Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Əsgər atası oğlu barədə çıxarılan hökmün yanlış olduğunu bildirir

Mirzə Xəzər 22 Sen 2008

Məhkəmə Hüquq şurasına Ədliyyə Naziri Fikrət Məmmədov cənablarına Azərbaycan Respublikasındakı Kütləvi İnformasiya vasitələrinə Şirvan şəhəri Xanlar küçəsi 41-də yaşayan Əliyev Firuddin tərəfindən

Açıq məktub

Hörmətli Nazir!. Hörmətli Media mənsubları! Bu ölkədə yaşayıb onun bütün qanunlarına əməl etmək, vətənə xidmət göstərmək, düşmənlə üz-üzə təmas xəttində durub keşik çəkmək biz kasıbların boynuna düşür. Amma ölkə qanunlarına əməl etməməmk, onun təbii sərvətlərini mənimsəmək, qanını sovurmaq, ədalətsiz məhkəmələrdə bizə divan tutmaq dövlətin bəzi məmurlarına, müstəntiqlərinə və nəhayət varlanmaq eşqi ilə daim alışıb yanan hakimlərinə aiddir. Ay millət, ay hökumət, Hörmətli Prezident, ürəyim partladı axı, mən bu dövlətdən bircə ədalətli məhkəmə istəyirəm. Vəssalam. Dərdimi sizə bildirmək istəyirəm. Yazmadığım instansiya qalmadı. Bilirəm ki, prezidentə 100 minlərlə məktub yazılır, bunları oxumaq da mümkün deyil. Əslində məhkəmələr ədalətli olsaydılar heç prezidentə məktub da yazılmazdı. Məktubları oxuyan məmurlar isə robot kimi ancaq eyni funksiyanı yerinə yetirir. Şablon cavablar verirlər. Mənə bir qulağ asın. Axı belə olmaz. Bu nə ölkədir. Nə deyirlər onu edirik. Barı ədaləti əldən qoymayın. İşıqpulu, qazpulu, supulu, müstəntiqpulu, hakimpulu, yetər qardaşlar. Pulum yoxdursa ədalət olmayacaq?. Mənim oğlumu qaytarın özümə, ailəsinə. Yoxsa biz bu ölkənin vətəndaşlığından imtina edirik. Bizə vətəndaş kimi yox, vətənin daşı kimi, yəni əşya kimi yanaşırlar.

Məhkəmələr mənim oğlum barəsində ədalətsiz qərar çıxarıblar. Oğlumu ordu sıralarına göndərdim ki, vətənə olan borcunu yerinə yetirsin. Əvəzində qəddar və mərhəmət hissini itirmiş hərbi müstəntiqlərin apardığı qərəzli istintaq nəticəsində oğlum Əliyev Ramiq Firuddin oğlu 8 il azadlıqdan məhrum edildi. Onun “günahı” təlimata uyğun hərəkət edərək gecə vaxtı mühafizə etdiyi posta düşmən istiqamətindən basqın edən, qaranlıqda kimliyini müəyyənləşdirə bilmədiyi əsgəri güllə ilə vurması olub. Təbii ki, mühafizə etdiyi posta yaxınlaşan əsgərin Azərbaycan Ordusunun əsgəri olduğunu bilməyib. (Axı bu əsgərin gecə vaxtı postda nə işi var idi ?). Güllə beton dirəyə dəyərək istiqamətini dəyişmiş və əsgəri öldürmüşdür. Qaranlıqda posta düşmənin təmas xəttindən basqın edən, “dayan” komandasına cavab verməyən, şəxsin kimliyini necə müəyyənləşdirmək olardı. Mənim oğlum həyatının gənc yaşlarında, cinayət törətmədiyi halda artıq iki ildir ki, həbsxanada yatır. Oğlumun komandirləri bildirirlər ki, Ramiq təlimata uyğun hərəkət edib. Bəs necə olur ki, hərbi müstəntiq və prokuror oğlumu səkkiz il həbsə göndərir. Oğlumun başına gələnləri araşdırsanız, hərbi prokurorluğun və tribunalın haqsız olduğunun şahidi olarsınız.

Məsləhətləşdiyimiz hərbi ekspertlər və hərbiçilər oğlumun düzgün və təlimata uyğun hərəkət etdiyini bildirirlər. Amma qəribə burasıdır ki, hərbi müstəntiq bildiyi kimi araşdırma aparıb və hətta güllənin betona dəyib istiqamətini dəyişərək əsgərə dəydiyini istintaq materiallarına daxil etməyib. Görünür hansısa istəyinə çatmadığı üçün güllənin yeri olan beton dirəyin fotoşəkillərini istintaq materillarından çıxarıb. Daha sonra hadisə yerində ikinci şəxs olub (bu şəxs erməni də ola bilərdi?!) və onun haqqında da istintaq materiallarında heç nə göstərilməyib. Müstəntiqin bu hərəkəti özü-özlüyündə şübhə doğurur və onun istintaqı qərəzli aparmasından xəbər verir. Məhkəmələrdə isə deyilənlər heç biri təfsilatı ilə araşdırılmadı. Bir-birinin ardınca bütün instansiya məhkəmələrin ədalətsizliyi bizi üzdü. Ali Məhkəmədə isə hərbi hakim Oqtay Maqsudovun iştirakı ilə məhkəmə prosesi iki dəqiqə çəkdi. Hakim vəkilə imkan vermədi ki, cinayət işində maddənin düzgün tətbiq edilməsini sübut etsin. İndi də bizə bildirirlər ki, Ali Məhkəmənin plenumuna müraciət edin. Axı nə xeyri?!. Avropa məhkəməsi daha yaxşı qərar çıxarar. Indi belə çıxır ki, bzim işimizə Avropa məhkəməsində əcnəbilər baxacaq. Bu bizə baş ucalığı gətirməyəcək. Əvvəllər Kremlə yazırdıq, indi isə Strasburqa. Kim nə deyər bizdə olan qeyrətə , qeyrətimiz bəllidir hər millətə. Allah xofu olmayan müsəlman hakimin çıxardığı qərarı xristian alman və yaxud fransız dəyişsə gör nə biabırçılıq olacaq.

Əlbəttə mənəvi biabırçılıqdan söhbət gedir. Amma yox bizimkilər üçün əsas şey puldur. Pul yerindədirsə mənəviyyat olmasa da olar. Heç bilmirəm Azərbaycanda göz yaşlarına inanan qalıbmı?. Son ümidim yalnız sizədir. Bunlar adi sölər deyil insan taleyidir. Oğlumu kriminal etmək üçün əsgər göndərməmişəm. Xahiş edirəm məktubumu çap edin. Qabqaqcadan məktubumu çap edənlərə minnətdarlığımı bildirirəm.

Hörmətlə: Əliyev Firuddin Əsgər Anası: Əliyeva Məleykə

Telefon: 050 520 40 16

P.S. Bildirim ki, məsələ Ombudsman apparatında, şəxsən Elmira Süleymanova tərəfindən araşdırılmışdır. Ali Məhkəməyə məktub da göndərilmişdir. Amma nəticəsi olmadı.

Prokuror Novruzəli Məmmədova 12 il iş istədi

Mirzə Xəzər 08 İyn 2008

no comments

Baki. 7 iyun 2008-ci il.
Novruzeli Memmedovun huquqlarini Mudafie Komitesi
Sedr. Hilal Memmedov
hilalmamedov@yandex.ru
tel 050-559-40-63

CM-nin 274 (“Dovlete xeyanet”) maddesiyle taqsirlandirilan “Toloshi Sado” (“Talishin Sesi”) qazetinin bash redaktoru, Respublika Talish Medeniyyet Merkezinin rehberi, AMEA-nin Dilchilik Institutunun sector mudiri professor Novruzeli Memmedov ve hemin institutun dissertanti, “Toloshi Sado”nun mesul katibi Elman Quliyevin yekunlashmaqda olan qapali Mehkemesinin son prosesleri barede melumatlar

29 mayda bezi video-materiallara baxishdan sonar, 30 mayda Novruzeli Memmedov ve Elman Quliyevin Mahkama prosesi davam davam etdi. 30-da Novruzeli Memmedovun mudafiye terefinin shahid qisminde devetiyle Hacibala Ezimov ishtirak etdi. O, N.Memmedovun hebsini tamamile haqsiz bir addim oldugunu bildirdi.


2 iyun 16-00-da vekil Ramiz Memmedovun devetiyle Novruzeli Memmedovun huquqlarini Mudafiye Komitesinin sedri Hilal Memmedov shahid qisminde Mehkemede ishtirak etdi. 2 saat davam eden dindirilmenin mezmunu ashagida Sizin nezerinize chatdiririq
6 iyun 16-00-da son Mehkeme prosesi ishine basladi. Prokuror guya Elman Quliyev, Baldadash Qanbarov ve Mehkemede shahid qisminde ishtirak etmekden imtina etmish Iskender Quliyev, Seyfulla Esedullayev, Terane Quliyevanin(Elnanin heyat yoldashi) shahidlerin bezi konully etiraflarini (eslinde Istintaq materiallarinda bu “etiraflar” barede hechne yoxdur) esas tutaraq istintaqin ireli surduyu 274 (“Dovlete Xeyanet”) maddesinini quvvede saxlayib Respublika Talish Medeniyyet Merkezinin rehberi, “Toloshi Sedo” qazetinin bash redaktoru Novruzeli Memmedova 12 il, hemin qazetin mesul katibi Elman Qyliyeve ise konullu etiraflarini nezere alaraq 8 il azadliqdan mehrum edilmelerini teleb etdi. Novruzəli Memmedov prokurorun bu ittiham telebine ironiya ile bele replikayla cavab vermishdir: “bu qeder merhemetinize gore Size minnetdaram, hormetli prokuror, ele bilirdim ki, omyrluk hebsimi teleb edeceksiniz”. Sonra iki saata yaxin onun vekili Ramiz Memmedov chixish etmishdir. Mehkemenin – “hele choxmu danishacaqsiniz?”, sualina “her iline bir saat hesabiyla en azi 12 saat” danishmaq niyyetim var. Mehkeme 9 iyunda vekilin chixishi ile ishini davam etdirecekdir.

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil martın 13-ü saat 20 radələrində Bakıda bıçaqlanıb

Mirzə Xəzər 13 Mar 2008

no comments

«AZADLIQ» QƏZETİNİN ƏMƏKDAŞINI BIÇAQLAYIBLAR
2008-03-13 - 20:54:00

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil martın 13-ü saat 20 radələrində Bakıda bıçaqlanıb. Bu barədə «Media forum» saytına məlumat verən «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib ki, A.Xəlil işdən - redaksiyanın yerləşdiyi «Azərbaycan» nəşriyyatından çıxıb evə gedəndə Bakı Apellyasiya Məhkəməsinin binasına çatmamış qarşıdan iki nəfərin ona sarı gəldiyini görüb. Həmin iki nəfərin fevralın 22-də 6-cı mikrorayondakı Zeytun bağında baş verən hadisədən sonra A.Xəlili izlədiyini və bu səbəbdən jurnalistin onları görəndə geri dönüb qaçmaq istədiyini bildirən A.Əhmədovun sözlərinə görə, sən demə, arxadan da iki nəfər gəlirmiş. Arxadan gələn həmin iki nəfər A.Xəlilin yolunu kəsib və onlardan biri jurnalistin döş qəfəsindən bıçaqla vurub.

A.Xəlil hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun döş qəfəsinin rentgeni çıxarılır. Xəsarətlə bağlı ilkin tibbi rəy hələ bəlli deyil.

A.Əhmədov artıq Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşlarını da Kliniki Tibbi Mərkəzə gəldiyini deyir.

Bu il fevralın 22-si saat 17 radələrində Bakıdakı 6-cı mikrorayon ərazisindəki Zeytun bağında A.Xəlil bir qrup şəxsin hücumuna məruz qalmışdı. Həmin vaxt ağac kəsən şəxslərin şəklini çəkməyə cəhd edən jurnalistin barmağımı sındırmışdılar. Jurnalist onu döyənlərin iki nəfər olduğunu bildirmişdi.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin yazarı Mirzə Sakit hazırda həbsdədirlər.


«Media forum»

Əvvəlki məqalələr