Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Dünyanın sonu, Bjezinskinin münəccimliyi, meksikalı cadugərin etirazı, Mirzə Xəzərin kitabı

Mirzə Xəzər 04 Yan 2012

2 comments

Reuters Photo B. Montoya 

Reuters, photo B. Montoya

 


Söz uçar, yazı qalar

 

Uçarmı? Qalarmı? Söz bəzən uçub gedər, bəzən uçmaz, qalar, yazı da bəzən qalar, bəzən yox olub gedər. Belə görünür ki, latınca – “Verba volant, scripta manent” kəlamını yanlış tərcümə ediblər. Qədim latın kəlamının dəqiq tərcüməsi – “söylənən sözlər uçub gedər, yazılan sözlər qalar”. Düzdürmü? Söyləmək çətindir. Elə söz var ki, əbədi qalar, elə yazı var ki, əbədi itər. Bunu nəzərə alaraq, son səkkiz ildə söylənənləri, yazılanları, deyilənləri bir kitabda toplayıb yaxın həftələrdə çap etdirmək qərarına gəlmişik. Kitabın adı? Hələ qəti qərar verməmişik: ya “Mirzə Xəzərin Səsi” olacaq, yaxud “Mirzə Xəzərin Sözü”. Kitab yaxın həftələrdə oxuculara qonaq gələcək!


Dünyanın sonu gəlmir, rahat olun...


Dünyanın sonu gəlmir və heç vaxt gəlməyəcək. Maya təqvimini insan oxuyub və yanlış nəticə çıxardıb. Amerikalı politoloq Zbiqnev Bjezinski “Foreign Policy” jurnalında dərc olunan “Amerikanın qürubu və dünya gücünün böhranı” adlı münəccimliyini maya təqvimini yozub 2012-ci ildə dünyanın sonu gələcək deyib insanları çağdıran sehrbazların münəccimliyindən az fərqlənir. ABŞ-ın süqutunu yuxusunda görən Bjezinski ABŞ-ın süqutundan ziyan çəkəcək 8 ölkənin içərisində Azərbaycanın da adı var. Qəribə münəccimlikdir. Azərbaycan müstəqilliyini qazanandan sonra Zbiqnev Bjezinski AMOCO şirkətinin Xəzər dənizi üzrə baş məsləhətçisi idi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə gəlməsində Rusiyanın mühüm rol oynadığına şübhə edən bəzi mənbələrə əsasən, Heydər Əliyevin hakimiyyətə gəlməsinə ən çox Rusiya yox, AMOCO, British Petroleum kimi nəhəng neft şirkətləri sevinirdilər. Heydər Əliyevin ilk addımlarından biri Hyustonla, AMOCO şirkətinin qərargahı ilə münasibətlərin təməlini qoymaq olmuşdur. Sonralar Britaniyanın “British Petroleum” nəhəngi hərəkətə keçərək AMOCO şirkətini “aşırdı”. Zbiqnev Bjezinski işsiz qalmadı. Xəzərdə neft olduqca Bjezinksi də var olacaq. Təsadüfi deyildir ki, Zbiqnev Bjezinski və onun bu gün İsveçdə səfir olan oğlu Mark uzun illər Əliyev hökuməti üçün Vaşinqtonda lobbiçiliklə məşğul olmuşlar.


Bjezinskinin Amerikanın süqutu barədə söylədiklərinə ciddi baxmayın. ABŞ-ı süqut gözləmir. Niyə? Çünki, Meksikanın çox məşhur falçısı Antonio Vaskes Alba Yeni İl ərəfəsində mətbuat konfransında çıxış edib demişdir ki, hindi Maya qəbiləsinin münəccimliyi yanlışdır – dünyanın axırı gəlməyib və gəlməyəcək.


Ruhdan düşməyin! Söz uçar, yazı qalar!


Mirzə Xəzər
04.01.2012

 

Əvvəlki məqalə: Köhnə il getdi, təzə il gəldi. Köhnə vədlər getdi, İlham Əliyev təzə vədlər verdi

Sonrakı məqalə: Ayətullah Şirazı Azərbaycan hökumətini xalqa qarşı münasibətini dəyişməyi məsləhət görür

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6373

Şərhlər

(Cavab formasına keç)

  1. ali 138 gün bundan əvvəl dedi

    Vaxti ile heyder de uzüne sari krem sürtüb gedirdi suretin yanina ve nemete deyirdi ki ,surete de men qcalmisham bir ayagim ordadir. yani aldaib salirdi tora .Bizejinski de ele oyun oynanyir.onun deyimleri iki ve daha artiq bashlidir. yani biri yalniz sadelöhv hazirlanib ki bu yazini oxuyub hereket etsinler ,móvqey göstersinler ,< kartlarini> achsinlar. Kitabiniz ise adindan asli olmayaraq sebirsizlikle gözleyirik.

  2. ali 138 gün bundan əvvəl dedi

    Vaxti ile heyder de uzüne sari krem sürtüb gedirdi suretin yanina ve nemete deyirdi ki ,surete de men qcalmisham bir ayagim ordadir. yani aldaib salirdi tora .Bizejinski de ele oyun oynanyir.onun deyimleri iki ve daha artiq bashlidir. yani biri yalniz sadelöhv hazirlanib ki bu yazini oxuyub hereket etsinler ,móvqey göstersinler ,< kartlarini> achsinlar. Kitabiniz ise adindan asli olmayaraq sebirsizlikle gözleyirik.

Fikrinizi bildirin