Azərbaycandan Amerikaya 500 milyon dollarlıq fond təklifi
Azərbaycan hökumətinin lobbiçilərindən “The Hill” qəzeti vasitəsilə ABŞ-a 500 milyon dollarlıq fond yaratmaq təklif olunur. "Caspian Group"un icraçı direktoru Rob Sübhani Konqresdaxili qəzetdə yazır: "Azərbaycan və ABŞ-ın birinci xanımlarının Ağ Evdə xərçənglə mübarizəyə həsr olunan görüşünə Vaşinqton razılıq versəydi, bu görüşdə 500 milyon dollarlıq fondun yaradıldığı elan edilə bilərdi...”
Əliyev rejimi üçün Vaşinqtonda lobbiçiliklə fəaliyyəti ilə tanınan “Caspian Group”un icraçı direktoru Rob Sübhaninin Konqresin daxili qəzetinin rəy qismində bu məsələyə dair iri yazısı çox sərt şərhlərə səbəb olmuşdur. Yazını şərh edənlər Azərbaycanda diktatura rejiminin mövcud olduğunu, ölkənin büsbütün korrupsiyalaşdığını, insan hüquqlarının daim pozulduğunu, hakim tayfanın ölkənin sırvətlərini talan etdiyini, yalnız birinci xanımların görüşü üçün 500 milyon dollar pulun mənbəyinin şübhəli olduğunu qeyd edirlər.
Yazının ingilis dilində mətni ilə və şərhlərlə bu linkdə tanış olmaq mümkündür: http://thehill.com/opinion/op-ed/205161-a-first-ladies-cancer-summit-obama-and-aliyeva
"Mirzə Xəzərin Səsi" qəzeti
23.01.2012
Əvvəlki məqalə: Qara yanvar məktubları - 2012
Sonrakı məqalə: Əliyevlərin 500 milyon dolları haradandır?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6424