Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Əliyevlərin 500 milyon dolları haradandır?

Mirzə Xəzər 23 Yan 2012

1 comment

the hill 

 

 

“Əliyev sülaləsi son 18 ildə Azərbaycanı talayıb. İndi də oğurladıqları külli miqdarda pulla beynəlxalq miqyasda öz hakimiyyətlərini legitimləşdirmək istəyirlər...”

 

Bu şərh Amerika Konqresinin “The Hill” qəzetinin rəylər qismində çıxan “Birinci xanımların xərçəng sammiti: Obama və Əliyeva” sərlövhəli yazıya oxucu şərhləridir. Yazının müəllifi Rob Sübhani “The Hill” qəzeti vasitəsilə Azərbaycandan ABŞ-a 500 milyon dollarlıq fond təklifini irəli sürüb yazır: Azərbaycan və ABŞ-ın birinci xanımlarının Ağ Evdə xərçənglə mübarizəyə həsr olunan görüşünə Vaşinqton razılıq versəydi, bu görüşdə 500 milyon dollarlıq fondun yaradıldığı elan edilə bilərdi...” Maraqlı təklifdir. Belə görünür ki, Rob Sübhani qaş düzəltmək əvəzinə vurub gözü çıxardıb. "Azadlıq" qəzeti yazır ki, AzərTac Rob Sübhaninin məqaləsini bütünlüklə tərcümə edərək dərc etmişdir, amma balaca bir düzəlişlə...AzərTac 500 milyon dollar təklifini məqalədən kəsib atmışdır...Niyə? Onlar bunun səbəbini yaxşı bilirlər.

 

Sübhaninin "The Hill" qəzetindəki qalmaqallı məqaləsinə qəzetin öz səhifəsində yazılan bir şərhdə deyilir:

 

Yazıq Əliyevlər! 500 000 000 dollar? Hardandı bu ailənin bu qədər pulu? Heydər Əliyevin heykəlləri ölkəni bürüyüb. Parklar Heydər Əliyevin adına, aeroport Heydər Əliyevin adına, küçələr, xiyabanlar heydər Əliyevin adına, hərbi məktəb Heydər Əliyev adına, konsert sarayı və sairə və sairə...Görəsən Amerika diktatura rejimi ilə əməkdaşlıq edəcəkmi?”


Yazının ingilis dilində mətni ilə bu linkdə tanış olmaq mümkündür: http://thehill.com/opinion/op-ed/205161-a-first-ladies-cancer-summit-obama-and-aliyeva 

 


Mirzə Xəzər
23.01.2012

Əvvəlki məqalə: Azərbaycandan Amerikaya 500 milyon dollarlıq fond təklifi

Sonrakı məqalə: Fransa Senatı erməni "soyqırımı" üzrə qanun layihəsini qəbul etdi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6425

Şərhlər

(Cavab formasına keç)

  1. ali 31 gün bundan əvvəl dedi

    Teklif Azerbaycandan deyil ,teklif Azerbaycani xercheng kimi bürüyüb sümüren cinayetkar tayfanin yaliniz bir üzvündendir. onlar üchün yarim milyard nedir ki ,ölkenin qazi,nefti ,qizili narkotik marshrutlari h.aliyev adina narkotik istehsal eden fond , 6 milyon ölke daxilide ,3 milyonda yalniz rusiyada onlara tabe olan, köleliyi ile razilashan adamcigazlarin ödedikleri vergiler … kürü ,orqan satmaqdan gelen faizler ve gömrük… her il Azerbaycan adli bataqliga en azindan 40 (qirx) milyard dollar gelir … indi deyrsiz ölkenin ikinci adami bu qeder puldan bir -iki qepik verebilmez?

Fikrinizi bildirin