ABŞ İranı işğal edəcək, işğalçı Ermənistan Qarabağı Azərbaycana qaytaracaq
Təəccüblənməyin! Vallah, zarafat eləmirik! ABŞ İranı işğal edəcək, Rusiya dağılacaq, Orta Asiya ABŞ-ın hökmranlığı altına düşəcək, ABŞ Xəzər regionuna hegemonluq etməyə başlayacaq, Rusiya müttəfiqlərini itirəcək, Azərbaycan NATO-ya üzv qəbul olunacaq, Ermənistan işğal altında olan Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Bəs Ermənistanın sonu nə olacaq? Ermənistan da NATO-ya üzv qəbul olunacaq. Bir sözlə, Azərbaycan və Ermənistan müttəfiq olacaqlar. Nə vaxt? Əlbəttə ki, İran işğal olunandan sonra...
Yox, əziz oxucu, bütün bunları biz demirik. Bunu APA-nın Moskva müxbirinə rusiyalı politoloq, Müasir İran Tədqiqat Mərkəzinin baş direktoru Rəcəb Səfərov verib. Nə deyirdi Mirzə Ələkbər? Deyirdi ki:
Ax!...Necə kef etməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!
Mirzə Xəzər
18.01.2012
Əvvəlki məqalə: Müharibə: Düşmənin həmləsi dəf edilib, işğalçı geri çəkilir, qələbə yaxındır
Sonrakı məqalə: Qoy Mirzə Xəzər daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6389

heyder gelecek köhne peceyini atacaq chiynine gedecek Agdama ve ermeniler de qachacaq.tez olun alti rayonu boshaldin.hele yaddan chixmayib.Gerek o qeder güclü …oloq olasan ki, bele dahiyane fikir söyleyesen. Belede deyiler neyine shükür Ilahi.yeqin bu politoloqluq diplomunu ramiz mehdiyevden alib . direktorluga ise onu ilham aliyev teyin edib. yoxsa normal düshünce sahibi …