İlham Əliyev: Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır
Prezident İlham Əliyev deyib ki, “Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik”. Prezident əlavə edib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır.İlham Əliyev sonra iqtisadiyyat sahəsində qələbələrdən danışıb. Qeyd edib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələrin uğurla icra edilib, maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb, 94 min yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 %-ə, yoxsulluğun səviyyəsi isə 7,6 %-ə düşüb.
Və nəhayət İlham Əliyev 2012-ci ili idman ili elan edib.
Təbrik edirik! Yeni-yeni uğurlara doğru iri addımlarla irəli!
Mirzə Xəzər
16.01.2012
Əvvəlki məqalə: Taksi sürücülərinin aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis qüvvələri gətirilib.
Sonrakı məqalə: Mirzə Xəzər: 1990-cı ildə İmdad çağıran, nicat axtaran bir millətin fəryadı, naləsi hələ də qulaqlarımda səslənir!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6386
