Britaniya şahzadəsinin Azərbaycanın “milyarder diktator”u ilə görüşü diqqət mərkəzində
Prince Andrew (Pic: Rex Features)
Britaniya kral ailəsinin mətbuatın qalmaqallı səhifələrində daim məşhur olan üzvü, şahzadə Endryunun İlham Əliyevlə Davosda görüşü “Sunday Mirror” qəzetində tənəli şərhlərə səbəb olmuşdur. "Mirror" İlham Əliyevi "Azərbaycanın milyarder diktatoru" adlandırır. Qəzet yazır ki, azyaşlı qızları əxlaqsızlığa cəlb etdiyi üçün həbsə atılan amerikalı milyarder Ceffri Epsteynlə dostluğu üzündən qalmaqal yaşayan şahzadənin kral ailəsinin üzvü sifətilə Davosda görüşlər keçirtməsi çoxlarını təəccübləndirmişdir. Qəzet xatırladır ki, şahzadə Endryunun Azərbycan prezidenti, eləcə də Qazaxstan prezidenti Nursultan Nazarbayev ilə yaxın dostluq əlaqələri var. Şahzadə son illərdə 8 dəfə Azərbaycanın paytaxtında səfərdə olmuşdur. Qəzet əlavə edir ki, Britaniya vergiverənlərinin pulu ilə səyahət edən şahzadə Endryunun yalnız Davosda tutduğu 8 otaqlı hotel nömrəsi üçün 39 000 funt sterlinq pul xərclənib.
Lakin onun İlham Əliyevlə görüşü şahzadə ətrafında yaranan qalmaqalı daha da qızışdırmışdır. Şahzadə Endryunun ən kəskin tənqidçilərindən olan müxalif leyborist partiyasının kölgə kabinetinin ədliyyə naziri Kris Brayant deyir ki, Endryunun Davosda Azərbaycan prezidenti ilə görüşü təəccüb doğurur. Onun sözlərinə görə, “əgər bu görüş bizim milli maraqlarımıza xidmət etsəydi, baş nazir Devid Kemeron İlham Əliyevlə görüşərdi”. Maraqlıdır ki, şahzadə Endryunun İlham Əliyevlə görüşü haqqında xəbəri yalnız AzərTac yaymışdır.
“Mirzə Xəzərin Səsi” qəzeti
28.01.2012
Əvvəlki məqalə: Mirzə Xəzərin kitabı yaxında nəşr ediləcək
Sonrakı məqalə: Məlahət Ağacanqızı: Yazarın erkəyi dişisi olmaz!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6440

bu shazade hemishe qalma-qallara sebeb olur. unutmaq lazim deyil ki Britainayada uzun illerdir axtarishda olan mehshur pedofil de hazirda azerbaycanda yashayir ve böyük imkanlara malikdir ,hetdda onu iterpol yolu ilede ölkemizden apara bilmediler. Yüksek seviyyede !! onun himayedarlarin oldugu bildirlidi.Bezi etikadan kenar mövzular haqda düshünmeye deyer. yani bizim milyarder diktatorumuz peofile (melum olmayan ! ) sebeblerden siginacaq ve böyük imkanlar verib. Britaniya kral ailesinin üzvü ise amerkali ( pedofille) dostluq edir. Ve elave edeyin ki bu gün Azerbaycanda meneviyyatsizliq bash alib gedir… hele bu shahzadenin bir neche ay evvel Ereb ölkelrine seferi zamani teyyaresini Bakiya dönderib bir neche günlüye chixmasi…