, həmin açıqlamada “Washington Post” qəzetində haqqında yazı getmiş fakt dolayısı ilə təsdiq edilsə də, adıçəkilən mülkün alınması üçün xərclənmiş pulların mənbəyi haqda heç nə bildirilmir. Müsavat Partiyası ölkə başçısı İlham Əliyevdən bu məsələyə aydınlıq gətirməsini, əks təqdirdə, istefa verməsini tələb edir.
Müsavat deputat qrupuna həvalə edilib ki, hökumətin illik hesabatının Milli Məclisdə təqdim edilməsi ilə əlaqədar müzakirələrdə prinsipial mövqe ortaya qoyulsun və bu məsələ də qaldırılsın.

source: Yeni Musavat - http://www.musavat.com/new/Siyasət/72287-MÜSAVAT_PREZİDENTİN_İSTEFASINI_TƏLƏB_ETDİXəbər xidməti

VƏKİLLƏR EYNULLA FƏTULLAYEVİN İŞİ ÜZRƏ İSTİNTAQ MATERİALLARI İLƏ TANIŞ OLMAĞA BAŞLAYIRLAR

Mirzə Xəzər 10 Mar 2010

no comments

Eynulla-Fetullayev

“Yaxın günlərdə Eynulla Fətullayevə qarşı narkotik saxlamaq ittihamı üzrə istintaq materialları ilə tanış olacağıq. İbtidai istintaq yekunlaşıb, indi biz işlə tanış olmalı və Eynullanın konkret nədə ittiham edildiyini öyrənməliyik. Bundan sonra istintaq hərəkətlərinə qiymət vermək olar”. Məhbus jurnalistin vəkili İsaxan Aşurov “Turan”a açıqlamasında belə deyib.

Vəkil qeyd edib ki, yaxın 2-3 gündə işin materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndəriləcək.

Jurnalistin digər vəkili Elçin Sadıqov hesab edir ki, istintaq birtərəfli aparılıb, ittiham sifarişli ekspertiza rəyləri, öyrədilmiş şahidlər və onların ifadələri əsasında qurulub.

E.Sadıqov həmçinin bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsində E.Fətullayevin işinə martın sonlarında baxılacaq.

Jurnalistin atası Emin Fətullayev “Media forum” saytına deyib ki, istintaq yekunlaşdığına görə ona oğlu ilə görüş verilə bilər. Görüşün nə vaxt veriləcəyi bu həftə bəlli olacaq.

E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bu işlərlə bağlı bütün yerli məhkəmə instansiyalarından keçən jurnalist Avropaya üz tutub.

2009-cu il dekabrın 29-da cəza çəkdiyi 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Jurnalistə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) yeni cinayət işi açılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlan

«Media forum» http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100310042456836

Əvvəlki məqalələr