Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

„Yeni Şəfəq“ qəzeti Heydər Əliyev Fondunun Fransaya yardımından yazır

Mirzə Xəzər 20 Yan 2012

no comments

logoshafak 

 

Türkiyənin „Yeni Şəfəq“ qəzeti „Azərbaycanın birinci ledisi fransız medallıdır“ sərlövhəli yazısında qeyd edir ki, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransada bir sıra layihələrdə iştirak etmişdir. Qəzetin məlumatına əsasən, heydər Əliyev Fondu Fransanın məşhur Luvr muzeyinin, Versal sarayının və Strasburqdakı tarixi kilisənin yenidən bərpa işləri üçün maliyyə yardımı göstərmişdir. Türkiyə qəzeti iddia edir ki, Azərbaycanın birinci xanımına Fransanın ən nüfuzlu „Şərəf legionu“ ordeninin verilməsi Heydər Əliyev Fondunun yardımları üçün verilən mükafatdır. Türkiyə qəzeti gileylənib yazır ki, Fransa Milli Məclisi „erməni soyqırımını“ inkar qanununu qəbul edəndən indiyədək Azərbaycanın dövlət başçısı İlham Əliyev və Azərbaycan siyasətində nüfuzlu şəxs sayılan həyat yoldaşı Mehriban Əliyeva nə Türkiyəyə, nə də Fransaya dair bir dənə də olsun bəyanat vermədi.

 

„Mirzə Xəzərin Səsi“ qəzeti
20.01.2012
 

Əvvəlki məqalə: Musiqisiz komediya: İlham Əliyev 100 yaşını Qarabağda qeyd edəcək

Sonrakı məqalə: İsgəndər Həmidov: Bakıya sovet qoşunlarını dəvət edən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6405

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin