Azəri qızı Danimarkada qalib oldu
Eziz Mirze muellim salam . Necesiniz ? Guman edirem ki, her shey oz qaydasindadir. Mirze muellim Danimarkada yeniyetmeler arasinda boyuk bir yarishma gecirildi ve bu yarishmanin qalibi Azeri qizi oldu. Bu barede Sizi melumadirmagi ozume borc bilirem ve Size qezetin fotosunu ve teksti gonderirem.
Danimarkada yeniyetmeler arasinda " en cox kitab oxuyan " yarishmasi kecirildi. Yarishmanin final merhelesi Danimarkanin Solrod sheherinde teshkil olunmushdu. Yarishmada danimarkali yeniyetmelerle yanashi bashqa xalqlarinda numayendeleri ishtirak edirdiler. Final merhelesinde Danimarkada yashayan azerbaycanlilarin sevimlisi 10 yashli Leman Atayevada ishtirak edirdi. Fexri qonaqlar arasinda Solrod sheher belediyesinin reisi Niels Horupda shexsen ishtirak edirdi. Sevindirici haldir ki, final yarishmasinin qalibi
Azeri qizi Leman Atayeva oldu. Yarishmanin bash mukafati X-faktot mukafatini ( " fitri istedad " mukafati ) ve pul mukafatini Leman Atayevaya Solrod sheher belediyesinin reisi Niels Horup teqdim etdi. Sonda Leman Atayeva jurnalistlerin suallarina cavab verib , onlara Azerbaycanin tebieti ve medeniyyeti barede melumat verdi. Leman Atayeva ve Azerbaycan barede yazilar bir muddet Danimarka qezetlerinin sehfelerini bezedi. Danimarkada fealiyyet gosteren " Veten " cemiyyetinin sedri Sefer
Sadiqi bu qelebe munasibeti ile Leman Atayevani ve onun valideyinleri , atasi Shahin Atayev ve anasi Dinar Atayevani tebrik edib , Azerbaycanin adini bir daha ucalara qaldirdiqlarina gore onlara oz minetdarligini bildirdi.
Safar Sadiqi
Veten_cemiyyeti@yahoo.dk
ssafar@yandex.ru
Eluca Atalının "Milli monoloq" kitabı çapdan çıxıb
"Milli monoloq" kitabında müəllifin o taylı – bu taylı Azərbaycanın milli dərdləri və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse, povest janrında bədii əsərləri toplanmışdır. Kitabı hamının oxumasını arzu edən müəllif, uşaqların və gənclərin oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın düşdüyü fəlakətlərdən çıxış yolunu axtarıb – tapmaqda fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın yaranmasının bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.
Kitabın təqdimat mərasimi Bakıda keçirilib.
"Asif Ata" Ocağından və orda toplanan insanların əsas ideyalarından danışan Düzgün Atalı bildirdi ki, E.Atalı həmin Ocağın yetirmələrindən biridir:" Eluca xanım Asif Ata ideyalarına söykənən bir neçə kitabın müəllifdir".
"E.Atalının yaradıcılığında bir çox məqamlar var ki, bu məqamlar insanı özünə tanıdır" deyən publisist, şair Telman Dəcəlli bildirdi ki, yaradıcılıqda özününkü olmaq böyüklükdür:"
O, qeyd etdi ki, E.Atalını yaradıcılığı ona görə qiymətlidir ki, onu əsərləri insanın içərisindəki inamı özünə qaytarır və yaşamağa stimul verir.
Nəhayət, ikiillik fasilədən sonra E. Atalı ilə görüşmək nəsibləri oldu deyən görkəmli ədəbiyyatçı Oqtay Rza bildirdi ki, E.Atalı Vətəndən uzağa- İsveçə gedəndə ona hədiyyə etdiyi bir mətni bu gündə saxlayır:" O mətni oxuduqda Eluca xanımın bəşəriyyətin ziyalısı olduğunu gördüm:- "100 istedadlı adamın 99-da mənəviyyat zəif ola bilər. Əsas odur ki, insan mənəvi cəhətdən saf,zəngin olsun"-deyir E.Atalı.
Təqdimat mərasimində müəllifə ünvanlanmış""Milli monoloq"" kitabının təqdimatı İsveçdə yox, Azərbaycanda baş tutdu" sualını müəlif belə cavablandırdı:" çox maraqlı bir məqama toxundunuz. Təqdimatı keçirilən "Milli Monoloq" kitabını isveçlinin qarşısına bu tərtibatda çıxarmaq olmaz. Kitabın üz qabığında sifətində bütün hiss üzvləri əllərlə bağlanmış bir insan başı təsvir edilib. Yəni, bu deməkdir ki, insanı bütünlüklə əl-qolunu bağlayıb qəfəsə salsan belə o, öz fikrini nəfəsi ilə də olsa çatdıracaq. Elə bu səbəbdən də bu kitab o auditoriya üçün deyil. Eyni zamanda kitab da yer almış əsərlərdə qan, ölüm, dərd və çətinliklər var. İsveçli bunu qəbul etməz. Onlar bayramı, şadlığı çox sevirlər.Çünki bu gün isveçli bizim yaşadığımız problemi yaşamır və onlar buna hazır deyil. Bu kitab yalnız Azərbaycan oxucusü üçündür".
Xatırladaq ki, müasir yazıçılardan fərqli, özünəməxsus üslubu ilə seçilən, yaradıcılığının qayəsində insanlıq meyarını həmişə əsas götürən Eluca Atalı (Mədinə İftixar qızı Hüseynova) 1966-cı ildə Nefçala rayonunun Xolqaraqaşlı kəndində doğlulub. BDU_nun kitabxanaçılıq-bibilioqrafiya fakültəsini bitirib. Esse, fəlsəfi-bədii miniatür, hekayə, mənsur şeir, povest janrında yazdığı bədii nümunələri əsasında bir neçə kitabı "Adamdan üstün", "Atillanın açıq pəncərəsi","Qum üstündə sərçələr" və başqa bir sıra kitabların müəllifidir.Eyni zamanda onun əsərləri respublikamızda və bir sıra xarici mətbuatda müntəzəm çap edilir, şərq və avropa dillərinə tərcümə olunub. Hazırda yaradıcılıq fəaliyyətini davam etdirir.
Almaniyadan azərbaycanlıların Aysələ verdikləri səslərin aqibəti
Salam cox hörmetli ve deyerli Mirze bey,
evvelce fürsetden istifade edib, Saytinizda Azerbaycan realliqlarndan mütemadi, duzgün xeberler yayimladiginiza göre Size ve Sizin simanizda MIRZE XEZER mektebinin bütün nümayendelerine derin teshekkürümü bildirir ve her birinize cetin ve sherefli fealliyetinzde ugurlar arzulayiram!
Bu gün www.musavat.com saytinda maraqli bir meqale diqqetimi celb etdi: http://www.musavat.com/site/shownews.php?news_id=53259
Bu mesele ile elaqedar mende öz fikrimi bildirmek qerarina geldim:
Men Almaniyada yashayiram ve elbetteki Ayselle Arashin cixishindan sonra men de onlara ses verdim. Dostumla birlikde 7 defe 01371 36 36 11 nömreye zeng edib Ayselle Arasha ses verdik ve cavab geldi ki, Sizin sesiniz Azerbaycanin xeyrine qebul olundu. Almaniya Azerbaycana hec 1 xalda vermediyini görende cox meyus oldum.
Elbette inaniram ki, burada (yeni Almaniyada) yashayan her bir bedeninde türk qani axan ve imkani olan (zaman baximindan) azeri zeng edib, öz Vetenin adinin ucaliqlarda cekilmesi namine Ayselle Arasha mütleq ses verib. Burada haqsizligin olmasini üze cixarmaq ücün men de elimden geleni etmeye haziram.
Onuda qeyd edim ki, telefonun yaddashindan zeng etdiyim tarixi hele de silmemishem. Yeri gelse sübut etmeye de haziram.
Meseleye münasibet bildirib, qezetinizde ishiqlandirmaginizi xahish edirem.
Hörmet ve saygi ile Almaniyadan
Elshad Shirinov 19.05.1009


