Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Ğüc aldı vətən torpağı azadlığımızdan

Mirzə Xəzər 06 Yan 2012

no comments

1998-ci ildə Azadlıq radiosunun bağlanmasına etiraz olaraq yazılmış şer

 


Vidadi Vaqifoqlu


Ğüc aldı vətən torpağı azadlığımızdan,
Azadlığımız doğdu da irşadlığımızdan.
Dağ yardı Azadlıq da efir dalğalarıyla,
Dünyaya xəbər yaydı bu Fərhadlığımızdan.
Azadlığı daddıqca, eşitdikcə sevindik,
Ğöz yaşları tökdük nə qədər, şadlığımızdan.
Dünyada vətənçün nə qədər iş ğörür onlar,
Biz kəc baxırıq doğmalara yadlığımızdan.
Azadlığı boğmaq məğər ustadlıq olurmu,
İş ğör ki, ucalsın vətən ustadlığımızdan.
Dəhşətli 37 keçibdir, hələ bizlər
Əl çəkməmişik əski o cəlladlığımızdan.
Meydan sulayır düşmanımız can Qarabağda,
Boş-boş hələ qeybətdəyik arvadlığımızdan.
Ey Mirzə Xəzər, yaz bunu da çağla Xəzər tək,
Car çək və danış sən yenə bərbadlığımızdan.
Sizlər də verib əl-ələ bizlərlə bərabər
Azad eləyək yurdu xarabadlığımızdan.
Ğəl, ğəl vətən övladı, azadlıq deyə bir qalx,
Ğəl fayda verək millətə övladlığımızdan.

 

Bu şer vaxtilə nəşr olunsa da ünvanına yetişməmişdi. Hesab edirəm ki, artq şer öz ünvanına yetişdi. Təşəkkür edirəm. 06.01.2012

 

Əvvəlki məqalə: Prezident Sarayında saatlar xarab, təqvim köhnə, məntiq xəstə, şərab şirindir

Sonrakı məqalə: “Bir millət, bir dövlət, bir rəhbər” şüarı və demokratiya

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6378

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin