Şok! Ölkədən hər gün 50 milyon dollar torbalarda daşınır. Talançıların sonu gəlir. Külli miqdarda xarici valyutanı ölkədən çıxartmaq istəyənlər Binə aeroportunda yaxalanıb
Moskvada tutulan bir dəstənin üzvləri iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nağd pul daşıyıblar. Azərbaycan gömrükçülərinin bundan “xəbəri” olubmu? Yox, olmayıb. Azərbaycan gömrükçüləri torbaları yox, cibləri axtarır. Məsələn, “Trend.az”ın ingilis dilində yaydığı məlumata əsasən, Azərbaycan gömrükçüləri Bakı-Dubay reysi ilə uçan Samir Əliyevin cibindən 2500, Bakı-İstanbul reysi ilə uçan Sadiq Tağıyevin cibindən 5000 (məbləğə baxın!!!), eyni reys ilə uçmağa çalışan Rafael Mirzəyevin üstündən 3500, Rusiya vətəndaşı Nizami Hasməmmədovdan 1400 dollar(haradandır bu qədər pul???) aşkar edib. Gömrükçülərin şücaətinə alqış, alqış, yenə də alqış!
“Yeni Müsavat” qəzeti bu yaxınlarda yazırdı ki, Azərbaycanın pullarını torba ilə xaricə daşıyan mafiya mövcuddur. Bu mafiyanın bəzi üzvləri tutulub. Yox, narahat olmayın, Binə aeroportunda gömrükçülər tutmayıb, Rusiyada tutulublar...Qəzetin məlumatı insanı vahiməyə salır! Qəzetə əsasən, yalnız “Zamin Bank” vasitəsilə ölkədən hər gün 50 milyon dollar daşınır...Azərbaycan gömrükçüləri varlı məmurların torbalarına baxmır, kasıbların cibini axtarır...Vətəndaşların nəzərinə: xaricə gedəndə pulunuzu cibinizə yox, torbaya qoyun, sizi tutmazlar...
Prezident İlham Əliyev öz gömrükçüləri ilə fəxr edə bilər!
Mirzə Xəzər
13.05.2012
Şok! Ölkədən hər gün 50 milyon dollar torbalarda daşınır. Talançıların acı aqibəti. Külli miqdarda xarici valyutanı ölkədən çıxartmaq istəyənlər Binə aeroportunda yaxalanıb
Moskvada tutulan bir dəstənin üzvləri iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nağd pul daşıyıblar. Azərbaycan gömrükçülərinin bundan “xəbəri” olmayıb...Olmaz! “Trend.az”ın ingilis dilində yaydığı məlumata əsasən, Azərbaycan gömrükçüləri geniş "əməliyyat" həyata keçirdərək Bakı-Dubay reysi ilə uçan Samir Əliyevin cibindən 2500, Bakı-İstanbul reysi ilə uçan Sadiq Tağıyevin cibindən 5000(!), eyni reys ilə uçmağa çalışan Rafael Mirzəyevin üstündən 3500, Rusiya vətəndaşı Nizami Hasməmmədovdan 1400 dollar aşkar edib. Gömrükçülərin şücaətinə alqış, alqış, yenə də alqış!
“Yeni Müsavat” qəzeti bu yaxınlarda yazırdı ki, Azərbaycanın pullarını torba ilə xaricə daşıyan mafiya mövcuddur. Bu mafiyanın bəzi üzvləri tutulub. Yox, narahat olmayın, Binə aeroportunda gömrükçülər tutmayıb, Rusiyada tutulublar...Qəzetin məlumatı insanı vahiməyə salır! Qəzetə əsasən, yalnız “Zamin Bank” vasitəsilə ölkədən hər gün 50 milyon dollar daşınır...Azərbaycan gömrükçüləri torbalara baxmır, cibləri axtarır...
Prezident İlham Əliyev öz gömrükçüləri ilə fəxr edə bilər!
Mirzə Xəzər
13.05.2012
Azərbaycanı mənimsəyənlər: Hacıbala Abutalıbov ruhlarla danışır. Azərbaycanda yalnız mələklər yaşayır. İlham Əliyevin güclü rəqibi geri çəkilir
Əliyev rejimini ruhlar qoruyur, ölülərin ruhları. Hacıbala Abutalıbov gecələr ölülərlə danışır. Ölülərlə yox, ruhlarla. Ruhlarla yox, bir ruhla, onun „ulu öndəri“ Heydər Əliyevin ruhu ilə daima danışır. Heydər Əliyev sarayının açılışına gələn yoldaş Abutalıbov ruhlardan ilham alaraq mələklərdən aldığı vəhyi jurnalistlərə ötürüb demişdir ki, „Azərbaycan xalqı nə qədər xoşbəxt olacaqsa, heydər Əliyevimizin ruhu bir o qədər də şad olacaq“. Maraqlı yuxudur...Hacıbala Abutalıbov mələklərlə də danışır. Deyir ki, „Azərbaycanda yaşayanlar yalnız mələkdir“. Düz deyir. Azərbaycanda yaşamaq üçün mələk olmaq lazım imiş. Allah bizi bağışlasın!
Mələklər də İlham Əliyevi qoruyur. 2013-cü il prezident seçkilərinə bir il qalmış onun ən güclü rəqiblərindən biri təslim olduğunu „Yeni Müsavat“ qəzetinə bildirdi. Müsavat partiyası Məclisinin sədri Arzu Səmədbəyli qəzet vasitəsilə bu bəyanatı verib: „Hələ ki prezident olmaq istəyim yoxdur“. İlham Əliyevi təbrik edirik! Arxayın yat, yoldaş Əliyev, Arzu Səmədbəyli
yarışdan çəkildi, sənə mane olmayacaq...
Bəli, əziz oxucu, Azərbaycanda ruhlarla ünsiyyətdə olmaq və mələklərə səcdə etmək dəbdədir! Allah bu xalqa səbr versin!
Mirzə Xəzər
11.05.2012

