Taksi sürücülərinin aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis qüvvələri gətirilib.
Bakıda, Nəqliyyat Nazirliyinin binası qarşısında 200 nəfərə yaxın taksi sürücüsünün etiraz aksiyası başlayıb.
“Media forum” saytı xəbər verir ki, aksiyaya sürücülərin nazirliyin rəsmiləri ilə görüşmək istəyinə müsbət cavab verilməməsi, əraziyə gələn polislərin onları dağıtmağa çalışması səbəb olub.
Sürücülər köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağadan narazıdırlar. Onlar problemin həllinə nail olmaq üçün yanvarın 16-da Nəqliyyat Nazirliyinin binası qarşısında toplaşıblar. Ancaq onların nazirliyin rəsmiləri ilə görüşmək istəyinə müsbət cavab verilməyib, polis sürücüləri ərazidən uzaqlaşdırmağa çalışıb.
Hazırda nazirliyin ətrafında polislərlə sürücülərin qarşıdurması davam edir. Sürücülər əsasən "Ədalət" və “İstefa” şüarları səsləndirirlər.
"Media forum"
POLİS SÜRÜCÜLƏRİ HƏBS EDİR
2012-01-16 - 15:32:00
“Media forum” saytı xəbər verir ki, taksi sürücülərinin Nəqliyyat Nazirliyinin qarşısında keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis qüvvələri gətirilib.
Nazirliyin qarşısındakı yolu bağlayan sürücülərlə polislər arasında qarşıdurma gedir, polis həbslər aparır. Sürücülər bir-birilərini imkanları çatdığı qədər müdafiə edirlər, hətta polisin saxladığı bir neçə aksiyaçı polis avtomobilindən düşüb qaça bilib.
Aksiyaçılar köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağanın götürülməsini istəyirlər.
Nəqliyyat Nazirliyinin rəsmiləri ilə görüşə bilməyən etirazçılar dövlət başçısından kömək umduqlarını vurğulayırlar.
Ərazidə qarşıdurma davam edir.
"Media forum"
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MİRZƏ XƏZƏRİN SƏSİ VƏ 20 YANVAR
Sonrakı məqalə: İlham Əliyev: Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6384