Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Tarixin yaddaşı: 1991-ci ildə Heydər Əliyevin Mirzə Xəzər haqqında dedikləri

Mirzə Xəzər 12 Yan 2012

no comments

 heyder aliyev 

 

 

 

“Mən sizin verilişlərin Azərbaycanda çox böyük hörmət və ehtiramla qarşılanmasının şahidiyəm. Mən hesab edirəm ki, Sizin radiostansiya və xüsusən şəxsən Siz, Sizin adınız, Mirzə Xəzər, şəxsiyyət kimi Azərbaycanda çox məşhurdur və Sizi görməsələr də Sizin səsinizi həmişə eşidirlər və mən Azərbaycanda olduğum son bir ildə bunun canlı şahidi oldum ki, Sizə və Sizin verilişlərinizə çox böyük hörmət və ehtiram var. Mənə belə gəlir ki, Siz öz verilişlərinizlə Azərbaycan xalqında milli təfəkkürün, milli dirçəlişin, milli özünütanıma keyfiyyətlərinin, xüsusiyyətlərinin inkişaf etməsinə kömək edirsiniz və Azərbaycanda demokratiyanın inkişafını təmin etmək üçün Azərbaycanda demokratik qüvvələrə kömək edirsiniz. Ona görə də mən bir dinləyici kimi ilk növbədə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.


Sizin vasitənizlə sizə qulaq asan bütün dinləyicilərə müraciət edərək demək istəyirəm ki, mənim üçün çox mürəkkəb, amma qətiyyətli siyasi addımımı, kommunist partiyasını tərk etməyimi hamı, hətta bu gün partiyada qalan adamlar da düzgün başa düşsünlər. Mən bunu ancaq və ancaq Azərbaycan xalqının bu gün və gələcək səadəti naminə etmişəm və mənim burada heç bir şəxsi mənfəətim yoxdur . Mən sizin vasitənizlə Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, nə qədər çox adam demokratiiya yoluna yönəlsə, Azərbaycanın tam müstəqilliyi, siyasi və iqtisadi azadlığı uğrunda mübarizəyə qoşulsa, Azərbaycan xalqının gələcək həyatı daha da yaxşılaşa bilər. Və mənim atdığım addım, mənə belə gəlir ki, bir çox insan üçün nümunə olmalıdır.”


_____


Bu, Mirzə Xəzərin 1991-ci ildə Heydər Əliyevlə apardığı müsahibədən bir parçadör. Heydər Əliyevin səs yazısı Mirzə Xəzərin arxivindədir.

 

"Mirzə Xəzərin Səsi" qəzeti
13.01.2012
 

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: İlhamlı ölkədə ilhamsız köşə yazarları və Gena

Sonrakı məqalə: Mən sizin səsinizə pərəstiş edirəm

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6381

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin