Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirze bey

Mirzə Xəzər 29 Noy 2009

no comments

Mirze bey, dunyaya gelishiniz mubarek! Bu dunyanin duzenini beyenmeseniz de, dunya ve dunya insanlari Sizi beyenir, hesab edirem ki, esas olani da budur! Ne qeder besit seslense de, Size yalniz saglam Ruh ve Saglam urek arzulayiram!!! Neche gozel illere Sizi sevenlerle bahem!!!



Derin hormetle, ailemiz adindan AyNur Adilsoy

Hormetli ve eziz Mirze dayi

Mirzə Xəzər 27 Noy 2009

no comments

Hormetli ve eziz Mirze dayi Sizi,sizin sayenizde aile uzvlerinizi semimi qelbden tebrik edirik.Size ve ailelize bu eziz
bayram gununde can sagligi,xosbextlik ve seadet arzulayiram.
Qoy Allah tala bu eziz gunde dualarimi esidib sizi her vaxt Azerbaycan xalqinin yaninda Haqqin sesi olaraq qebul etsin.Qoy Allah tala momin insana bexs elediyi en gozel nemetini Rehmini ve sevgisini sizden esirgemesin.Amin ! Dualarimdan biri de odur ki,Allahim sen Boyuk Yaradansan.Senden xahis edirem Mirze Xezer bendeni Lenti Seytanin serinden qoru.

Size hormetle Huseyn 27 noyabr 2009 cu il.

Salam Mirzə müəllim!

Mirzə Xəzər 04 Noy 2009

no comments

Salam Mirzə müəllim! Hər dəfə Sizin "Mirzə Xəzərin Səsi" ünvanına daxil olduqca burada böyük bir xalqın ünlü səsini eşidir, onun dağ boyda dərdini qələmə alan əsil yazarların fikirlərinə şərik oluram. Düşünürəm, nə yaxşı ki, Mirzə Xəzər var, "Mirzə Xəzərin Səsi" var. Məhz bu səs xalqın haqq-ədalət uğrunda savaş səsini gözləri kor, qulaqları kar dünyaya çatdırır. Allah yardımçınız olsun! Amin!


Mirzə Xəzər

Haqqın danışan dili, vuran qolusan,
Həm haqsan, sən həm də haqqın yolusan,
Bu sində sinirməz, sinədolusan.
Dünyan türk dünyası, Doğu, Batısan,
Canım Azərbaycan, Anadolusan!


***


Həm sual, həm cavab, əməlin savab,
Məfkurən, mətləbin saf, təmiz su, ab,
Əməyin, ədəbin, ətirin gülab,
Yad nəzər, bəd nəzər izləyər, gəzər,
Ədalət simvolum sən Mirzə Xəzər!

***

Azadlığ carçısı, azarımız bol,
Bələkdən, beşikdən bezarımız bol,
Məhəbbət, məşəqqət, məzarımız bol,
Məqsədə çatmağa aparan bu yol
Yoxuşlu - enişli, ey Mİrzə Xəzər!

***

Dərdin Xəzər boyda, dərmanı da az,
Bu doğma diyara gecikir yaz yaz,
Təmənna ummadın nə çox, nədə az,
Əsas cansağlığı, canın olsun saz,
Dərdlər səndən həzər, həzər, min həzər,
Azadlığ carçısı, can Mirzə Xəzər!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
05.11.2009-cu il

Hüseyn Hüseynov

Əvvəlki məqalələr