Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Pənah Hüseyn: «QARABAĞA GÖRƏ İLHAM ƏLİYEVLƏ BİRGƏ İSA QƏMBƏR DƏ MƏSULİYYƏT DAŞIYIR»

Mirzə Xəzər 12 İyl 2009

no comments

penah

Pənah Hüseyn: «İşğal əbədiləşə bilər!»
«Ümumrespublika mitinqinin keçirilməsi gündəmə gəlməlidir»


Qarabağ üçün olduqca təhlükəli vəziyyət yaranıb. Artıq məsələ o qədər ciddiləşib ki, ABŞ rəsmiləri konkret təkliflərlə çıxış edir. Səfirlərin «xalq diplomatiyası» adı altında Dağlıq Qarabağa getdiyi vaxt ölkə başçısı İlham Əliyevin Rusiyanın «Vesti» televiziyasına bu məsələlərə bağlı müsahibə verməsi, həmsədr ölkələrin rəsmilərinin güzəştlərdən və müharibə etməməkdən danışması, dünən isə çoxdandır ətrafında danışıqlar gedən «Madrid prinsipləri»nin detallarının Ağ Ev tərəfindən açıqlanması təhlükənin olduqca böyüməsindən xəbər verir. Bunlar onu deməyə əsas verir ki, hansısa qüvvələr Qarabağda ikinci erməni dövlətinin yaradılması kimi mənfur ideyanı reallaşdırmağa çalışır. Baş verənlərin Azərbaycana nə vəd etməsi, hansı işlərin görülməli olması, vəziyyətdən çıxış yolları barədə millət vəkili Pənah Hüseynlə danışdıq.

- Hər şeydən öncə bir məsələnin altını ikiqat xətlə cızmaq istəyirəm. Əgər Qarabağla bağlı Azərbaycanın mənafeyinə zidd olan, Qarabağin verilməsi ilə nəticələnəcək hansısa hadisə baş versə, buna görə İlham Əliyevlə birlikdə İsa Qəmbər də məsuliyyət daşıyacaq. O mənada ki, bu gün siyasi müxalifəti onun ən nüfuzlu lideri olan İsa Qəmbər simvolizə edir. Açıq demək lazımdır ki, hazırda müxalifətin Qarabağ məsələsində tutduğu biganə və laqeyd mövqe bütün cəmiyyəti, milli-demokratik kəsimi təəccübləndirir və hiddətləndirir. İqtidarın, ümumiyyətlə iqtidarların bu cür məsələlərdə mövqeyi və həmin mövqeyə münasibət aydındır. QHT rəhbərlərini də buraya əlavə etmək istərdim. Çünki bu proseslə bağlı hadisələr intensivləşəndən sonra, özəlliklə də son günlərdə Qarabağla bağlı bir neçə tədbir keçirilib. İstər DUİ-nin təşkil etdiyi Qarabağ forumunda, istər Qarabağ Koordinasiya Şurasının təşkil etdiyi tədbirdə, istərsə də bu qəbildən olan digər tədbirlərdə həyəcan təbili çalınsa da müxalifətin və QHT-lərin mövqeyindəki arxayınçılıq, biganəlik bizi narahat etməyə bilməz. Sanki onlara arxayınçılıq nümayiş etdirməklə ictimai sayıqlığı bir növ kütləşdirmək komandası verilib. İş o yerə çatıb ki, tanınmış müxalifətçilərdən bəziləri vəzifəli məmurların ardınca bədnam «xalq diplomatiyası»na qoşulmaq üçün növbəyə dayanıb.
Dünən (srağagün-red.) Qarabağ Koordinasiya Şurasının keçirdiyi tədbirdə çıxış edən bir sıra hörmətli siyasi liderlər ümumiyyətlə, sanki heç nə olmayıbmış və olmayacaqmış məzmununda bəyanatlar səsləndirdi. Hətta onlar problemlə bağlı narahatçılıq bildirənləri «panika» salmaqda suçlamaqdan da çəkinmədi.
Bu proses mənə 1988-ci ili xatırladır. Həmin dövrdə milli-demokratik qüvvələr arasında müəyyən bir kəsim var idi ki, onlar bütün diqqəti rejimə qarşı yönəltmək şüarını irəli sürürdü. Onlar ümumiyyətlə Qarabağ məsələsi ilə məşğul olmağı milli-demokratik qüvvələrin vəzifəsi hesab etmirdi. Hökumət və müxalifət daxilindəki başqa bir kəsim isə bunun əksini irəli sürürdü. Deyilirdi ki, rejimə qarşı mübarizəni kənara atıb tək Qarabağla məşğul olmaq lazımdır. Bu gün biz çox təəssüf ki, eyni situasiyanı görürük. Son günlər aparılan müzakirələr zamanı da müşahidə etdim ki, bəziləri totalitarizmə qarşı mübarizəni yekunlaşdırmaq, yalnız bundan sonra Qarabağ məsələsini gündəmə gətirmək şüarını səsləndirir. Əks fikirlər də eşidilir. Halbuki tarix bu təkliflərin hər ikisinin yanlış olduğunu göstərib. Azərbaycanda anti-demokratik rejimə, totalitarizmə qarşı mübarizəni Qarabağ uğrunda mübarizədən heç bir halda ayırmaq olmaz. Əslində demokratiya uğrunda mübarizə Qarabağ uğrunda mübarizədir, Qarabağ uğrunda olan mübarizə də demokratiya uğrunda mübarizədir.


- Sizcə, bu məsələdə son söz sahibi kim olmalıdır?


- Çox müsbət hadisədir ki, cəmiyyətin bu məsələdə mövqeyi istər siyasi partiyaların, istərsə də QHT rəhbərlərinin və ziyalıların mövqeyindən qat-qat fəaldır. Son günlər mənim kənd rayonu olan daırəmdə seçicilərlə görüşlər zamanı adamlar birinci əkin-biçindəki problemlərdən yox, daha çox Qarabağ məsələsi ilə bağlı soruşurlar. «Nə baş verir, rayonlar azad olunacaqmı, deyirlər Qarabağ verilir» kimi suallar sadə insanlarımızın dilindən birbaşa səsləndirilir. Nə qədər qəribə olsa da, fakt budur ki, sadə vətəndaşların Dağlıq Qarabağla bağlı narahatlıq və həyəcanı müxalifət liderlərındən artıqdır. Ona görə də məncə yenidən əlahəzrət Azərbaycan xalqına - bu torpağın əsl yiyəsinə müraciət etməliyik. Burada hər şeyi iqtidar, müxalifət və QHT nomenklaturasının öhdəsinə buraxmaq olmaz.


- Dünyadan gələn səslər, təkliflər, bəyanatlar nəyin göstəricisidir?


- Əlbəttə ki, üç böyük dövlətin, o cümlədən Minsk Qrupu həmsədrləri olan ölkələrin prezidentlərinin bu barədə məlum bəyanatları verməsi çox ciddi hadisədir. Bəyanatların ardınca da «Madrid prinsipləri»nin detalları açıqlanıb. Burada bizi narahat edən əsas müddəa Dağlıq Qarabağa keçid statusu verilməsi ilə yanaşı, onlara yekun statusla bağlı hüquqi iradələrinin ifadəsi hüququnun tanınmasıdır. Bu, Dağlıq Qarabağda referendumun keçirilməsinin nəzərdə tutulması deməkdir. Bununla da Dağlıq Qarabağın Azərbaycandan birdəfəlik alınmasına aparan sürəcin startı verilir.
Digər tərəfdən, bu sənəd deklorasiyadır. Mühüm olan oradakı prinsiplərin necə icra olunmasıdır. Bundan asılı olaraq, həmin sənədin bizim xeyrimizə, ya da zərərimizə olması müəyyənləşəcək. Referendum məsələsinin dəqəqləşməsi ona görə mühümdür; həmçinin sənəddəki sülhməramlı əməliyyatlar anlayışı bu qəbildəndir. Sonuncunun mənası budur ki, Dağlıq Qarabağ və Azərbaycan arasında xarici qoşunlar dayanacaq. Bununla da Azərbaycan öz ərazisini silahlı qüvvələrdən istifadə etməklə işğaldan qurtarmaq hüququndan birdəfəlik məhrum edilir. Bu isə çox ciddi konstitusiya pozuntusudur.
Mən xarici silahlı qüvvələrin Azərbaycana sülhməramlı kimi gətirilməsini ciddi məsələ sayıram. Bu, konstitusiya ilə bağlı və hətta referendum keçirilməsini tələb edən məsələdir.

- Müharibə etməmək öhdəliyi təklifi də gündəmdədir. Bunun məğzi nədən ibarətdir?


- Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş bu hüquqdan imtina etməsinə dair bir sıra dairələr, o cümlədən həmsədrlər tərəfindən şərhlərə rast gəlinir. Hətta bunu Azərbaycanın güzəşti kimi də qələmə verirlər. Heç bir halda bu hüquqdan imtina etmək, bu barədə beynəlxalq müqavilələr formasında öhdəlik götürmək olmaz.
Hazırda Azərbaycana çox güclü təzyiq göstərirlər. Azərbaycan iqtidarı özünün əsas müdafiə vasitələrindən olan ictimai təzyiqi və onun subyektlərini zəiflətməklə, sıradan çıxarmaqla, əslində Azərbaycana çox böyük zərbə vurub. Bu zərbə sonda onun özünə qarşı çevriləcək. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır.

- Necə hesab edirsiniz, indi nə etmək zamanıdır?

- Son dövrlər hadisələr çox sürətlə inkişaf edir. Ona görə də eyni sürətlə bu məsələlərə reaksiya verilməlidir. Çox geniş bir kəsimin bu məsələdə birləşməsi və hadisələrə çevik reaksiya verməsi üçün də bir işçi qrupun yaranmasına ehtiyac var. Həftənin birinci günü Qarabağ Koordinasiya Şurasının son toplantısında iştirak edən şəxslərin mövqeyini ifadə edən bir sənədin hazırlanıb imzalanmaya açılması planlaşdırılır. Məncə, yaranmış vəziyyət yenidən toplanmağı və bu hadisələrə münasibət bildirməyi tələb edir.


- Hakimiyyətlə birgə müzakirələr məsələsi qaldırılacaqmı?

- Bu, iqtidardan gələn təşəbbüs nəticəsində baş versə, əhəmiyyətli ola bilər. Məncə, hazırda vəzifə xalqın milli müqavimətini təşkil etmək və yönəltməkdən ibarətdir. Bunun üçün lazım gələrsə, ümumrespublika mitinqinin keçirilməsi də gündəmə gələ bilər. Bir daha deyirəm, Azərbaycanın və hakimiyyətin ciddi beynəlxalq təzyiq qarşısında olduğu hamıya aydındır. Bu təzyiqin qarşısını yalnız xalqın iradəsinə istinad etməklə neytrallaşdırmaq və ya azaltmaq olar. Ona görə də bu istiqamətdə iqtidarın konstitusiya borcu xalqın rəyini öyrənmək və bu rəyə istinad edərək müvafiq addım atmaqdır. Bu, ciddi və konkret işlərin həyata keçirilməsini, məsləhətləşmələrin aparılmasını, siyasi müxalifətlə müzakirələri nəzərdə tutur. Bu məsələdə milli birliyi ifadə edən siyasi iradə ortaya qoyularsa, o halda situasiyadan daha az zərərlə çıxa bilərik. Bu iradənin strateji hədəfi də heç bir halda gizlədilməməlidir. Söhbət xalqın bütün vasitələrdən, o cümlədən silahlı qüvvələrdən istifadə etməklə torpaqlarını azad etmək əzminin açıq şəkildə ifadə olunmasından gedir.


- Madrid prinsiplərində ətraf rayonların qaytarılması nəzərdə tutulur. Azərbaycan buna razılaşa bilərmi?

- İstənilən halda nəinki nəzərdə tutulan rayonların, hətta rayonların bir hissəsinin də Azərbaycanın nəzarətinə qaytarılmasının heç kim əleyhinə deyil. Amma söhbət burada kompleks tədbirdən, bir-biri ilə bağlı olan 6 prinsipdən gedir. Mən «Madrid prinsipləri»ndə Azərbaycan üçün təhlükəli məqamların olmasına diqqəti cəlb etdim. Təkrar edirəm, bu prinsiplərin necə reallaşacağı əsasdır. Onların necə həyata keçiriləcəyi aydın olmayana qədər sülhməramlıların gəlişi, referendumla bağlı məsələlər Azərbaycanın maraqları üçün ciddi təhlükə yaradır. Bunlar işğalı əbədiləşdirə bilər.

Elşad MƏMMƏDLİ http://www.musavat.com/site/shownews.php?news_id=56314

QARABAĞ AZADLIQ TƏŞKİLATI: “QARABAĞ ƏLDƏN GEDİR”

Mirzə Xəzər 11 İyl 2009

no comments

shusha

 

 

 

 

 

 

 

 

Qarabağ Azadlıq Təşkilatı iyulun 11-də bəyanat yayaraq Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlamasına münasibət bildirib.

 

 

 


İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri “böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Prezidentlər Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.

 

 

 

QAT-ın bəyanatında prezidentlərin açıqlaması Azərbaycan dövlətinə qarşı qəsd kimi qiymətləndirilir: “Üç xristian dövləti işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyir, işğalçı dövlətin bütün iddialarının yerinə yetirilməsinə yardım göstərir və Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar. Onların təklif etdikləri variant Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti statusun verilməsi, yekun statusla bağlı referendumun keçirilməsinə şərait yaradılması, Dağlıq Qarabağdakı qondarma rejimi qorumaq üçün beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsindən ibarətdir. Həmsədr ölkələrin təklif etdikləri bu variant Ermənistanın işğal hərəkətlərinə bəraət qazandırılmasına, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yönəlib”.

 

 


Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, təklif olunan variant Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, ona görə də hakimiyyət dərhal danışıqlardan imtina etməlidir: “Həmsədr ölkələr bu variantı verməklə obyektivlikdən və ədalət prinsiplərindən çox uzaq olduqlarını nümayiş etdirdilər. Azərbaycan hakimiyyətinin bu danışıqları davam etdirməsi, hansısa formada bu varianta razılıq verməsi milli maraqlara xəyanətdir. Azərbaycanın bütün siyasi və ictimai qurumları bir araya gəlməli, antimilli xəttin həyata keçirilməsinə, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yol verməməlidir. Vəziyyət həddindən artıq təhlükəlidir! Qarabağ əldən gedir! Ayağa qalx Azərbaycan kişisi!”

 

 


«Media forum»


Əhməd Davudoğlu: “Ankara və İrəvan arasında soyuq müharibə başa çatıb”

Mirzə Xəzər 11 İyn 2009

no comments

Davutoqlu

 

 

 

 

 

 

 

 



Türkiyə xarici işlər naziri artıq iki dövlət arasında “düşmən” anlayışının olmadığını bildirib

 

 

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə və Ermənistan arasındakı münasibətlərdə “soyuq müharibə” dövrünün başa çatdığını vurğulayıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, nazir iki ölkə arasında artıq “düşmən” anlayışının olmadığını bəyan edib.

Davudoğlu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasının tərəfdarı olduğunu qeyd edib: “Bizim İsraillə münasibətlərimiz eyni zamanda Fələstinin də xeyrinədir. Azərbaycan da görür ki, Ermənistanla münasibətimiz onun marağındadır”.

 

 


LENT.AZ

Əvvəlki məqalələr