Allah heç kimin başına belə şey gətirməsin!
Allah heç kimə „Wikileaks“ kimi düşmən qismət eləməsin! İlham Əliyevə qismət oldu. Şübhə qalmadı. „Wikileaks“ İlham Əliyevlə çarpışır. Yerli mətbuata məharətlə nəzarət edən İlham Əliyev, “Wikileaks”in qabağında aciz qalıb. Allah heç kimin başına belə şey gətirməsin!
Mirzə Xəzər
07.09.2011
P.S. İlham Əliyev "Wikileaks"i ciddi qəbul edir, çünki dərc edilən sənədlər məxfidir və yalnız Azərbaycanda yox, bütün dünyada eyni zamanda yayılır. İlham Əliyev təşvişdədir.
ALLAHIN GÖZƏL SƏSİ
ALLAHIN GÖZƏL SƏSİ ,DÜYANIN HAQQ SƏSİNİ ÇATDIRAN , ÜZÜNDƏ NUR VƏ RƏHM OLAN GÖZƏL MİRZƏ bəy , sizə bu Ramazan ayında etdiyiniz duaların bütünlüklə ALLAH tərəfindən qəbul olmasını diləyirəm AMİN inşaALLAH
Humay Hesenli
29.08.2011
Mirzə Facebook
Dostluğu qəbul etdiyinizə görə çox sağ olun, Mirzə Bəy! Ömrümün uzun bir hissəsi Sizin "Azadlıq"dan gələn səsinizin tilsiminə düşdü və mən dözdüm, yaşadım. Bu gün ədəbiyyat adamı kimi fəaliyyətimdə özünüz bilmədən də böyük rolunuz olub! Hekayələrimi "Azadlıq" radiosunun "Oxu zalı"ndan, "Adyazar.az", "Kultaz.com", "Dayaq.orq" və s. saytlardan Aliq Nağıoğlu imzası ilə oxuya bilərsiniz. Allah nəzərini üstünüzdə əskik etməsin!
