Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Demokratik Dünya Azərbaycanlılari Konqresinin 21 may Təbriz hadisələrinin ildönümü ilə əlaqədar müraciəti

Mirzə Xəzər 22 May 2008

no comments


Dəyərli həmvətənlər və soydaşlarımız !


Güney Azərbaycanda 100 ildən artıq davam edən Milli Azadlıq Hərəkatı hələlik son hədəfə varmasa da, çox gərgin və eyni zamanda zəngin tarixə malikdir. Belə tarixi günlərdən biri də məhz 21 may 2006-cı ildə baş verdi. 2006-cı il 21 may ( 1 xordad) ayı Güney Azərbaycanın bütün şəhərləri calxalanmağa başladı. Təbii ki, hər zaman fars şovinizmi ücün daim qorxulu bir bölgə olan Təbrizdə hərəkat xüsusilə fərqləndi. Bu tarixi gün "21 may Təbriz" hadisələri adıyla tanındı. Bu gün yenə dünyanın müxtəlif ölkələrində soydaşlarımız 21 may Təbriz Hərəkatının 2-ci ildönümünü qeyd edəcək.


Dəyərli həmvətənlər və soydaşlarımız!


Xatırladaq ki, azərbaycan türklərinin səbir kasasının dolmasına və övkələrini kəskin şəkildə biruzə verməsinə səbəb İran adlanan dövlətin rəsmi xəbər agentliyi İrnaya bağlı İran adlı gəzetin uşaqlar ücün ayrılmış bölümündə Azərbaycan Türklərini təhqir edən yazı və karikaturanın yerləşdirilməsi olmuşdu. İllər uzunu haqqını tapdaladığı, onun ata babasına məxsus olan torpaqda öz hakimiyyətini quran fars şovinizminin cirkin üzü və əsarətdə saxladığı xalqa münasibəti bir daha bütün cılpaqlığıyla ortaya cıxdı. Nə qədər acı səslənsə də daha aydın olsun deyə bir daha xatırlatmaq məcburiyyətindəyik ki, həmin karikatura və yazıda Azərbaycan türkləri bir hamam böcəyi ilə müqayisə edilmişdi. Hamam böcəyi kimi tanınan Türk, ‘Nə?’ diyə soruşur. Karikaturanın altında isə ‘Nə edək ki biz də bu iyrenc hamam böcəklərinə dönməyək deyə, öz özünə soruhurdu. Onların başa düşülməyən yöndəmsiz bir dilləri var. Öz dillərini belə başa düşmədikləri ücün başqa dillərdə danışırlar. Bunların ən çok olduqları yerlər (tualet), yani su başıdir. Bunlar o yerlərdə beslənirlər. Bunları məhv etmək için yetər ki bir necə gün su ba.öna getməyək, açlıqdan gebərsinlər. Bunun yerinə baxçalardakı çiçəklərə gübrə vermək ondan yaxşıdır.


Dünyanın əsil məllətlərindən olan fars tarixindən qədim mədəniyyətə mailk olan millətimiz buna layiqli təpkini göstərdi. Güney Azərbaycan şəhərlərində kecirilən mitinqlərin şüarları: ‘Haray haray mən Türkəm’ (Yetər, yetər bən Türkəm)… ‘Türkün dili ölən deyil, Fars dilinə çönən deyil’ (Türkün dili ölməz, Fars dilinə dönməz)… Ya Azadlıq ya ölüm… Qızıldan (altun) olsa da qəfəsim, azadlığa var həvəsim…. Ölüm olsun aparthayda (ırqçılıyə)…’ ‘Türk Dili azad olmalı. millətimizin illər boyu icində qaynayan azadləq eşqinin və mübarizə ruhunu fars şovinizminə, İran molla rejiminə göstərdi.


Cox təəssüfləndirici haldır ki, əsarətdə saxlanılan 35 milyonun hayqıran səsi yenə də boğuldu. Bütün dünya İran adlanan ölkənin nəvbəti cinayətinə göz yumdu, millətimiz mübarizəsini davam etdirmək və bu cinayətkar rejimi cökdürməkcün lazımi dəstəyi ala bilmədi. Halbuki bütün dünya necə illərdir ki, əli milyonlarla günahsiz insanın qanına bulaşan cinayətlərini seyr edir. Hər gün mətbuatda İranda millətimizi azadlığa doğru yönləndirən milli fəallarımızın həbsu, cəzalandırılması, itkin düşməsi, təqib olunmasıyla bağlı bir yığın xəbər yayınlanır, lakin hələ ki, bu xəbərlərin yalnız müxtəlif təşkilat və beynəlxalq qurumların arxivlərini zənginləşdirməsini seyr edirik.


Demokratik Dünya Azərbaycanlıları Konqresi bütün həmvətənlərinə və soysaşlarımıza müraciət edərək bəyan edir ki, dünyanın harda yaşamasından asılı olmayaraq biz bir millətik. Ünvanımıza deyilən söz hər birimizə aiddir. Bütün dünyaya başımıza gələn fəlakəti qəbul etdirmək ücün yalnız bütün güclərimizi səfərbər edib əzilən xalqımızın mübarizəsinin güclənməsinə sərf etməliyik. Bu gün Guney Azərbaycanda Azərbaycan türkünün səsi boğulmaqdadır və hər kecən gün gunhsız vətəndaşlarımız zindanlarda işgəncələrə məruz qalaraq məhv olmalarını biganə, soyuqqanlıqla izləyə bilmərik. Millətimizin layiq olduğu yerə yüksəlməsi və haqqımızı ala bilmıkcün səfərbər olub Güney Azərbaycanda baş verənləri bütünlüklə dünyaya qəbul etdirə bilərik.

Demokratik Dünya Azərbaycanlıları Konqresi
İdarə Heyəti

Elman Mustafazadə: Bu gün Azərbaycanın Aydınlara ehtiyaci var!

Mirzə Xəzər 15 Apr 2008

no comments

elman_mustafayade

Millətləşmənin və möhkəm dovlətciliyin təməli haqq ədalət, fikir və soz azadlıgının uzərində bərqərar olur, inkişaf edir, tərəqqiyə yetişir. Qanuna, haqq ədalətə məhəl qoymayanlar, zülm verənlər və zulmə boyun əyənlər, dovlətciliyin təməlini murdar görəsən kimi əsir və sonunda ucurur, dagıdır... Haqq ədaləti taptalayan, müqəddəs hər şeyi, eləcə də, Insanlıgı tapdalyır. Zülmkarlıq, edalətsizlik, haqsızlıq, insafsızlıq hər şeydən əvvəl Ulu Yaradana üsyandır! Yaltaqlıq və yalancılıq milli məfkurəni hec edər, Zülmə, ədalətsizliyə, haqsızlıga tabe olan, yaltaqlıga, riyakarlıga, yalana, böhtana, bir sözlə insanlıga yaraşmayan bütün eybəcərliklərə göz yuman insan, 10 dil bilsə belə, 5 ali təhsil alsa belə, Aydın ola bilməz!!!

Əsil azeri Aydını zülmə baş əyməz!!!

Aydin kutlənin süzgəcidir və kütlə Aydının süzgəcindən kecib saflaşır, millətləşir. Bu gün Azərbaycan kütləsinin Aydın süzgəcinə ehtiyacı var... Bu gün Azərbaycanın Aydinlara ehtiyacı var!



Elman Mustafazade

Elman Mustafazadə: Hollandiyada açilan Azərbaycan məktəbi cəmi iki ay fəaliyyət göstərə bilib

Mirzə Xəzər 22 Fev 2008

HOLLANDİYADA AÇILAN AZƏRBAYCAN MƏKTƏBİ CƏMİ İKİ AY FƏALİYYƏT GÖSTƏRƏ BİLİB (Diaspor nümayəndəsi Elman Mustafazadənin açıqlamaları) 2008-02-20 - 16:42:00 «Avropada azərbaycanlı uşaqlar üçün iki həftəsonu məktəb fəaliyyət göstərir: biri İsveçrənin Bern, digəri Hollandiyanın Amsterdam şəhərində. Hollandiyadakı məktəb Azərbaycan hökumətinin xətti ilə – Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin köməyi ilə açılıb. Lakin son günlər bu məktəb maliyyə problemləri üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb». Bu sözləri «Media forum» saytına 2006-cı ilin noyabrın 18-də yaradılmış Benilüks Azərbaycanlıları Konqresinin icraçı direktoru Elman Mustafazadə deyib. Hollandiyada yaşayan E.Mustafazadənin bildirdiyinə görə, məktəb ötən ilin sentyabrında yaradılıb: «Açılış mərasimində Azərbaycanın Hollandiyadakı səfiri iştirak etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təbrik məktubu göndərdi, məktəbi kompüter və digər texniki avadanlıqla təchiz etdi. 15 şagirdimiz vardı, Heydər Əliyev Fondu məktəbə gərək olandan da artıq dərslik, çanta, digər təhsil ləvazimatı göndərdi. Benilüks Azərbaycanlıları Konqresi məktəb binası üçün 6 aylıq kirayə haqqını da vermişdi. Yalnız uşaqların dərsə gəlib-getməsi, tədrisin başlanması qalmışdı». Diaspor nümayəndəsi deyir ki, əksər Avropa ölkələrində, eləcə də Hollandiyada sinif şagirdləri dərsə valideynləri gətirmir. Uşaqlar evdən məktəbə, məktəbdən də evə xüsusi mikrobuslarla daşınır. Mikrobus olmadığından biz məktəbə şagird yığa bilmədik, ay yarımdan sonra fəaliyyətimiz dayandı. Valideynlər vaxt azlığı, şəhərin müxtəlif ucqarlarında yaşamaları səbəbindən uşaqları dərsə gətirmək istəmədilər. Bundan başqa, müəllimlərə nəinki əməkhaqqı, heç yol pulu da verilmirdi. Benilüks Azərbaycanlıları Konqresinin bu işləri görməyə vəsaiti yox idi». E.Mustafazadənin sözlərinə görə, məktəb Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində açılsa da, diaspor qurumu bu təhsil müəssisəsinin aqibəti ilə maraqlanmır: «Müqayisə üçün deyim ki, Berndəki məktəbi bir biznesmen açıb. Orada ümumilikdə 200 azərbaycanlı ailə yaşayır, məktəbdə isə 14 şagird və 2 müəllim var. Uşaqları mikrobusla evlərindən götürürlər. Məktəbdə isti yemək, şirələr verilir... Amma hökumətin nəzdində açılan bizim məktəb imkansızlıq ucbatından noyabrın sonlarından bağlıdır. Burada ermənilərin 8 həftəsonu, 1 böyük orta məktəbi var. İşi çox yüksək səviyyədə təşkil ediblər. Erməni 9 məktəb saxlayır, bizim birinə gücümüz çatmır?!» E.Mustafazadə deyir ki, problemlə bağlı dəfələrlə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər: «Məktub göndərmişik, söz verilib ki, konqresə maddi dəstək veriləcək. Konqresin rəhbəri Sahil Qasımov komitə sədri Nazim İbrahimovla danışıb. Nəticə yoxdur». İcraçı direktor konqresin qarşılaşdığı digər problemlər haqqında da danışır: «Burada diaspor qurumları milli mövzularda müxtəlif tədbirlər keçirir, forumlar təşkil edir. Ermənilər bu forumları çox yüksək səviyyədə düzənləyir, hətta tədbirləri işıqlandırmaq üçün ölkələrindən jurnalistlər də dəvət edirlər. Amma il yarımdır Benilüks Azərbaycanlıları Konqresi yaradılıb, heç özümüzə ofis də tuta bilmirik. Yetim günündəyik». E.Mustafazadə bildirir ki, 15 ən iri təşkilatı özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi hazırda dağılmaq təhlükəsi qarşısındadır: «Maddi problemlər üzvlərin bir-bir qurumu tərk etməsinə gətirib çıxarır. Artıq iki təşkilat bizdən ayrılıb. Bir müddət əvvəl burada yaradılan 5 türkmən təşkilatı bizə qoşulmuşdu. Hazırda həmin təşkilatlar da qurumu tərk etmək üzrədir. Hollandiya hökuməti diaspor təşkilatlarına yardım edir, lakin onun bizdən tələbi odur ki, nizamnaməmizdən Qarabağ konflikti ilə bağlı müddəaları çıxaraq. Çıxarmadığımıza görə yardım edilmir. Azərbaycanın dövlət büdcəsindən diaspor komitəsinə vəsait ayrılır ki, xaricdəki təşkilatları maliyyələşdirilsin. Amma bizə bəlli olmayan səbəblər üzündən bu vəsaitdən məhrum olmuşuq. Yadıma düşmüşkən, erməni biznesmenlər Hollandiyada yarımfabrikat istehsal edən müəssisə açıb, öz məhsullarına «Halal» adı veriblər. Özləri belə adlandırıblar ki, həmin məhsulları müsəlmanlar da alsın. Burada erməni federasyonu dördüncü mehmanxanasını aldı. Bəs Azərbaycan diaspor təşkilatları nə gündədir?» E.Mustafazadə martın 9-da Benilüks Azərbaycanlıları Konqresinin tədbirinin keçiriləcəyini bildirib: «Bu tədbir hesabat xarakteri daşıyır. Diaspor komitəsindən də nümayəndələrin gəlişi gözlənilir, mən sadaladığım problemləri həmin iclasda qaldıracam». «Media forum»

Əvvəlki məqalələr

Sonrakı məqalələr