Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Rafiq Tağının qızı: "Mən atamla fəxr edirəm"

Mirzə Xəzər 29 Noy 2011

1 comment

qamar 4 

Qəmər Tağı

 

Media forum” saytı qətlə yetirilmiş yazıçı Rafiq Tağının qızı, 10-cu sinif şagirdi Qəmər Tağının yazısını təqdim edir.    

 

Mənim atam dünyasını dəyişdi. Bəlkə də düşmən çox sevinir, amma daha bilmir ki, atamı, əksinə, daha çox yaşatdı. Bütün dünya, yer-göy ağladı atama. Çünki mənim atamın ölümü ilə barışa bilmirdilər. Mən də barışmıram. Atam həmişə yaşayıb, yaşayır, yaşayacaq.

 

Düşmən... Əlbəttə ki, o hər kimdirsə, atamı yaxından tanımayıb. Tanısaydı, belə eləməzdi.

 

Atamı tanıyanlar bilir. Əlavə sözə ehtiyac yoxdur. O qədər səmimi, mehriban, qayğıkeş, sadə idi ki! Xəstəxanada, o halda belə, ağrılarını, əzabını yanına gələnlərə, hətta bizə də bildirmirdi. Mənə də...

 

Atam şəkildən sanki mənə baxıb gülür. Gülərüzlü atam mənim! Həmişə “Attuşum” deyərdim...

 

Mən atamla fəxr edirəm. Həmişə onun kimi yaza bilərəmmi, əsl ustad kimi yazıb-yarada bilərəmmi deyə düşünürdüm. Tez də öz-özümə deyirdim ki, əşi, atam var da, o yazar, mən oxuyaram, mənim yazmağıma ehtiyac yoxdur. İndi isə qərarım atamın qəfil ölümü kimi dəyişdi.

 

Çalışacağam ki, onun başını uca eləyim...

 

mənbə: Media Forum
 

Həsənov Məmmədəlinin şikayəti

Mirzə Xəzər 28 Okt 2011

no comments

 

 

Şirvan şəhər sakini, şəhərin Naxçıvan küçəsi 17, ev 359 ünvanda yaşayan Həsənov Məmmədəli Yəhya oğlu (ev tel. kod: 02121-574-20. mob. 055-568-87-99.) pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı VNŞ Şirvan İşçi Qrupuna müraciət etmişdir.


Cənab Həsənov M. şikayət ərizəsində bildirir ki o, 1976-cı ildən neft sahəsində çalışır. Orta-ixtisas təhsilli (Əlibayramlı heft texnikomu) 5-ci dərəcəli elektrik-çilingərdir. Əvvəllər “Şirvanneft” Neft və Qaz Çıxarma İdarəsində çalışıb. İdarədə struktur dəyişikliyindən sonra əmək fəaliyyətini “Karasu OKL”-da davam etdirib.  2009-cu ilin oktyabr ayında “Karasu OKL”-ın rəhbərliyi onu əsassız olaraq işdən çıxarıb. Şikayətçi ona qarşı haqsızlıqla bağlı millət vəkili Mehriban Əliyevaya ərizə ilə müraciət edib. Ərizə araşdırılmaq üçün oktyabrın 12-sində Heydər Əliyev fondundan Dövlət Əmək Müfəttişliyinə göndərilib. Əmək Müfəttişliyindən şikayətçiyə cavab 12 dekabrda gəlib. Şirvan şəhər məhkəməsi iddia müddəti keçdiyini əsas gətirərək işə bərpa ilə bağlı iddianı təmin etməyib. Appelyasiya məhkəməsi Şirvan şəhər məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb. 


Şikayətçi işdən çıxarılmasını “Karasu OKL” şirkətində korrupsiya faktlarını dilə gətirməsi ilə əlaqələndirir. Onun yazdığına görə “Karasu OKL”-un Şirvan şəhərindəki rəhbərliyi: 1. Təzə elektrik avadanlıq və qurğuları sifariş edir, amma bu avadanlıqları almayaraq bu avadanlıqların alınmasına ayrılan pulları fırıldaq yolu ilə mənimsəyirlər, əvvəlki mühərriklər, transformatorlar təmir edilir və onlardan əvvəlki kimi istifadə olunur; 2.Çıxarılan neftin bir qismi qeydiyyatdan gizlədilərək oğurlanır. Bu oğurluq sovetlər dövrundən qalma, torpağın altında olduğundan görünməyən köhnə ötürücü boruları yeni çəkilmiş nəqledici borulara gizli qoşmaqla həyata keçirilir; 3. Şirkətdə ikili mühasibatlıq yaradılıb. İşçilərdən gizlin onların ixtisas dərəcələri artırılır, vəzifələri böyüdülür, adlarına mükafat yazılır. İkinci mühasibatlıq yolu ilə bütün bu əməliyyatdan külli miqdarda vəsait mənimsənilir. Pullar işçinin xəbəri olmadığı, onun adına hazırlanmış ikinci ödəniş plastik kart vasitəsi ilə bankomatlardan çıxarılır. Bütün bu əməliyyatlar “QAZBANK” vasitəsi ilə həyata keçirilir.


Şikayətçi yazır ki bütün bu faktları bildiyi və bununla bağlı iradını bildirdiyi üçün ona böhtan atılıb, işdən çıxarılıb.

 


Kazım Kazımlı 28.10.2011

 

İlham Əliyevin "37"si davam edir...

Mirzə Xəzər 10 Okt 2011

no comments

guantanamo_11 

 

 

Elə təəssürat oyanır ki, Əliyev rejimi gələn il Bakıda keçiriləcək beynəlxalq forumlar və "Avroviziya" mahnı müsabiqəsinə qədər ağzını açmağa cəsarət edənlərin, hökumətə tənqidi söz söyləyənlərin, fikrini azad bildirənlərin, düşünənlərin, xalqa ürəyi yananların hamısını tutub Azərbaycanın hər yerini bürümüş həbsxana və lagerlərə soxmaq niyyətindədir. Rejimin əmri ilə işləyən məhkəmələrin son hökmlərini başqa cür yozmaq mümkün deyildir.


   
"Media Forum" yazır ki, Oktyabrın 10-da Nəsimi Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan müsavatçılar Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və AXCP üzvü Elnur Məcidliyə hökm oxunub. Avqustun 25-də Səbail Rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunanlardan AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilova hökm oxunub. Oktyabrın 3-də Səbail məhkəməsi 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində də hökmünü elan edib. Oktyabrın 8-də də İslam partiyasının fəalları barədə çıxarılan hökm çıxarıldı. 


İlham Əliyevin "37" həmləsi davam edir. Beynəlxalq icma Azərbaycan neftinə yox, Azərbaycan xalqının vəziyyətinə diqqəti artırmayınca, "37" hələ uzun zaman davam edəcək.


Növbədə yeni-yeni həbslər, yeni-yeni hökmlər var...

 

Mirzə Xəzər
10.10.2011
 

Əvvəlki məqalələr

Sonrakı məqalələr