Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İsgəndər Həmidov: Bakıya sovet qoşunlarını dəvət edən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var

Mirzə Xəzər 20 Yan 2012

1 comment

20 qanli 

 

 

“Bakıya rus qoşunlarını dəvət etmək üçün göndərilən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var. Sonradan onu baş nazir təyin etdilər. Daxili Işlər Nazirliyində 10 nəfər azərbaycanlıya vaxtından əvvəl rütbə vermişdilər. Sonradan onlara vəzifələr verildi”. Bu sözləri sabiq daxili işlər naziri Isgəndər Həmidov “Bizim Yol” qəzetinə Rusiya hökumətinin 20 yanvarda Bakıda silahsız insanları qətlə yetirən rus hərbiçilərinə veteran statusu verilməsinə münasibət bildirərkən deyib. Isgəndər Həmidov əlavə edib ki, həmin hadisələrə görə mükafatlandırılma SSRI daxili işlər naziri Bakatinin əmrilə olub: “Özü də əmrdə yazılmışdı ki, sovet qoşunlarının Bakıya girərkən göstərdiyi misilsiz xidmətlərinə görə, bu şəxslərə hərbi rütbələr verilsin. Indi onlardan polisdə işləyəni də, təqaüdə çıxanı da, səfir işləyəni də var. Bəziləri isə daxili işlər nazirinin müavini, respublika prokuroru oldu”.


Azadlıq“ qəzetinin apardığı araşdırmalar zamanı aydın olub ki, həmin hadisələrə görə, mükafatlandırılan şəxslərdən biri sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov olub. O zaman sabiq baş prokuror Bakı Şəhər Baş Polis Idarəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub. 20 yanvar hadisələrindən sonra ona polkovnik rütbəsi verilib. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Eldar Həsənov baş prokuror vəzifəsinə təyin edilib. Bakatinin əmrilə mükafatlandırılan başqa bir şəxs isə Həsən Əliyevdir. Bu şəxs həmin vaxt “OBXSS”də çalışıb. Rütbəsi polkovnik-leytenant olub. Mükafat olaraq rütbəsi bir pillə artıb: polkovnik. Sonradan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.


 


MXS
 

Əvvəlki məqalə: „Yeni Şəfəq“ qəzeti Heydər Əliyev Fondunun Fransaya yardımından yazır

Sonrakı məqalə: İlham Əliyevin adı Kraliça II Yelizaveta ilə yanaşı 100 ən nüfuzlu şəxsin siyahısında

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6406

Şərhlər

(Cavab formasına keç)

  1. ali 122 gün bundan əvvəl dedi

    Chox güman ki bu gün hakimiyyetde olanlarin hamisinin atalari ve ya yaxinlari 20 yanvar hadiselerinde primakovun (h.aliyevin) emrlerini yerine yetirib. Eks halda indi onlar hakimiyyetde olmazdilar. heyde geri qayidan kimi hemen adamlari mükafatlandirdi ve 20 yanvari töreden cinayetkarlarin adi olan siahidan primakovun adini chixartdi. Chünki heyderin yeniden hakimiyyete gelmesinde yene KQB ve shexsen primakov esas rol oynamishdi.

Fikrinizi bildirin