Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzərin kitabı yaxında nəşr ediləcək

Mirzə Xəzər 27 Yan 2012

no comments

 

 

 

Mirzə Xəzərin kitabı üzərində iş son mərhələdədir. „Mirzə Xəzərin Səsi və Sözü“ adı ilə işıq üzü görəcək kitabda müəllifin son səkkiz ildə yazdığı məqalələr, şərhlər, esselər toplanıb. Bununla yanaşı, rus və ingilis dillərində yazılan məqalə və şərhlər, müəllifin verdiyi müsahibələr, ona gələn məktublar da kitaba daxil edilib. Kitab üzərində son redaktə işləri artıq sona çatır və bir ay ərzində nəşriyyata göndəriləcəyi gözlənilir. „Mirzə Xəzərin Səsi və Sözü“ kitabının harada nəşr ediləcəyi barədə hələ qəti qərar verilməyib. Azərbaycanla yanaşı Almaniya və Türkiyənin də adı çəkilir. Kitabın nəşri başa çatan kimi oxuculara məlumat veriləcəkdir.

 

„Mirzə Xəzərin Səsi“ qəzeti
27.01.2012
 

AMERİKANIN İÇ ÜZÜ VƏ YA ƏLVİDA, MİRZƏ XƏZƏR!

Mirzə Xəzər 23 Yan 2012

2 comments

mikrafon
 

 

Mən uzun illər mənfur, məkrli və amansız Sovet imperiyasından əzab çəkən bir yazıçı kimi gecələr səhərəcən rejimin bütün vasitələrlə səsini boğmaq istədiyi “Azadlıq” radiosuna qulaq asmışam. Bu radio mənim üçün dəhşətli həbsxana karserindəki kiçik pəncərə kimi, işıq və ümid mənbəyi idi. Və o olmasaydı, mən heç şəksiz ki, havasızlıqdan boğulardım.

 

Bu radionun mənim üçün iki rəmzi vardı: rusca B. Paromonov və Azərbaycanda Mirzə Xəzər. Onların gur ehtiraslı səsləri sovet imperiyasını lərzəyə salırdı. Xüsusilə Mirzə Xəzər Azərbaycan xalqının dünyada yeganə müdafiəçisi və arxası kimi, gecə-gündüz onun düşmənlərini qamçılayır, haqqını və hüququnu müdafiə edirdi. “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin ilk sədrini (heyf ki, adını unutmuşam) terrorla aradan götürən sovet rejiminin Mirzə Xəzərə gücü çatmadı. Və hələ də Azərbaycan radiosunda siyasi həpəndlik edən mənfur imperiyanın sədaqətli təbliğatçılarından Yasin Qaraməmmədlilərin lənətlərinə baxmayaraq, Mirzə Xəzərin səsi daha da gur səslənirdi. Və nəhayət, qanlı imperiya öz daxilində çürüyüb çökdü.

 

Beləliklə Mirzə Xəzər sovet imperiyasına, KQB-yə, Sov. İKP və onun Siyasi Bürosuna qalib gəldi. O, Xruşova, Brejnevə hakimiyyətin ilk 5 ilində Qorbaçova qalib gəldi.

 

O vaxtlar bütün bunlar üçün qəlbimiz, əlbəttə ilk növbədə ABŞ-a minnətdarlıq hissləri ilə aşıb-daşırdı. Amma heyf...

 

Azərbaycan nəhayət, Mirzə Xəzərin mənim və xalqımızın ləyaqətli oğullarının bu qədər arzuladığı azadlıq və müstəqilliyə qovuşdu. Amma bu azadlıq günəşi cəmi bir il üzümüzə güldü. Çünki meydan epopeyasının qəhrəmanlarından biri, Azad və müstəqil Azərbaycanın prezidenti Əbülfəz Eçibəy guya vətəndaş müharibəsinə yol verməmək üçün qoyub qaçdı. Və bu zaman sanki öz missiyasını başa vurmuş Mirzə Xəzərin gur səsi yenidən öz əvvəlki məni və əhəmiyyətini kəsb etdi. O yenidən hər cür tiranlığı qamçılamağa başladı.

 

Və mən bu zaman heç bir tərəddüd etmədən Mirzə Xəzərin adını tərtib və tərənnüm etdiyim “Yüz böyük azərbaycanlı” siyahısına daxil etdim. Mirzə Xəzər yenidən mənim və mənim kimilər üçün, ölkəmiz üçün həqiqət və ədalət ruporuna , ümid və xilas rəmzinə çevrildi.

 

Və bu zaman ikinci, amma dərk edilən və başa düşülən metamarfoza baş verdi. Amerika Birləşmiş Ştatları hökuməti – o hökumət ki, “Azadlıq” radiosunu yaradıb, illər uzunu sovet imperiyası ilə efir müharibəsində ona sarsıdıcı zərbələr endirib, SSRİ ilə öz azadlığı uğrunda qanlı mübarizəyə girən qəhrəman əfqan xalqına dayq olub və bizim hamımızın xalqların azadlıq və demokratiya carçısı hesab etdiyimiz bir hökumət, üzündən maskasını atıb qorxunc və yırtıcı dişlərini göstərdi. Sən demə, Azərbaycan Amerikaya onun siyasi və iqtisadi məqsədləri üçün lazım imiş. Sovet dövründə daim tənqid etdikləri korrupsioner rejimə 4 əlli dəstək verməklə, ABŞ hökuməti özlərinin demokratiya, həqiqət və ədalət carçısı kimi qələmə verilən siyasi simalarının əsl mahiyyətini açıb göstərdilər. Deməli , bunlar Panama dövlət başçısı və generalı Norrieqa kimi neçə-neçə ölkə rəhbərlərini heç də narkotika alverinə və ya amansız diktataor olmalarına deyil, sadəcə, onlara sərf etmədiklərinə görə devirmişlər.

 

Amerika Azərbaycan xalqına , onun ideallarına tüpürərək, bu ağır günlərdə onun yeganə həyanı olan şanlı Mirzə Xəzəri bütün böyük xidmətlərinə zərrə qədər əhəmiyyət verməyərək , vəzifədən kənar edib, bizi əliyalın, qaranlıq quyuya qoydular.

 

“Azadlıq” radiosu elə bil axtalanan kişiyə, dişsiz, obyektiv” və naqqal bir vəkilə döndü ki, nə istədiyi, kimə xidmət etdiyi heç kimə - hətta öz bədbəxt əməkdaşlarına da məlum deyil. Bu da sənə Amerika, bu da özünü dünyada azadlıq və demokratiyanın qarantı hesab edən dövlət! Bu da sənə demokratiya və siyasi məfkurə atası Z.Bzejinski.

 

Əlvida, böyük Mirzə Xəzər! Mən hələ 70-ci illərdə öz gözəl və mərdanə səsinlə efirə verdiyin Qurban Səidin “Əli və Nino” romanına görə , ondan aldığım dünyalarca zövq və xoşbəxtliyə görə sənə bir daha sağ ol deyirəm.

 

Neyləməli, bizimki də belə gətirdi. Sən Bakıda sənin adını daşıyan küçə axtarma! İllərlə mənəviyyatı çirkaba bulananlar , ideyalarını bir qarın çörəyə satanlar, döşlərinə “məni satın alın” kimi gözəgörünməz şüarlar yazıb küçələrdə və ya “Mersedes”lərdə veyillənənlər və ya kəllələrində ağıl əvəzinə eşşək nəcisi gəzdirən siyasi büqələmunlar ölkəsində sənin qədrini kim biləcək?!

 

Bir də Amerikada nə günah! Bu dünyada heç vaxt adamların qabağına onların xarekterinə və təbiətinə uyğun olmayan yemək qoyulmur. Kimin nəyə layiq olduğunu, kimin nə yediyini , kimin nəyi həzm edə biləcəyini yaxşı bilirlər. Kiməsə cücə plov, kiməsə yal verilir. Kim nəyə layiqsə onu alır.

 

Əlisa Nicat
Sentyabr, 2004

"Tarixin qürubu" kitabından

 

Ğüc aldı vətən torpağı azadlığımızdan

Mirzə Xəzər 06 Yan 2012

no comments

1998-ci ildə Azadlıq radiosunun bağlanmasına etiraz olaraq yazılmış şer

 


Vidadi Vaqifoqlu


Ğüc aldı vətən torpağı azadlığımızdan,
Azadlığımız doğdu da irşadlığımızdan.
Dağ yardı Azadlıq da efir dalğalarıyla,
Dünyaya xəbər yaydı bu Fərhadlığımızdan.
Azadlığı daddıqca, eşitdikcə sevindik,
Ğöz yaşları tökdük nə qədər, şadlığımızdan.
Dünyada vətənçün nə qədər iş ğörür onlar,
Biz kəc baxırıq doğmalara yadlığımızdan.
Azadlığı boğmaq məğər ustadlıq olurmu,
İş ğör ki, ucalsın vətən ustadlığımızdan.
Dəhşətli 37 keçibdir, hələ bizlər
Əl çəkməmişik əski o cəlladlığımızdan.
Meydan sulayır düşmanımız can Qarabağda,
Boş-boş hələ qeybətdəyik arvadlığımızdan.
Ey Mirzə Xəzər, yaz bunu da çağla Xəzər tək,
Car çək və danış sən yenə bərbadlığımızdan.
Sizlər də verib əl-ələ bizlərlə bərabər
Azad eləyək yurdu xarabadlığımızdan.
Ğəl, ğəl vətən övladı, azadlıq deyə bir qalx,
Ğəl fayda verək millətə övladlığımızdan.

 

Bu şer vaxtilə nəşr olunsa da ünvanına yetişməmişdi. Hesab edirəm ki, artq şer öz ünvanına yetişdi. Təşəkkür edirəm. 06.01.2012

 

Əvvəlki məqalələr