MİRZƏ XƏZƏRİN MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ
Arzu Səmədbəyli
Source: Yeni Musavat
Arzu Səmədbəyli: “Azərbaycan üçün böyük işlər görmüş bir adama qarşı bu cür haqsızlıq yolverilməzdir”
Bir müddət Almaniyanın Münhen şəhərində müalicə olunan “Azadlıq” və “Amerikanın səsi” radioları Azərbaycan bürolarının keçmiş rəhbəri Mirzə Xəzər Azərbaycandan küsüb. Onun “Mediaforim”a son müsahibəsi bu qənaətə gəlməyə əsas verir. M.Xəzər deyib ki, bir neçə jurnalistdən başqa Azərbaycandan onunla maraqlanan olmayıb.
Sonuncu dəfə 2004-cü ilin yanvarında Bakıya gəldiyini, fevralın 13-də qayıtdığını deyən M.Xəzər Azərbaycana gəlməyi planlaşdırmadığını da etiraf edib: “Nə üçün gəlim? O vaxt orda olanda qəzet açmışdım, onun buraxılışı ilə məşğul idim. Bir gün gəlib dedilər ki, qəzeti bağla, özün də Azərbaycanı tərk elə. Düzü, bilmədim bu mesaj kimdən gəlib, amma sonra mənə dedilər ki, bu, ciddi xəbərdarlıq imiş. Ona görə də çıxıb getdim. İndi qayıdıb nə edəcəm? 2004-cü ildə gələndə bir ayın içində dörd dəfə yatmağa yer dəyişdim.
İndi gəlib orda 8-9 yerdə yatmayacam ki...”
Maraqlıdır, M.Xəzərdən Azərbaycanı tərk etməyi tələb edən kim olub? XİN-in mətbuat katibi Elxan Poluxov dedi ki, bu barədə onda hər hansı məlumat yoxdur.
Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli M.Xəzərin səhhətindəki problemlərə biganə olmadığını deyib ona Allahdan şəfa dilədi: “Təbii ki, biz Mirzə Xəzərin fəaliyyətini yüksək qiymətləndiririk. Onun Azərbaycanda tanınmasının ən pik nöqtəsi 90-cı illərdə oldu. O zaman bütün xalq ən doğru xəbərləri yalnız “Azadlıq” radiosundan alırdı. Mirzə o dövrdən bu xalqın sevimlisinə çevrildi. Xalqın səsinin boğulduğu günlərdə o, həmişə Azərbaycan xalqının haqq səsini dünyaya yayıb. Azərbaycanın dövlətçiliyinin
qorunmasında da böyük xidmətləri olub”.
A.Səmədbəyli M.Xəzərin incik salınmasını hakimiyyətin davranışları ilə izah edir: “Təbii ki, onu hakimiyyət ölkədən çıxarıb. O, ölkədəki narazılıq dalğasını efir vasitəsilə dünyaya yayırdı. Sonra da qəzet açmaq istəyib ki, buna da imkan verməyiblər. Əslində bu həqiqətləri 6 il əvvəl açsaydı, daha yaxşı olardı. Görünür, indi lazım bilib və deyib. Ancaq bu məsələyə laqeyd qala bilmərik. Bu, azad sözün boğulmasıdır. Azərbaycan üçün böyük işlər görmüş bir adama qarşı bu cür haqsızlıq yolverilməzdir və təbii ki, bunun izahatı verilməlidir. Biz bu məsələni parlamentdə qaldıracağıq”.
1990-cı ildə AXC fəallarından olmuş Etibar Məmmədovun həbsini daim gündəmdə saxlayan M.Xəzər AMİP liderinin yadına düşübmü? Bununla bağlı müraciət etdikdə E.Məmmədov dedi ki, M.Xəzərin səhhətindəki problemlərdən xəbərsiz olub: “Ona münasibətim çox yaxşıdır. Amma vəziyyətindən xəbərsiz olduğum üçün əlaqə saxlamamışam. Koordinatlarını tapıb onu axtaracağam”.
ELŞAD
Eziz Mirze bey
Eziz Mirze bey, arzumuz budur ki, bu yeni il – Novruz Sizin heyatinizi da en elametdar, xosh anlarla doldursun! Allah cisminizden her cur nasazliqlari chixardib, shefa versin Size. Xeta ve belalardan hifs olunasiniz!
Mirze bey! Novruz – xeyrin sher uzerinde qelebe bayramidir, inshallah, bu yeni ilde sher quvveler uzerinde qelebelerinizle mujdelenesiniz!
Size derin hormet ve minnetdarliq hissiyle, Dr. Hilal Mammadov. (“Toloshi Sedo” (“Talishin Sesi”) qezetinin mesul redaktoru, huquq mudafiechisi)
Mirze muellim
Mirze muellim,
Sizin etdiklerinizin giymeti yoxdur. Sizdən xahiş edirəm sifarişlə öldürülmüş və şəhidlik zirvəsinə ucalmış Şirinov Oruc haqqinda verliş hazırlayasınız. mən belə düşünürəm ki 1987-1988-1989 Milli həreketde onu etdikləri coxdur və -1990 Yanvarın 18-19-20 onun edikləri esl Vətən pərvər,qorxmaz hetda özünü bu torpag və dönməz əqidə uğrunda gurban verməyə hazır və özünü bu yolda gurban vermiş əsil Azərbaicanlıdır.
Cox Saqolun.
Hörmətlə,
Anar
