Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Prezident Sarayında saatlar xarab, təqvim köhnə, məntiq xəstə, şərab şirindir

Mirzə Xəzər 04 Yan 2012

no comments

uzum 

 

 

1969-cu ildə Azərbaycanda üzüm istehsalı 272 min ton idi. Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bəs sonra? Sonra, Moskvada hakimiyyət pis adamların əlinə keçdi. Bəli, sonra? Sonra SSRİ-də antialkoqol kampaniyası başladı. Sonra Heydər Əliyevin zəhməti hesabına yaradılmış üzüm bağları məhv edildi. Sonra? Sonra Heydər Əliyev bunun qisasını aldı. „Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra“ üzümçülük yenidən inkişaf etməyə başladı. Pis nağıldır? Yox, əsla! Bu cür nağıllar uşaq bağçalarındakı körpələrimizi hələ uzun illər pərəstişkarlıq ruhunda tərbiyə edəcək...

 

Bu nağılı biz yazmamışıq, İlham Əliyevin qərarlarının mətnini yazanlar yazıb. Bu sözlər İlham Əliyevin təsdiq etdiyi 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramındandır. Bəs saat? Saat o deməkdir ki, bütün otaqlarda saatlar xarab olub, təqvim köhnəlib, məntiq xəstələnsə də, prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun otağında saat tıqqıldayır, təqvim vərəqlənir, məntiq fışqırıb daşır.

 

Yeni Müsavat“ iddia edir ki, Azərbaycanda şərab istehsalı prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun tam inhisarındadır, yəni faktiki olaraq hakimiyyətdəki Əliyev klanının, 1969-cu ildə üzüm istehsalını 2 milyon tona çatdıran Heydər Əliyevin varislərinin ixtiyarındadır.  

 

Mirzə Xəzər
05.01.2012


 

Əvvəlki məqalə: Ayətullah Şirazı Azərbaycan hökumətini xalqa qarşı münasibətini dəyişməyi məsləhət görür

Sonrakı məqalə: Ğüc aldı vətən torpağı azadlığımızdan

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6377

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin