Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Musiqisiz komediya: İlham Əliyev 100 yaşını Qarabağda qeyd edəcək

Mirzə Xəzər 20 Yan 2012

1 comment

 

 ilham yaqub  

 

 

 

 

 

Bu ölkədə ciddi ilə qeyri-ciddi, ağıl ilə sərsəmlik, məntiq ilə məntiqsizlik, yalan ilə həqiqət, sağlam təxəyyül  ilə xəstə təxəyyül, gülünc ilə ciddi  bir-birinə qarışıb. Baş çıxartmaq qeyri-mümkündür, baş çıxartmaq istəyən başını sındırar…Dekabrın 25-də İlham Əliyevin 50-ci yaş gününü Qarabağ qaçqınları ilə keçirtmişdi. Görüşün və xüsusilə İlham Əliyevlə qaçqın Cənnət Əliyevin dialoqu tarixi dialoqdur…  

   

   

Beş-on ildən sonra Ermənistanda 1 milyon adam qalacaq  

   

   

İlham Əliyev: Bizim əhalimiz artır, Ermənistan əhalisi azalır. Azərbaycanda 9 milyon 300 min əhali var, Ermənistanda 1 milyon 8 yüz min… Beş-on ildən sonra orada 1 milyondan az adam qalacaqdır... Biz, işləməliyik, işləyirik, öz işimizi görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik. (Tərəfdaş hara, əhali hara?)  

 

 

 

Respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib qurtaracaqdır  

   

 

Cənnət Əliyev: Gördüyünüz tədbirlər nəticəsində, respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib qurtaracaqdır. Respublikada sağlam müxalifət yaranacaqdır. Ali Baş Komandan kimi yaratdığınız güclü ordunun səyi nəticəsində sərhədlərimizin bərpası təmin ediləcəkdir. Biz buna inanırıq. Biz öz torpaqlarımıza qayıdacağıq.  (Səhlənkar müxalifət yox olanda?!)



 

Mehriban Əliyeva Nobel mükafatına layiq görülsün  

   

   

Cənnət ƏLİYEV:  Mən evimin əziz qonağı olan Mehriban xanımın gördüyü işlər haqqında danışmağa ehtiyac duymuram. Ona görə duymuram ki, onu yaradan Allah Peyğəmbərə verilən qabiliyyətdən ona da vermişdir. Mən arzu edirəm ki, gələcəkdə o, Azərbaycanın kadrı kimi Nobel mükafatına layiq görülsün. (Ateizmin təsiri hələ də güclüdür. Allah və Peyğəmbər?)

 

Prezident İlham Əliyev: Mehribanın onsuz da mükafatları çoxdur.

Mehriban Əliyeva İlham Əliyevə:  Çox sağ olun.
 

   


Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz  

   


Cənnət ƏLİYEV:  50 yaşınızı gəlib bizimlə keçirməyinizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz.

Prezident İlham ƏLİYEV: Sizinlə bərabər. Qarabağda. Sizinlə birlikdə Qarabağ torpağında bu günü qeyd edək.
 

   

   

Özümüzü yormayaq, siz də yormayın, çünki şərhə ehtiyac yoxdur…  

   

   

Mirzə Xəzər  

20.01.2012  

   

 

Əvvəlki məqalə: Mirzə Xəzər: Unudulmaq ən böyük xoşbəxtlik, unutmaq ən böyük qəhrəmanlıqdır

Sonrakı məqalə: „Yeni Şəfəq“ qəzeti Heydər Əliyev Fondunun Fransaya yardımından yazır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6408

Şərhlər

(Cavab formasına keç)

  1. RASIM 33 gün bundan əvvəl dedi

    RAZIYAM, SHERHE EHTIYAC YOXDUR, YADINIZDADIR, SIZE SABIR RUSTAMLI HAQDA YAZMISHDIM, ZIYALILAR, DEYESEN OZLERINI GOSTERIRLER, YOXSA SABIR KIMI ZIYALILARLA AZ-N XAQLI KOR OLMUSHDUR!

Fikrinizi bildirin