Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Qoy Mirzə Xəzər daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!

Mirzə Xəzər 18 Yan 2012

no comments

 

 

1990 – cı ilin 20 yanvar səhəri. Bakı matəm içərisində idi. Qan çilənmiş torpağa qərənfil yağışı yağmışdı sanki.Vətənin ən uca yerindən qara bayraqlar asılmışdı,anaların qara yaylığı kimi. Qara bayraqlar  kədərə təslim olmaq istəməyən bir xalqın dünyaya mesajı idi. O faciə fərdi deyildi, fərqli də deyildi. İllərlə inandığı, yarandığı günü bayram etdiyi “Şanlı ordunun” başına gətirdiyi qanlı oyundan sarsılan bir xalqın faciəsi idi.

Və o günlərdə
                            Davam edir 37,
                                        Daha kəskin,
                                                       Daha ciddi. (X.Rza)

dünyaya meydan oxuyan bir səs hələ də qulaqlarımdadır. O ağrılı günlərdə əli yerdən – göydən üzülən hər kəs o səsə üz tutub, o səsin ətrafına toplaşırdı. Bu milyonlarca səsin içində öz səsiylə seçilən Mirzə Xəzərin Səsi idi. Qorxmadan, ölümü belə gözə alaraq bu qanlı həqiqəti dünyanın kor gözünə dürtüb, kar qulağına hayqıran.

Mən, Mirzə müəllimə SƏSİniz həmişə uca olsun, deyirəm! Amma daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!

 

Gülnarə Cəmaləddin, şairə

Mən sizin səsinizə pərəstiş edirəm

Mirzə Xəzər 13 Yan 2012

no comments

 


Axşamınız xeyir, Mirzə bəy. Sizin kimi vətənpərvər, səsinizlə qürur duyduğum bir jurnalistə yazmaya bilməzdim. 90-cı illərdə Azadlıq radiosunda səhər-axşam ailəcə sizi dinləyəndə qəlbimizdə vətən eşqi formalaşır, riyakar separatçılara nifrət artırdı. Sizin səsiniz, yəni „AZADLĞIN SƏSİ“ indi də dünən kimi qulağımdadır. Mən sizə DÖVRÜMÜZÜN SABİRİ deyərdim. Mən sizin səsinizə pərəstiş edirəm. Sizin diktəniz Xəzər kimi coşğuludur. Bitib-tükənməyən enerjiniz var. Kaş, sizin kmi əzmkar, haqqın-ədalətin yolundan dönməyən vətənpərvər insanlarımız çox olaydı…Amma çətin ki, bu xalq qəflət yuxusundan ayıla. 19-cu əsrin Hophopnaməsindəki qara camaatdan bu günkü „DEMOKRATİK DÖVLƏTİMİZ“i heç nə fərqləndirmir. Mirzə bəy, sizcə bu yuxululuğu „Əliyevlər psixoterapevtləri“ ilə əlaqələndirək, yoxsa nəfsi mənfəətlərlə??? (Gülnar Nəcəfova, 13.01.2012)

Ğüc aldı vətən torpağı azadlığımızdan

Mirzə Xəzər 06 Yan 2012

no comments

1998-ci ildə Azadlıq radiosunun bağlanmasına etiraz olaraq yazılmış şer

 


Vidadi Vaqifoqlu


Ğüc aldı vətən torpağı azadlığımızdan,
Azadlığımız doğdu da irşadlığımızdan.
Dağ yardı Azadlıq da efir dalğalarıyla,
Dünyaya xəbər yaydı bu Fərhadlığımızdan.
Azadlığı daddıqca, eşitdikcə sevindik,
Ğöz yaşları tökdük nə qədər, şadlığımızdan.
Dünyada vətənçün nə qədər iş ğörür onlar,
Biz kəc baxırıq doğmalara yadlığımızdan.
Azadlığı boğmaq məğər ustadlıq olurmu,
İş ğör ki, ucalsın vətən ustadlığımızdan.
Dəhşətli 37 keçibdir, hələ bizlər
Əl çəkməmişik əski o cəlladlığımızdan.
Meydan sulayır düşmanımız can Qarabağda,
Boş-boş hələ qeybətdəyik arvadlığımızdan.
Ey Mirzə Xəzər, yaz bunu da çağla Xəzər tək,
Car çək və danış sən yenə bərbadlığımızdan.
Sizlər də verib əl-ələ bizlərlə bərabər
Azad eləyək yurdu xarabadlığımızdan.
Ğəl, ğəl vətən övladı, azadlıq deyə bir qalx,
Ğəl fayda verək millətə övladlığımızdan.

 

Bu şer vaxtilə nəşr olunsa da ünvanına yetişməmişdi. Hesab edirəm ki, artq şer öz ünvanına yetişdi. Təşəkkür edirəm. 06.01.2012

 

Əvvəlki məqalələr

Sonrakı məqalələr