Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Etiraz edirəm! Etiraz edin!

Mirzə Xəzər 25 Yan 2012

1 comment

gencler fransa
 

 

 

Bu şəkilə etiraz edin! Etiraz edin bu gənclərin etiraz hərəkətlərinə! Fransa səfirliyinin qabağına yığışıb cəsarətlə qışqır-bağır salıblar bəs deyil, hələ Heydər Əliyevin şəkillərini yox, Böyük Atatürkün portretini əllərində tutublar. Utandım onların yerinə! Bəs hanı “Ulu Öndər”imizin şəkili? Hanı “ümummilli” liderimizin surəti? Hanı dünyanı valeh edən “Ulu Dahi”mizin rəsmi? Hanı Heydər Əliyevin portreti? Bəs “Ulu Öndər”in varisinin rəsmləri hanı? Hanı prezident administrasiyasının gündə 24 saat gənclərin beyninə səylə yeritdiyi “Ulu Öndər”ə “ümummilli” pərəstişin şüaları? Yoxdur? Niyə yoxdur? Hara getdi puç təbliğata xərclənən milyonlar? Hara getdi televiziya ekranlarından ariya oxuyan məddahların mədhiyyələri? Hara getdi prezidentin əlini öpən məzlumların nalələləri?

 

Etiraz edirəm! Etiraz edin! Belə milli şüur olmur? Olur, əlbəttə, olur. Əgər bu total məddahlıq təbliğatı onların şüurunu pozmamışsa, eşq olsun belə gənclərə!

 

Nə deyirdi Böyük Mustafa Kamal? Deyirdi ki:


 “Axtardığın qüdrət damarlarındakı əsl qanda mövcuddur”.

 

Mirzə Xəzər
25.01.2012

Əvvəlki məqalə: CƏNNƏTLİK YƏHUDİLƏR

Sonrakı məqalə: Türkiyə xalqı soruşur: İlham Əliyev haradadır?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6432

Şərhlər

(Cavab formasına keç)

  1. Məlahət 27 gün bundan əvvəl dedi

    Əziz Mirzə müəllim, çox sağ olun! Kiçik bir şərhlə içimdə gələcəyə böyük ümidlər yaratdınız. Həqiqətən də , axtardığımız QÜDRƏTt damarlarında əsl türk, cəsur, əyilməz insan qanı daşıyanlarda mövcuddur. Yaşasın yeni gənclik! Onlar ürəklərində daşımadıqları şəkilləri heç vaxt əllərində daşımazlar…

Fikrinizi bildirin