Qürbətdə Azərbaycanın başını uca edən Ata və ogulun hekayəsi
Bu gunlerde bir polyak dostum oz olkesinin dovlet kanalinda 10 yasli bir azerbaycanli haqda verilise hevesle baxdigini bildirdi. Bu, olduqca sevindirici bir xeber oldugu ucun bu usagi tapmaq ve onun haqda melumat toplamaq qerarina geldim. Polsada oldugum zaman hemin verlisin qehremani, 10 yasli Anar Yaqub Imanlari tapmaq cetin olmadi. Polsada yasayan diaspor feallarimizdan Namiq Imanlarin oglu oldugunu soylediler.
Polsanin Lukovda seherinde Namiq Imanlari usaqdan tutmus, boyuye kimi hami taniyir. Hami Imanlar ailesini medeni, qaygikes ve Azerbaycani yuksek seviyyede temsil eden bir aile olaraq qeyd edir.
Polsa televiziyasinin Namiq ve onun 10 yasli oglu baresinde cekdiyi verilis bir nece defe tekrar efire verilb. Bundan elave Lukov kabel TV de bu verilisi bir nece defe numayis etdirib.
Boks uzre Polsa aciq birinciliyinde bu olkede yasayan soydasimiz, beynelxalq dereceli idman ustasi Namiq Imanlar ikinci oldugu halda, onun oglu 10 yasli Anar Yaqub Imanlar usaqlar arasinda kecirilen yarisda en yuksek pileleye qalxib.
Lukovda Namiq bey bizi cox semimi qarsiladi. Sonra hemin verilsin kasetine baxdiq ve qurur hissi kecirdim. Dogrusu cox az xatirlayiram ki, qurbetde hansisa soydasimiz haqda bele bir musbet verilis verilsin.
Onunla danisdiqca qarsimda tunc bedenli, megrur bir azerinin dayandigini gorurem, ancaq tevezokarligindan ozu haqda olduqca xesislikle danisir. Azerbaycanin cennet Qarabaginda dogulan Namiq Imanlar Bakida Dovlet Beden Terbiyesi ve Idman Institutunun boks fakultesini bitirib. Bir nece moteber yarisda ugurla cixis edib. Ermenilerin Qarabagda texribata basladigi zaman ilk konullu mudafie destelerine qosulub, torpaqlarimizin mudafiesinde dayanib. Tepeden dirnaga silahlanmis xain ermenilerin qarsisinda ov tufengi
ile dayanan onlarca veten oglu kimi, Namiq de veten borucunu serefle yerine yetirib. Maraqlidir ki, Imanlar ailesinin 6 qardasindan 5-i Qarabag savasinda istirak edib. Bu barede novbeti yazilarda qayidacam. Ancaq Namiq hele milli ordumuzun, silah-sursat ve herbi geyimlerin olmadigi bir donemde Qarabagin Xatinbeyli, Orta Guney, Bas Guney, Manik, Xramort kendlerinin mudafiesinde dayanib. Cebhede ciddi xestelenen Namiq 1990-ci illerin evvellerinde Azeri Cemiyyetinin (sonralar Azerbaycanin Dostlari Cemiyyeti oldu)
desteyi ile bir nece doyuscu yoldasiyla birge Polsaya mualiceye gelir.
Namiq Imanlar hemin illeri bele xatirlayir: “Muliceden sonra Azerbaycana qayitmali idim, axi atriq Qarabagda siddetli doyusler gedirdi. Dord qardasim yeni yaranmis milli orduya uzv olub Qarabagda doyusurdu. Bundan elave bir cox usaqliq dostum cebhedeydi. Menim ureyim doyus ucun esirdi. Veteni darda qoymaq olmazdi. Lakin mualicemizi teskil etmis Azeri Cemiyyetinin sedri Elman Mustafazade menim Polsada qalmagimi meslehet bildi. Men razilasmasam da, Elman bey bildirdi ki, bura da cebhedir, burada veten ucun cox
isler gormeliyik. Xususen informasiya blokadasinda olan Azerbaycani Polsada layiqince temsil etmeliydik. Bax belece onun sozunden kece bilmeyib, men ve idmanci hemkarim Vuqar Melikov, Cerkez Quliyev, Vuqar Muxtaroglu Polsada qaldiq. Cox cetin iller idi. Hele maddi cehetden ayaga durmamisdiq, Polsada ise hemin iller kriminal bas alib gedirdi. Dogrusu, Elman beyi de tek qoymaq istemirdim. Axi o, bu qurbet olkede Azerbaycan ugrunda tekbasina doyusurdu. Olkede ruslarin, belaruslarin, ermenilerin ve basqa xalqarin
guclu birlikleri oldugu halda Azerbaycan diasporu yeni yeni yaranirdi. Dusmenlerimiz ise bu birliyin yaranmasina muxtelif yollarla mane olurdu. Men ve Vuqar Muxtaroglu Elman beyin sexsi cangudeni olduq. Biz hem Elman beyi, hem ailesini, hem korpe usaqlarini qorumaliydiq ki, o da ozunu serbest hiss etsin.
Bax belece bu agir illerden cetinlikle cixdiq ve az kecmis guclu maddi baza ve milli birlik yarada bildir. Hemin illerde Elman Mustafazade ile yanasi, Tahir Ceferov, Hamlet Imanov kimi zilalilarimizin da tehlukesizliklerini biz temin etmisdik.
Az sonra ise yeniden idmana qayitdim, Ksistov Pucekin rehberliyi ile mesqlere basladim. Mesqizim mene tekce muellim deyil, dost ve qardas oldu. Bundan sonra bu qurbet diyarda Azerbaycani serefle temsil etdim. Azerbaycan namine mucadilede ise Elman beyle birlikde gunlerle Polsada redaksiyalarin qarsisinda Azerbaycan heqiqetlerini bu olkeye catdirmaq ucun mucadile verdik. Hemin illerde metbuatda Azerbaycanin eleyhine gunde bir yazi cixirdi. Hetta bizleri suclayirdilar ki, guya bizim millet Sumqayitda ermeni qadinlarini oldurub, usaqlarin basini keserek top kimi futbol oynayirmislar. Axir ki, 1993-cu ilde Azerbaycan heqiqetlerini Polsa metbuatina cixarmaga nail olduq. Buna gore milletimin onunde alnim aciqdir. Bu mucadilede axira kimi ziyalilarimizin arxasinda dayanmisam. Sonra Polsaya Irfan Murad Yildirim geldi ve gucumuz daha da artdi.Irfan beyinde tehlukesizliyini biz temin etmisdik. Polsada Azerbaycan diasporu cox cetin ve meseqqetli illerde yarandi. Hemin iller nece defe texribata ve tehdide rast gelsek de, geri cekilmedik. Men her seyi indi demek istemirem, ancaq hemin iller biz her an olumle raslasirdiq. Cunki dusmenlerimiz hemin iller her vasite ile Azeri birliyini yox etmeye calisirdi. Soydaslarimiz arasinda nifaq salanlar tapilirdi. Butun bu cetinliklere baxmayaraq biz qalib geldik. Indi Polsada yasamaq cetin deyil. Bu olkede azerbaycanlilara xususi hormetle yanasirlar. Buna gore gerek kecmisin aci ve cetin, elece de serefli gunlleri unudulmasin.
Indi Polsada sefirliyimiz var. Sefirimiz Vilayet Quliyev cox qaygikes adamdir. Bizlere hemise ata kimi yanasir. Bayramlarda sefirlikde oluruq. Butun tedbirlere devet edilirik.
Men Polsada cox cetinliklerle Azerbaycan diasporunun bunovresini qoymus ve yaratmis, bu yolda eziyyetler cekmis Elman Mustafazadeni, Tahir Ceferovu, Hamlet Imanovu, Irfan Murat Yildirimi minnendarliqla xatirlayiram. Bu gun ise Polsada Azerbaycan diasporunu serefle yasadan Hicran Aliyevaya, Xeqani Selimzadeye, Kerim Haciyeve, Musfiq Imanova, Musfiq Seferova, Namiq Seferova ve digerlerine tesekkur edirem. Men hemise yene onlarla bir yerdeyem”.
Butun bunlari esitdikce sevinmemek olmur ki, vetenin bele etibarli, merd ogullari var. Namiq Imanlarin 10 yasli oglu Anar mohkemliyi ve temkinliliyile secilir. Bu usaq esl azeri xaraketine malikdir - mehriban, semimi. Anasi polyak olsa da, Anar Yaqub ozunu azerbaycanli sayir ve bununla fexr etdiyini deyir.
Onun yarislardaki uguru tekce valideyinlerini deyil, butun Polsada yasayan soydaslarimzi sevindir. Namiq Imanlarin "ANAR" adli zergerlik sexi var ve taninmis zergerdi. Bundan elave Namiq mesqici olan Ksistof Pucekle birlikde bir cox muhum obyektleri muhafize eden destenin rehberlerinden biridir.
Ayrilanda meni bir soydas kimi bele ogularimzin ugurlari sevindirdi. Ve oyrendim ki, Polsada olan soydaslarimzin ekseriyyeti Qarabag muharibesinin istiraklcilaridirlar.
Helelik Namiq bey! Gorusmek umidi ile. Unutmayin ki, Musteqil Azerbaycan Respublikasi sizlerin arxasindadir. Ugurlar soydaslarim.
Intigam Memmedov
Warsava-Lukow-Hannover
Elbəyi HƏSƏNLİ: RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - I
"Yeni Musavat" qəzetinin Sürixdəki müxbirinin keçmiş merlə bağlı maraqlı xatirələri
Elbəyi HƏSƏNLİ
Dəqiq yadımdadır. Ötən il dekabrın 5-də Rauf Arifoğlundan zəng gəldi: “Rəfael Allahverdiyevin səhhəti pisləşib. Hətta ölüm ayağında olduğunu deyənlər də var. Ailəsi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirsən, yaxşı olar”. Buradaca qeyd edim ki, onda mən də, R.Allahverdiyev də siyasi mühacir qismində İsveçrədə yaşayırdıq. Həyatın qəribəliyinə diqqət edin: “Yeni Müsavat”ın müxbiri ilə YAP-ın yaradıcılarından biri QÜRBƏTDƏ eyni taleyi paylaşırdı. “Nədən belə olmuşdu” deyə soranlara sadəcə onu deyə bilərəm ki,
hər ikimiz Azərbaycan vətəndaşı idik. Azərbaycanda isə necə deyərlər, “həyat təhlükədir hər addımbaşı”.
Və Rəfael müəllim bu təhlükələrin birində müvazinətini itirib yıxılmışdı. Daha doğrusu, onu yıxmışdılar. Gözünü açanda isə özünü onun üçün qazılmış quyunun dibində görmüşdü...
Əvvələ qayıdaq. R.Arifoğlunun zəngindən sonra özüm-özümdən gileyləndim ki, burdan-bura mənim xəbərim olmayıb. Dərhal sabiq merin Montrodakı evini aradım. Telefon zənginə Rəfael müəllimin xanımı cavab verdi. Bakıda dolaşan xəbərlərə onun münasibətini öyrənmək o qədər də asan olmadı.
Dekabrın 5-də axşam saatlarında onun mənə söylədiklərini sabahısı gün “Yeni Müsavat” qəzetində manşetdən oxuduğunuz üçün təkrara varmıram. Zakirə xanım qəzetimiz vasitəsilə Azərbaycan iqtidarına müraciət edirdi ki, canı ilə əlləşən keçmiş YAP qurucusunun, Heydər Əliyevin yaxın silahdaşının, Bakının meri olmuş bir qürbətçinin son anlarda vətənə qayıtmasına imkan yaratsınlar. O vaxtdan bəri Zakirə xanımla dəfələrlə söhbət etdim, oğlu Xanəli ilə danışdım. Hər dəfə də ümid edirdim ki, Bakıdan xoş xəbər gəlmiş olar.
Yəni ölümlə əlləşən birisi vətənində, doğma divarlar arasında rahat ölə bilər. Yaxşı ki, son anda da olsa, Rəfael müəllim Bakıya çatdırılıb...
Qəzet olaraq bu xəbəri gündəmdə saxlamağa çalışdıq. Bu işdə çıxılmaz vəziyyətdə olan ailəyə kömək etməyə çalışdıq. Amma sayı yarım milyonu keçən hakim partiya R.Allahverdiyevi çoxdan unutmuşdu...
***
Yanvarın 10-da R.Arifoğlundan yenə xəbər gəldi. R.Allahverdiyevin ölüm xəbəri...
İlk ağlıma gələn bu oldu ki, R.Allahverdiyev mərhum Heydər Əliyevin sağlığında dünyasını dəyişsəydi, hər şey ayrı cür olardı. Fəxri Xiyaban, sıraya düzülmüş YAP funksionerləri, deputatlar, yüksək vəzifə sahibləri...
Əminəm ki, H.Əliyevdən sonra vurulub hörmətsiz edilən sabiqlərin çoxu məhz belə bir sonluğun olması üçün vaxtından əvvəl dünyadan köçməyə də razı olardılar. Amma həyat heç kəsin cızdığı plana uyğun gələsi nəsnə deyil ki...
Bu sətirləri yazarkən mərhum H.Əliyevin dəfn günü gözümün qarşısında canlandı. Ucsuz-bucaqsız insan axını içində R.Allahverdiyevi gördüm. Ondan xeyli əvvəl vurulub kənara atılmış Rza İbadovla yanaşı addımlayırdı...
***
Yuxarıda dedim ki, biz mərhumla eyni ölkədə yaşayırdıq. R.Allahverdiyevin İsveçrənin Montro şəhərciyində evi var. Yeri gəlmişkən, Montro son dərəcə bahalı şəhərlərdən biridir. Bu şəhərdə əsasən dünyanın fərqli yerlərindən gəlmiş zənginlər yaşayır. Orasını da deyim ki, mən də Rəfael müəllimin Montrodakı evində bir dəfə olmuşam. Dəbdəbədən uzaq, amma gözəl şəraiti olan ikiotaqlı xudmani bir mənzildir. Həmin mənzildə olmağımın tarixçəsi də maraqlıdır.
Bakıdakı dostlarımız bizdən xahiş etmişdi ki, R.Allahverdiyevin İsveçrədə siyasi mühacir statusu almasına yardımçı olaq. O vaxt sabiq vali hələ də Milli Məclisin üzvü idi. Biz onunla ilk görüşdə problemin həlli ilə bağlı bir çox məsələləri müzakirə etdik. Danışıqlardan belə məlum oldu ki, Rəfael müəllim İsveçrədə qalmaqda israrlıdır; deyirdi Bakıya dönsə, onu həbs edəcəklər. O isə həbs olunmaq istəmirdi. Onun həbsdən qorxmasının bir səbəbi də varmış. Bu səbəb də Hacı Seyfəllə bağlı imiş.
Hacı Seyfəl əslən Maştağa kəndindəndir, Bakı çapında nüfuzu olan tək-tük insanlardan biri idi. Ayaz Mütəllibovun tərəfdarı kimi tanınırdı. Ən önəmlisi isə Heydər Əliyevin Bakıya gəlişini əngəlləmək üçün Bakı kəndlərindən insanları toplayıb Binə hava limanına aparıbmış. R.Allahverdiyev danışırdı ki, H.Əliyev hakimiyyətə gələndən sonra Hacı Seyfəl özünə İranda sığınacaq tapıbmış. O vaxt Bakı meri, ən başlıcası isə əslən bakılı olan R.Allahverdiyev H.Əliyevin tapşırığı ilə Hacı Seyfəllə telefon danışıqları aparıb. Və Hacıya prezident adından söz verib ki, o, rahat şəkildə gəlib Bakıda yaşaya bilər.
R.Allahverdiyevin o vaxt dedikləri indi də yadımdadır: “Hacı da geri dönmək istəyirdi. Çünki xəstə idi. Ona dedim ki, Heydər Əliyeviç sənə zəmanət verir. Gəl, başını aşağı sal, kənddə (Maştağa nəzərdə tutulur-E.H.) yaşa. Hacı da mənim sözümə inanıb geri döndü. Bilmirəm nədənsə Hacı Seyfəl sonradan həbs olundu. Yadımdadır, oğlanları gəldilər ki, atamız ölüm ayağındadır, onu buraxsınlar, biz gedək içəridə (yəni həbsdə-E.H.) oturaq. Nə qədər çalışsam da prezident məni eşitmədi. Zindandan Hacının meyiti çıxdı. Buna
görə özümü həmişə günahkar bildim. Mən gərək o kişini arxayın etməyəydim”.
Əlbəttə, mən onun nə demək istədiyini dərhal anladım. O da ömrünü həbsxanada başa vurmaqdan qorxurdu. Hacı Seyfəlin başına gələn müsibətin başqa variantda təkrarlanmasından qorxurdu. Onun qorxduğu başqa bir şey də vardı. Həmişə mənimlə danışanda əvvəl-axır o mövzuya qayıdırdı. Deyirdi ki, evdə tək qalmaq dəhşətdir, birdən adamın ürəyi dayanar, xəbər tutan da olmaz, adamın meyiti də 2-3 günə çürüyür, biabırçılıq olar.
Təbii ki, mən onu belə bədbin fikirlərdən uzaqlaşdırmağa çalışırdım. Amma eyni söhbət hər dəfə eyni şəkildə təkrarlanırdı.
Haradasa 4 il yarımın söhbətidir. Onu Kroslinqen şəhərciyinə aparırdıq. İsveçrədən siyasi sığınacaq almaq istəyən insanlar ora toplaşıb rəsmi orqanlara müraciət edirlər. Mən özüm oradan təzə çıxmışdım. İşə yaraya biləcək hər bir şeyi dönə-dönə ona izah etdim. Ona vəkil də tutduq. Rəfael müəllimi orada qoyub gedəndən sonra elə hey düşünürdüm ki, o, dünyanın çeşidli ölkələrindən gələn, bir qayda olaraq pinti insanların çoxluq təşkil etdiyi otaqda necə dözəcək? Amma dözdü.
***
Yenidən Rəfael müəllimi Montrodakı evinə dönmək istəyirəm. Dediyim kimi, o evdə olmuşam. Həmin gün mən, Kamil Tağısoy və Elxan Həsənli oradaydıq. Rəfael müəllim Milli Məclisə müraciət yazırdı. Deputatlıqdan rəsmən imtina etdiyini bildirdi və müraciəti imzaladı. Səhv etmirəmsə, R.Allahverdiyev deputat mandatından imtina edərək siyasi mühacir olan ilk Azərbaycan siyasətçisidir. Biz düşünürdük ki, bu müraciət də R.Allahverdiyevin İsveçrədə siyasi oturum almasına təkan verə bilər.
R.Allahverdiyev yerli mətbuata verdiyi müsahibədə nəsə bəzi məqamlara toxunmuşdu. 10-15 milyonluq mebel alışı haqqında dedikləri onun işində ciddi əngəllər yaratmışdı. Ola bilərdi ki, bu, sadəcə, bizim ehtimalımız idi. Amma ona siyasi oturum 1 il 4 aydan sonra verildi. Müqayisə üçün deyim ki, İsveçrə dövləti bu haqqı bəndənizə 4 ay sonra tanımışdı.
İsveçrədə yaşamaq onun üçün çətin idi. Xüsusən yerli dillərdən heç birini, üstəlik, ingilis dilini bilməməyi ona yerli mühitə adaptasiya olmağa imkan vermirdi. Bir dəfə məndən xahiş etdi ki, onunla Sürixdən Cenevrəyə gedim. Ona görə ki, bir şəxslə görüşü varmış və onun bəzi suallarını cavablandırmalı imiş. Dili bilməyən adamın nəyisə izah etməsi mümkün deyildi. Onda ingilis dilini aşağı səviyyədə bilirdim. Buna baxmayaraq, Rəfael müəllimlə gedəsi oldum. Problemi yoluna qoyduq. Qürbətdə belə şeylər tez-tez olur...
***
Yadımdadır, yeni gələndə ürəkli danışırdı. Dünyanın bir sıra nüfuzlu insanları ilə əlaqələri olduğunu deyirdi. Moskva meri Lujkovla xüsusi münasibətlərini yada salırdı. Mənsə yaxşı bilirdim ki, belə münasibətlər yalnız vəzifə başında işlək olur. Vəzifədən çıxandan sonra belə əlaqələr avtomatik qapanır.
Rəhmətlik bir ara mənə 15-20 vərəqlik əlyazmasını verdi. Rusca yazılmış yazıda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlı bəzi məqamlara toxunulmuşdu. Yazı təxminən indi hörmətli Ramiz Mehdiyevin yazdığı üslubda qələmə alınmışdı. Əsl kommunist üslubu. Rəfael müəllimi inandırmağa çalışdım ki, o, H.Əliyev haqqında bestseller ola biləcək bir kitab yaza bilər. Sadəcə, həqiqətləri yazmaq yetər. Kitaba rusca ad da fikirləşmişdi. Həmin ad türkcəmizdə belə idi: “Heydər Əliyev: gündoğandan günbatana”.
Ondakı həyat eşqi yavaş-yavaş sönməyə başladı. Bunu görməmək mümkün deyildi. Ara-sıra bizə də gələrdi. Hər dəfə də uşaq üçün nəsə almalı idi. Deyim ki, mənim xanımım milli xörəklərimizi xüsusilə dadlı bişirir. Əlbəttə, R.Allahverdiyev ən bahalı restoranlarda istədiyi xörəyi sifariş edə bilərdi, çox zaman edirdi də. Amma onun üçün milli yeməklərimizi dadmaq daha xoş idi. Özü də müşahidə etmişdim, istənilən xörəyi yeyəndən sonra mütləq vurğulayırdı ki, bu, bakılıların yeməyidir. Bizlərə xas olan bölgəçilik hissi onda da vardı. Etiraf edim ki, bu, mənə bir az xoş gəlirdi də...
R.Allahverdiyev digər qərib soydaşlarımızın da evində dəfələrlə olub. Onu da əminliklə deyə bilərəm ki, insanlar ona bir ağsaqqal kimi həmişə sayğı göstəriblər. Öncələr o, buradakı soydaşlarımızı bir araya gətirmək üçün çalışırdı. Amma hər şey qəflətən dəyişdi. R.Allahverdiyev hamı ilə münasibətləri birdən kəsdi...
(davamı var)
Elbəyi HƏSƏNLİ: RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - II
"Yeni Musavat" qəzetinin Sürixdəki müxbirinin keçmiş merlə bağlı maraqlı xatirələri
Məktub göndər
Elbəyi HƏSƏNLİ
...Düzü, bu barədə çox düşündüm. Dedim bəlkə dilimdən nəsə xoşuna gəlməyən bir söz çıxıb, ona görə belə edir. Amma onda məntiqlə başqa dostlarımızı ziyarət etməliydi. Yəni hamıdan birdən incimək olmazdı ki. Sadəcə, hər dəfə bayram olanda səhər tezdən zəng vurub bayramlarımızı təbrik edərdi. Bir gün bayram təbriklərini dinləyəndən sonra təkidlə dedim ki, onu bayram süfrəsinə dəvət edirik, gözləyəcəyik, mütləq gəlsin. İlk dəfə onda dedi ki, Elbəyi müəllim, üz vurma, gələ bilməyəcəm. Çox təkid edəndən sonra səbəbini dedi. Məlum oldu ki, xəstəliyindən dolayı üz cizgilərində müəyyən dəyişiklik olub, başının tükü seyrəlib və s. Dedi istəmirəm ki, azərbaycanlılar məni bu şəkildə görsün. Mən Rəfael müəllimi bir də evimizə dəvət etmədim. Dostlara da dedim ki, dəvət məsələsi bitdi, nə vaxt özü lazım bilsə gələcək...
(əvvəli ötən sayımızda)
***
Rəfael müəllim bu yaxınlarda bizimlə əlaqə saxlamışdı. Evinə dəvət etmişdi. “Ailəlikcə gəlin, xanımım da sizlərlə tanış olmaq istəyir”- demişdi. Xeyli sevinmişdim. Sevinmişdim ki, təhlükə arxada qalıb. Getməyə də hazırlaşırdıq. Son anda xəbər gəldi ki, Rəfael müəllim müayinə üçün xəstəxanaya dönməlidir.
HAŞİYƏ:
Yazının bu yerində İsveçrədə mühacirətdə olan dostumuz Hacı Hacılıdan zəng gəldi. R.Allahverdiyevin ölüm xəbəri ona indi çatıbmış. Xeyli dərdləşdik. Soruşdum ki, bəy, Rəfael müəllimlə bağlı yadında qalanlar barədə nə deyərdin?
Hacının dediklərindən: “Rəhmətliklə bağlı onu deyim ki, sonuncu dəfə onu qatarla yola salanda bir daha xatırlatdı ki, Montroda yaxşı ceyran kababı verirlər, gərək sizi bir gün ora qonaq aparım. Qatara minəndəsə dedi ki, kaş Azərbaycanın ən ucqar kəndində qatara minəydim və biləydim ki, bu qatar məni Bakıya aparacaq. Bu sözü məni kövrəltdi. Rəhmətliyin ən çox işlətdiyi söz “Bakı” idi...”
***
Xəstəxanada vəziyyətinin ağırlaşmasından dekabrın 5-də xəbər tutdum. O gündən də Zakirə xanımla tez-tez əlaqə saxladım. Elə dostlarımız da onu arayırdı. Rəfael müəllimi ziyarət etmək istəyirdik. Sabiq mer isə onu ölüm yatağında görməyimizə heç cür razı olmurdu.
***
Zakirə xanım haqqında danışarkən deyim ki, Azərbaycanda hər kəsin duyduğu məşhur bir mahnı var - Aygün Bəylərin ifa etdiyi “Tut ağacı” mahnısı. Onun sözlərini Zakirə xanım yazıb. Onunla söhbətlərimizdə yaddaqalan bir sıra məqamlar özümdən xəbərsiz yaddaşımın bir ucuna ilişib qalmışdı. Düşünürdüm ki, Montroya gedib ondan müsahibə götürüm. Razılıq da vermişdi. Çox ümid edirdi ki, tezliklə rəsmilərimizdən R.Allahverdiyevin Bakıya aparılması ilə bağlı xəbər çıxacaq. Gözü yolda, könlü intizarda qaldı...
Zakirə xanımın dediklərindən:
1-ci epizod: “Heydər Əliyevin Bakıya dönüşü yadınızdadırmı? Yəqin ki, siz də o tarixi kadrları görmüsüz. Bilirsiz o proses necə lentə alınıb? Qonşumuz teleoperator idi. Onu xahiş-minnətlə Bakı hava limanına aparıb Əliyevin gəlişini lentə aldırdım. Rəfael də orada idi. Amma indi ortada meydan sulayanların çoxunu orada görməmişdim. Çəkiliş başa çatan kimi qonşumdan lenti alıb gizlətdim. Düşündüm ki, çıxışda polis lenti ələ keçirər. Hər dəfə o lentə baxanda həmin günü yenidən yaşayıram...”
2-ci epizod: “Bir gün xəbər gəldi ki, Heydər Əliyevin arxivini küçəyə töküblər. Rəfael adam qalmadı zəng vurmasın. Heç kim özünü qabağa vermək istəmirdi. Axırda gecə yarısı onunla ikimiz həmin arxivi maşına yükləyib aradan çıxardıq. İndi belə şeylərə qiymət verən kimdir? Rəfael Əbülfəz Elçibəyin də arxivinə sahib çıxdı. Onu da qorudu. Dedi bu, bizim tariximizdir, tarixi isə qorumaq lazımdır. Gedib Heydər Əliyevə xəbərçilik etmişdilər. Bu məsələyə görə Rəfaelin başı o qədər ağrıdı ki...”
3-cü epizod: “Bilirsiz ki, bunlar Rəfaeli necə biabır etdilər. O qadın məsələsini deyirəm. Bu, mənim üçün bir qadın olaraq çox sarsıdıcı olay idi. Amma mən övladlarımı, nəvələrimi, qohum-əqrəbamı düşündüm. Biz əslən Fatmayi kəndindənik. Düşündüm ki, bu, bizim nəslin adına ləkə olar. Ona görə də var gücümlə çalışdım ki, o biabırçı kadrlar ekrana çıxmasın. Daha kimlərə zəng vurmadım?! Yalvarıb-yaxardım. Mümkün olmadı. Başa düşürəm ki, belə hadisələr bir çox kişinin başına gəlib. Amma belə şeyləri ekrana çıxarmazlar
axı... Rəfaeli bakılılar arasında hörmətdən salmaq üçün bu məsələdən sui-istifadə etdilər. Gərək belə olmayaydı”.
4-cü epizod: “Yadınızdadı, Rəfael haqda daha nələr demirdilər?! Ona ”budka Rəfael" deyən tərbiyəsizlər də vardı. Belə şeyləri oxuyanda istəyirdim etiraz edim. Çünki bilirdim ki, budka məsələsi onluq deyil. Rəfael mer olanda Heydər Əliyev ona tapşırmışdı ki, vəziyyət yaxşı deyil, ölkədə ciddi problemlər var. İnsanların dolanışığı üçün nə mümkündürsə et, xüsusən xırda ticarətə şərait yarat. Axı kasıb ölkələrin çoxunda küçə alverinə, xırda ticarətə geniş imkan yaradılır ki, insanların başı belə şeylərə qarışsın.
Rəfael də mer təyin olunanda ölkə ağır vəziyyətdə idi. Heydər Əliyev tapşırmışdı ki, insanların dolanışığına şərait yarat. O da yaratmışdı. Yoxsa o, paytaxtda bu qədər budkaya özbaşına icazə verərdimi? Mən tənqidi də qəbul edən adamam. Amma tənqid ədalətli olmalıdır".
5-ci epizod: “Bu gün vəziyyəti çox yaxşı idi. Əvvəllər həkimlər hər şey yeməyə icazə vermirdi. Çünki xəstəliyin inkişafı sürətlənə bilərdi. Rəfael də gileylənirdi ki, istədiyimi yemək istəyirəm. Axırda uşaqlarım dedi ana, imkan ver, nə istəyir yesin, yoxsa bir şey olsa, bu da bizə dərd olar. Yaxşı yeyir. Kababdan tutmuş dolmaya qədər. Bəzən o qədər yaxşılaşır ki, xəstə olmağına da inanmıram. Amma həkimlər deyir ki, bunlar aldadıcıdır, xəstə istənilən vaxt komaya düşə bilər”.
6-cı epizod: “Bir az özünü yaxşı hiss edəndə ürəklənir. Deyir görürsənmi, dünən belə deyildim. Amma görürəm tibb bacısı çaşıb iynəni onun bədəninə sancdı, Rəfaeldən heç səs də çıxmadı. Daha bədənini də hiss etmir. O gün Bakı ilə bağlı lentlərə baxdı, gözü doldu. Elə hey ”can Bakı, sənə qurban olum" deyirdi. Fikir vermişəm, bəzən danışığını itirir, sayıqlayır, rabitəsiz sözlər danışır. Bəzən də yaddaşı bərpa olunur".
7-ci epizod: “Əlaltından sənədləri hazırlamışam ki, bir şey olsa, yubanmayaq. 85 yaşlı atamla danışdım. Dedim qədeş,- bizdə böyüyə belə deyirlər,- vəziyyət yaxşı deyil. Dedi götür gəl. Dedim axı necə gətirim, gəlmək istəmir, gətir deyən də yoxdur (iqtidarı nəzərdə tutur - E.H.). O gün bir qrup azərbaycanlı gəlib Rəfaeli ziyarət elədi. Sonra qəzetlərdə oxudum ki, gələnlər arasında hökumətə xəbər çatdıran birisi də olub. Elə olsa yaxşıdır. Kişi ölür də. Bircə onu Bakıya salamat apara bilsəydim. Kaş doğmalarının
yanında öləydi...”
8-ci epizod: “Bilirsiz ki, Rəfael İlham Əliyevlə də çox yaxın olub. Bir-biri ilə ərklə danışardılar. Bir-birinə ”qardaş" deyərdilər. Sonra nə oldu, necə oldu - bilmədim. Bildiyim o idi ki, getdikcə bizə təzyiqlər artırdı. Yadınıza gələr, ABŞ səfirliyi üçün bina tikilməli idi. Tikiləcək ərazidəki insanlara pul verilməli idi. O işdə o qədər dolaşıq şeylər ortaya çıxdı ki. Bütün günahları da Rəfaelin üstünə atdılar. Başımıza nə müsibətlər gəlmədi daha! Rəfael də qəzetə müsahibə verəndə oğlum Xanəlinin günü prokurorluqda
keçirdi. Evimizin qabağında piket-mitinq olurdu. Halbuki biz yaşayan əraziyə icazəsiz kimsə girə bilməzdi. İnsanları öyrədib üstümüzə qaldırırdılar. Həmişə də gözləyirdim ki, prezidentimiz bu haqsızlığa müdaxilə edəcək. Elə indi də düşünürəm ki, bir vaxtlar qardaş dediyi şəxsin xaricdə ölməsinə imkan verməz".
***
Dekabrın 24-də Zakirə xanımın cib telefonuna zəng vurmalı oldum. Çünki 4-5 gün idi ki, ev telefonu susurdu. Dedi ürəkaçan bir şey yoxdur, Rəfael müəllim əldən gedir: “Həkimlər də ondan əlini üzüb. Gözləyirik ki, bəlkə Bakıdan bir xəbər gəldi".
Bunu deyib kövrəldi. Zəng vurmağıma da peşman oldum. Belə mövzularda danışmaq mənim üçün çox ağırdı. Rəfael müəllimə birtəhər şəfa arzulayıb Zakirə xanımla vidalaşdım. Və... Bir neçə dəqiqədən sonra Zakirə xanımdan zəng gəldi. Dedi Rəfael müəllim sizinlə danışmaq istəyir, sizdən zəng gələndə eşitdi.
Danışdıq. Son dərəcə qısa çəkən bu danışıq mənə çox uzun gəldi. Rəfael müəllimin səsi xırıldayırdı. Onun dediklərini güclə başa düşürdüm. Can verən adamla telefonla danışmaq qədər əzablı nə ola bilər?! Mən ömrümdə bu qədər yalan danışmamışdım. Onu inandırmağa çalışırdım ki, möhkəm olmalıdır. Ürəkaçan şeylərdən danışmağa çalışdım. Haradansa ağlıma Sürixdə açdığımız məktəb gəldi. Dedim xəstə olduğunuz üçün sizi açılışa dəvət edə bilmədik, amma xəstəxanadan çıxan kimi sizi məktəbdə gözləyəcəyik. Sadəcə onu dedi
ki, məktəb açmaqda yaxşı iş görmüsünüz: “Mən gəlməsəm də oğlum-qızım ora gələcək. Gərək belə olmayaydı”.
Sonradan dedikləri isə anlaşılmaz oldu. Bütün diqqətimi o səsin üzərində cəmləsəm də alınmadı. Bu, əslində danışıqdan da çox bir insanın zarıltısına bənzəyirdi. Xırıltılı səsi birdən kəsildi. Zakirə xanım dedi ki, Rəfael müəllim bir az yoruldu elə bil...
Bu söhbətlə bağlı çox düşündüm. Rəfael müəllim mənə niyə zəng vurdurdu? Mənə nə demək istəyirdi? Bilmədim. Bəlkə də sadəcə səsimi eşitmək istəyirdi? Kim bilir, bəlkə də halallaşmaq istəyirmiş. Bu suallara yəqin ki, heç vaxt cavab tapmayacam...
***
Yeni il ərəfəsində isə Rəfael müəllimin oğlu Xanəli ilə danışdım. Bakıda belə xəbər yayılmışdı ki, Rəfael Allahverdiyevi Bakıdakı “Neftçilər” xəstəxanasına aparıblar. Əslində bu şayiənin yayılmasında da maraqlı məqam var. Çoxları zənn edirdi ki, belə ağır durumda olan birisini mütləq Bakıya buraxarlar.
Xanəli bu xəbəri təkzib etdi. Hiss edirdim ki, mənimlə çox ehtiyatla danışır. Təbii ki, hər xırda şeydən ötrü dərhal prokurorluğa çağırılan birisindən qətiyyət gözləmək sadəlövhlük olardı. O, ümid edirdi ki, iqtidardan nəsə bir xəbər çıxacaq. Amma onun deyəcəyi hər hansı söz problemin həllinə mənfi təsir göstərə bilərdi. Elə bu üzdən də onu bir daha aramadım.
Və sonda Rəfael müəllimin ölüm xəbəri gəldi.
***
Əlbəttə, ölüm haqqdır. Amma onun QÜRBƏTDƏ bu qədər əzab-əziyyət içində ölməsi biz mühacirlərə xüsusilə ağır təsir etdi. Olmazdımı ki, Rəfael müəllimin Bakıya dönməsinə vaxtında şərait yaradılaydı? Dünyamı dağılardı? Canı ilə əlləşən birisi gəlib Bakıda inqilabmı edəsiydi?..
***
...Bir vaxtlar Fatmayi kəndində bir tut ağacı vardı. Rəfael və Zakirə adlı iki gənc o ağacın altında görüşərdi. Mənə nədənsə elə gəlir ki, indi o tut ağacının başı üstündə bir ruh dolaşır. Və “Tut ağacı, tut ağacı. Aman yerim, güman yerim” deyə ahəstəcə bir mahnı oxuyur. Nə yazıq ki, o ifanı yalnız tut ağacı eşidir...
Allah rəhmət eləsin.
("Yeni Musavat" qəzeti, 13,14.01.2009)




