Mirzə Xəzərin kitabı yaxında nəşr ediləcək
Mirzə Xəzərin kitabı üzərində iş son mərhələdədir. „Mirzə Xəzərin Səsi və Sözü“ adı ilə işıq üzü görəcək kitabda müəllifin son səkkiz ildə yazdığı məqalələr, şərhlər, esselər toplanıb. Bununla yanaşı, rus və ingilis dillərində yazılan məqalə və şərhlər, müəllifin verdiyi müsahibələr, ona gələn məktublar da kitaba daxil edilib. Kitab üzərində son redaktə işləri artıq sona çatır və bir ay ərzində nəşriyyata göndəriləcəyi gözlənilir. „Mirzə Xəzərin Səsi və Sözü“ kitabının harada nəşr ediləcəyi barədə hələ qəti qərar verilməyib. Azərbaycanla yanaşı Almaniya və Türkiyənin də adı çəkilir. Kitabın nəşri başa çatan kimi oxuculara məlumat veriləcəkdir.
„Mirzə Xəzərin Səsi“ qəzeti
27.01.2012
Əvvəlki məqalə: Türkiyə xalqı soruşur: İlham Əliyev haradadır?
Sonrakı məqalə: Britaniya şahzadəsinin Azərbaycanın “milyarder diktator”u ilə görüşü diqqət mərkəzində
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6437