Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Müharibə: Düşmənin həmləsi dəf edilib, işğalçı geri çəkilir, qələbə yaxındır

Mirzə Xəzər 17 Yan 2012

no comments

azeri-haker-sayt 

 

 

Düşmən hakerləri Azərbaycanın saytlarını dağıdır, Azərbaycan hakerləri yubanmadan əks-hücuma keçib məharətli taktika və strategiya tətbiq edərək düşmən saytlarını sıradan çıxardırlar. Belə getsə işğalçılar geri oturdulacaq, qəsb edilmiş torpaqlar azad ediləcək və İlham Əliyev tarixə Fateh kimi adını həkk edəcək. Edəcək, amma əvvəlcə həmlənin istiqamətini cənuba yox, qərbə yönəltsin. Çünki Ermənistan cənubda yox, qərbdə yerləşir. İşğal edilmiş Qarabağ da Azərbaycanın qərbindədir. Bəs cənubda kim var? Cənubda İran dövləti var. Azərbaycan saytlarının “naməlum” hakerlər tərəfindən dağıdılmasından sonra Azərbaycan dilini bilməyən qisasçı “Pirates Crew“ İrana xərbə endirib. Çox əyləncəli həmlədir. Ağıllı hakerlərimiz yazırlar ki, “Bizim fəth eləmədiyimiz bir Antarktida qaldı, siz nə atılıb düşürsuz ki?” Gülüncdür? Yox, düz deyirlər. Heç kim atılıb düşməsin! Ancaq bir qeydimiz var. Bu haker oyununu icad edənlər unudurlar ki, İran Amerika kimi nəhəngə meydan oxuyan bir dövlətdir və Azərbaycanın onsuz da oxunmayan saytlarını dağıtmaq kimi uşaq oyununa əl atmaz. 

 

Belə görünür ki, haker oyunu Azərbaycan cəmiyyətinin diqqətini müzmin problemlərdən yayındırmaq üçün icad edilən yeni qeyri-ciddi taktiki uşaq oyunudur.


Mirzə Xəzər
17.01.2012

Əvvəlki məqalə: Mirzə Xəzər: 1990-cı ildə İmdad çağıran, nicat axtaran bir millətin fəryadı, naləsi hələ də qulaqlarımda səslənir!

Sonrakı məqalə: ABŞ İranı işğal edəcək, işğalçı Ermənistan Qarabağı Azərbaycana qaytaracaq

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6388

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin