Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Qara yanvar məktubları - 2012

Mirzə Xəzər 21 Yan 2012

no comments


Qara yanvar məktubları
2012

 

Rufat Ahmedzade: Mirzə bəyin Azərbaycan həqiqətlərinin dünyaya catdırılmasında böyük xidmətləri vardır.


Rovshan Alishli: Azərbaycanın bütün dünyaya çıxışı bağlananda Mirzə Xəzərin fəaliyyəti ölçüyə gəlməzdir. Bu heç zaman unudulmamalıdır.


Vidadi Vaqifoqlu: Mirzə Xəzərin o möhtəşəm səsi damğalanmış Azərbaycan xalqının yarasına ən gərəkli dərman idi.


Ilyas Azeri: O hadisələrin iştirakçısı kimi deyə bilərəm, MIRZƏ XƏZƏRin səsi bizə ruh verirdi, cəsarət verirdi, onun həmin dövrdəki fəaliyyati misilsizdir, əvəzolunmazdır - sağ ol MİRZƏ!

 

Ilqar Yusifov: Mirze bey axsaminiz xeyir necesiniz 22 il once sizin Azadliq radiosunda 20 yanvar faciasini dunyaya catdirmaq ucun gosterdiyiniz fedakarliqi biz gerek hec vaxt unutmayaq. Allah size can sagligi versin.

 

Kenan Haqverdi: Salam Mirzə bəy. Mənim 31 yaşım var. 22 il bundan əvvəlki cıxışınız dünənki kimi yadımdadi. O zaman 9 yasım variydi. Siz Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri olan azsaylı insanlardansınız.
18-01-2012

 

 


“Mirzə Xəzərin Səsi” vebsaytına göndərilən məktub

 

Mirzə Xəzər Azərbaycanın milli-mənəvi sərvətidir. Bəli, onu qorumalıyıq, ona hamımız şərait yaratmalıyıq. Dövlətin başında outran vətənpərvər azərbaycanlılarımız bunu dərk etməlidir. Onu hamılıqla qəbul etməliyik – dövlət də, millət də. Sərvətimizi bizdən başqa heç kim dəyərləndirə bilməz. O, bizimdir, bizə lazımdır. Eşq olsun Mirzə Xəzərə. Biz, Azərbaycan xalqı, milləti Sizi çox sevirik, Xəzər bəy, sevirik və dəyərləndiririk. Siz bizə lazımsınız, bizimsiniz, ziyalısı, aydınısınız. Canımız da qurbandır Sizə, Mirzə müəllim.

Mən sizin səsinizə pərəstiş edirəm
13 Yan 2012

 


Gülnar Nəcəfova: Axşamınız xeyir, Mirzə bəy. Sizin kimi vətənpərvər, səsinizlə qürur duyduğum bir jurnalistə yazmaya bilməzdim. 90-cı illərdə Azadlıq radiosunda səhər-axşam ailəcə sizi dinləyəndə qəlbimizdə vətən eşqi formalaşır, riyakar separatçılara nifrət artırdı. Sizin səsiniz, yəni „AZADLĞIN SƏSİ“ indi də dünən kimi qulağımdadır. Mən sizə DÖVRÜMÜZÜN SABİRİ deyərdim. Mən sizin səsinizə pərəstiş edirəm. Sizin diktəniz Xəzər kimi coşğuludur. Bitib-tükənməyən enerjiniz var. Kaş, sizin kmi əzmkar, haqqın-ədalətin yolundan dönməyən vətənpərvər insanlarımız çox olaydı…Amma çətin ki, bu xalq qəflət yuxusundan ayıla. 19-cu əsrin Hophopnaməsindəki qara camaatdan bu günkü „DEMOKRATİK DÖVLƏTİMİZ“i heç nə fərqləndirmir. Mirzə bəy, sizcə bu yuxululuğu „Əliyevlər psixoterapevtləri“ ilə əlaqələndirək, yoxsa nəfsi mənfəətlərlə??? (Gülnar Nəcəfova, 13.01.2012)

 


Rüfət Əhmədzadə: Təəssüf ki, 20 yanvar ilə bağlı ilk informasiyanı dünyaya bəyan edən Mirzə bəyin adı hallandırılmır. Bu cür təhrifə yol vermək olmaz. Mirzə bəyin Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsi onun vətənpərvərliyindən irəli gəlir.


Mirzə Xəzər: Fikir vermə, Rüfət. Unudulmaq ən böyük xoşbəxtlik, unutmaq ən böyük qəhrəmanlıqdır. Öz sözlərimdi, oxuyub unutmaq cəsarət tələb etmir:) Mirzə Xəzər 19.01.2012

 

Ilqar Abdullah: Mirzə bəy,o dövrdə sizin səsiniz informasiya blokadasında olan Azərbaycanda minlərlə insanı infakt keçirməkdən qurtarmışdı,həmçinin də məni,halal olsun sizə,bəy!


Ilkin Abdiyev: Her vaxtınız xeyir Xezer bey, biz gencler sizinle qürur duyuruq!

Ismayilov Sohrab: Salam, Mirzə müəllim. Mirzə müəllim, siz 20 yanvar zamanı xalqımıza göstərdiyiniz xidmət bir ordunun göstərdiyi xidmətə bərabərdir. Sizin də müstəqil Azərbaycan dövlətinin yaranmasında böyük və danılmaz əməyiniz var. Xalqımız sizin kimi cəsur oğullarını heç zaman unutmayacaq. Siz biz gənclərə örnəksiniz. Allah sizə uzun ömür, can sağlığı versin.

 

Vidadi Vaqifoqlu Kim nə deyir desin...o gecə Allah unutmuşdu bu milləti, Allaha çatmırdı insanların naləsi. Səs çatan yer və səs gələn yer, ümid gələn yer yalnız Mirzə Xəzərin səsiydi.

 

Peri Miniatur: MİRZƏ XƏZƏR MÜBARİZƏMİZİN CARÇISIDIR!
Mirze bey, sade adamlar "AZADLIQ" radiosu sozu eşitdikde, Mirze Xezer düşür yadlarina . O qanli "20 yanvar" tarixine gore...
 

Vugar Badalov: Mirzə Xəzərin səsi o günlərdə bizim ümüd yerimiz idi. Xalq sizi unutmur . Her hansi qrup öz maraqlarina göre unuda biler.Lakin, xalq Sizi unutmur ve unutmayacaq.

 

Raife Serxan Qizi: Sizə bir daha təşəkkür edirəm! ehtiramla, sevgilərlə! O günlərdə, o çənim anlarda səsimizi dünyaya çatdıran yeganə dost, yeganə efir xadimi! Sağ olun, var olun!

 

Peri Miniatur: O GECƏNİN QƏHRƏMANLARINDAN BİRİ DƏ MİRZƏ XƏZƏR OLDU! TƏŞƏKKÜRLƏR, MİRZƏ!

 

Didergin Unuslu: Mirze bey.O qederde deyil yeni.O gunleri, o, sesi unutmaqmi olar yeni? Butun umidimiz Size idi.Hamimiz nefeslerimizi icimize cekib,gozlerimizi radioya tikib Sizin agzinizdan bir umuidverici soz gozleyirdik. Ne yaxshi Siz var idiz.

 

Guntay Gencalp Salam Mirzä müəllim! Hər il 20 yanvarda sizi xatırlayıram istər-istəməz

Mirza Khazar salam, Güntay bəy, çox sağ olun

Guntay Gencalp O zaman män 20 yaşında gənc idim Ərdəbildə Sizin səsinizlə duyduq 20 yanvarı, Almas İldırımın şeirlərini oxuyurdunuz

 

Gafar Bagirov: Hörmətli Mirzə Xəzər 20 yanvar hadisəsi hər bir Azərbaycanlının xatirində Sizin işıqlı obrazınızı yaradır.Qara yanvar günlərində mərhum Bəxtiyar Vahabzadənin-Bizi qırırlar deyib sizə müraciət etməsi və sizin bu xəbərləri dünyaya yaymağınız hamının yadındadır.Lakin zaman keçır şahidlər dünyadan köçür.Hər şey dəyişsə də Siz Azərbaycan tarixində qalacaqsınız.Qara günlərdə Azərbaycan xalqının ümid və nicat yeri kimi.


Humay Hesenli: SALAM MİRZƏ BƏY ! BUGÜN SİZ SƏSİNİZLƏ QƏLƏBƏ ÇALDIZ inşALLAH

 

Arzu Memmednebi: Axşam öz -özüme düşündüm siz hemişe bizim xalqın derdini acısını car etdiniz dünyaya amma bizler çoxumuz ele sandıq ki siz orada yeriniz rahat her şey yolunda. Çox nankör bir düşünce bu, amma gerçək. Sizin yaşantınızdan ne xeberdar olduq ne maraqlandıq, ne de acınızı bildik, özüm özümden utandım ve sizden dəfələrcə xalqım adına üzür dileyirem vicdanım rahat olması üçün bir azda bunu yazmaq qerarına geldim 20.01.2-12


Abdullaeva Mirvari: Hörmətli Mirzə müəllim,salam.Mən 22 il öncə bu gün sizə şəxsən yazabiləcəyimə inanmazdım.1990-ci ilin yanvar ayında yeganə təsəllimiz sizin verilişlər idi ki,gündə neçə dəfə ürək ağrısı ilə təkrar-təkrar dinləyirdik.İndi üstündən bu qədər illərin keçməsinə baxmayaraq səsiniz qulaqlqrımızdan getməyib.İndi Azərbaycan inkişaf mərhələlərini keçir.Güman və arzu edirik ki bizim qələbə xəbərimizi də sizin səsinizlə eşidək.

 


Abdullaeva Mirvari Diqqətinizə görə təşəkkür edirəm.Siz bizim canlı əfsanəvi qəhrəmanımızsız.Qəhrəman yalnız səngərlərdə olmur.Sizə uzun ömür can sağlığı arzu edirəm.


Naile Muradli: Mirzə bəy bu millət, xalq ücün döyünən ürəyinizə minnətdarıq.

 


Yusif Alı Afşar: Bu gün 20 Yanvar facisesile baqli muxtelif saytlara, agentliklere, qezetlere baxdim. Orada yazilan melumatlari oxuyarken Sizin bu hadise haqqinda ilk melumatlari, informasiya blokadasinda olan Azerbaycanın haqq sesini dunyaya nece cetinlikle yetirdiyiniz gozlerim onune gelir. Əziyyetinizi halal edin Azerbaycan türklerine…

Mirzə Xəzər: Halaldı, Yusif bəy!

Yusif Alı Afşar: Təşəkkürlər. Arzularimdan biri de, bir gün Sizinle gorusub aristokrat vücüdunuzla üzbəüz dayanıb əllərinizi sıxaraq teşekkürlerimi canli bildirmekdir


Mirzə Xəzər: Inşallah o gün də gələr:)


Ilqar Abdullah: Mirzə bəy,o dövrdə sizin səsiniz informasiya blokadasında olan Azərbaycanda minlərlə insanı infakt keçirməkdən qurtarmışdı,həmçinin də məni,halal olsun sizə,bəy!


Ilkin Abdiyev: Her vaxtınız xeyir Xezer bey, biz gencler sizinle qürur duyuruq!

 

Ismayilov Sohrab: Salam, Mirzə müəllim. Mirzə müəllim, siz 20 yanvar zamanı xalqımıza göstərdiyiniz xidmət bir ordunun göstərdiyi xidmətə bərabərdir. Sizin də müstəqil Azərbaycan dövlətinin yaranmasında böyük və danılmaz əməyiniz var. Xalqımız sizin kimi cəsur oğullarını heç zaman unutmayacaq. Siz biz gənclərə örnəksiniz. Allah sizə uzun ömür, can sağlığı versin.

 

Vidadi Vaqifoqlu:  Kim nə deyir desin...o gecə Allah unutmuşdu bu milləti, Allaha çatmırdı insanların naləsi. Səs çatan yer və səs gələn yer, ümid gələn yer yalnız Mirzə Xəzərin səsiydi.

 

Əvvəlki məqalə: „QARDAŞ KƏLƏYİ“, „İlham Əliyev Türkiyəyə qarşı soyuq savaşa başlayıb"

Sonrakı məqalə: Azərbaycandan Amerikaya 500 milyon dollarlıq fond təklifi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6421

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin