Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İlham Əliyevin adı Kraliça II Yelizaveta ilə yanaşı 100 ən nüfuzlu şəxsin siyahısında

Mirzə Xəzər 21 Yan 2012

2 comments

ilham yaziq 

 

 

 

"Qafqazinfo"nun yaydığı məlumata əsasən, Britaniyanın “The Times” qəzeti 2012-ci ildə ən məşhur və nüfuzlu olacaq 100 nəfərin siyahısını hazırlayıb. Siyahıya Çarlz Dikkens ilə yanaşı Azərbaycan prezidenti İlham Əliyevin siyahıya daxil edilməsini iftixar hissi ilə qarşılamamaq böyük günahdır. “Vestnik Kafkaza” portalının məlumatında deyildiyinə görə, İlham Əliyevin 100 nəfərin siyahısına düşməsinin əsas səbəbi, onun Azərbaycanı "dünyada ən sürətlə inkişaf edən ölkə"yə çevirməsi olmuşdur. Bəs qəzet bu qeyri-adi inkişafı nə ilə sübut edir? Meyarlar nədir? İddia edildiyinə görə ingilis qəzeti Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu sübuta yetirmək üçün aşağıdakı misilsiz nailiyyətləri sadalayır:


1. Bakıda ticarət mərkəzlərinin sayı artır;
2. Ölkədə beşulduzlu otellər çoxalır;
3. Londonda Azərbaycan mətbəxini təmsil edən restoran açılıb;
4. “Bakı” jurnalının ingilis dilində nəşrinə başlanıb.


Sürətli inkişafın göstəriciləri bunlardır. 2012-ci ilin ən nüfuzlu şəxsiyyətləri siyahısına düşmək üçün bu meyarlar kifayətdir...Misilsiz inkişafdır.  

 


Mirzə Xəzər
21.01.2012

Əvvəlki məqalə: İsgəndər Həmidov: Bakıya sovet qoşunlarını dəvət edən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var

Sonrakı məqalə: „QARDAŞ KƏLƏYİ“, „İlham Əliyev Türkiyəyə qarşı soyuq savaşa başlayıb"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6414

Şərhlər

(Cavab formasına keç)

  1. RASIM 32 gün bundan əvvəl dedi

    Men onu, bir neche nominasiyada 1 -yere qoyardim!

  2. RASIM 32 gün bundan əvvəl dedi

    Men onu, bir neche nominasiyada 1 -yere qoyardim!

Fikrinizi bildirin