Qoy Mirzə Xəzər daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!
1990 – cı ilin 20 yanvar səhəri. Bakı matəm içərisində idi. Qan çilənmiş torpağa qərənfil yağışı yağmışdı sanki.Vətənin ən uca yerindən qara bayraqlar asılmışdı,anaların qara yaylığı kimi. Qara bayraqlar kədərə təslim olmaq istəməyən bir xalqın dünyaya mesajı idi. O faciə fərdi deyildi, fərqli də deyildi. İllərlə inandığı, yarandığı günü bayram etdiyi “Şanlı ordunun” başına gətirdiyi qanlı oyundan sarsılan bir xalqın faciəsi idi.
Və o günlərdə
Davam edir 37,
Daha kəskin,
Daha ciddi. (X.Rza)
dünyaya meydan oxuyan bir səs hələ də qulaqlarımdadır. O ağrılı günlərdə əli yerdən – göydən üzülən hər kəs o səsə üz tutub, o səsin ətrafına toplaşırdı. Bu milyonlarca səsin içində öz səsiylə seçilən Mirzə Xəzərin Səsi idi. Qorxmadan, ölümü belə gözə alaraq bu qanlı həqiqəti dünyanın kor gözünə dürtüb, kar qulağına hayqıran.
Mən, Mirzə müəllimə SƏSİniz həmişə uca olsun, deyirəm! Amma daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!
Gülnarə Cəmaləddin, şairə
Əvvəlki məqalə: ABŞ İranı işğal edəcək, işğalçı Ermənistan Qarabağı Azərbaycana qaytaracaq
Sonrakı məqalə: “Mirzə Xəzərin Səsi” vebsaytına göndərilən məktub
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6390