Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Bir millət, bir dövlət, bir rəhbər” şüarı və demokratiya

Mirzə Xəzər 10 Yan 2012

no comments

 

 

turkey flag 

 

 

Türkiyədə tuthatutdur. Jurnalistlər, yazıçılar, generallar, ağzını açanlar, ağzı yumulu etiraz edənlər və hətta susanlar həbsə atılır. Ərdoğan “demokratiyası” Əliyev “demokratiyası”na bənzəməyə başlayıb. Kimin kimdən - Ərdoğanın Əliyevdən və ya Əliyevin Ərdoğandan ibrət dərsi götürdüyünü dəqiq söyləmək çətindir. Tarixin iti yaddaşı var... Deyilənlərə görə, Türkiyənin o dövrdəki  dövlət başçısı Süleyman Dəmirəl 1992-ci il seçkisində qalib gəlmiş Əbülfəz Əliyevə xalqdan aldığı hakimiyyəti seçkisiz-zadsız Heydər Əliyevə “hədiyyə” verməyə qane etmiş və bununla da Azərbaycanda demokratiya oyununa son qoyulmuşdu. Bunun nə qədər dəqiq olduğunu bilmirik, amma bilirik ki, əgər Türkiyə ictimaiyyəti bu, necə deyərlər, “demokratik açılılış”ın yolunu bağlamasa, “bir millət, iki dövlət” şüarı yox, “bir dövlət, bir millət, bir rəhbər” şüarı hər iki ölkədə həqiqətə çevriləcək. Azərbaycan haqqında təxmin irəli sürmək çətindir, ancaq Türkiyə haqqında fikir yürütmək mümkündür: Türkiyə ictimaiyyətinin müqavimət potensialı güclüdür və bu böhranın öhdəsindən gələ biləcəyinə ümid bağlamaq olar.

 

 

Mirzə Xəzər
10.01.2012
 

Əvvəlki məqalə: Ğüc aldı vətən torpağı azadlığımızdan

Sonrakı məqalə: Məlahət Ağacanqızı: İlhamlı ölkədə ilhamsız köşə yazarları və Gena

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6379

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin