Qəflətdən oyanan ziyalılar və ya "tərpənmə, amandır, bala, qəflətdən ayılma"
“Azərİslam” portalı yazır ki, qəflət – insanı toruna sala biləcək ən təhlükəli şeytan hiyləsidir...Qəflət yaman şeydir. Qəflət təhlükəlidir. Qəflətin pəncəsinə düşən insanlar zamanın daşıdığı müsibət və bədbəxtliklərlə özlərini xoşbəxt sayırlar. Beləcə günlər keçir, zaman uzanır, onlar isə bu halları ilə razılaşırlar və hər şeyə təslim olurlar. Bu günlərdə bəzi ziyalılar qəflətdən oyandıqlarını gur səslə nümayiş etdirdilər. Hamısı yox, bəziləri...
Azərbaycanda 18 ildir rüşvət, korrupsiya, özbaşınalıq mövcuddur, amma bəzi ziyalılar 18 il sonra başa düşüblər ki, avtoritar rejim və rejimin məmurları xalqa zülm verirlər. 18 ildir Azərbaycanı yalan idarə edir, amma onlar 18 il sonra ayılıb görüblər ki, ölkədə yalan hökm sürürmüş. Tələsməsinlər. Səbrli olsunlar. Yenə 18 il gözləsinlər. 18 il də gözləsələr başa düşərlər ki, ölkədə bir ailənin hakimiyyəti mövcuddur. 18 illik qəflətin sonu gəlir. Bu oyanış daimidir, yoxsa müvəqqəti, dəqiq bilmirik. Amma buna da şükür...Afərin belə ayıq, aydın ziyalılara, onların tükənməz səbrinə alqış, alqış və yenə alqış!
Mirzə Xəzər
30.12.2011
Əvvəlki məqalə: Mirzə Xəzər: "Fransanın erməni məsələsində radikallaşması Azərbaycana da həyəcan siqnalı olmalıdır"
Sonrakı məqalə: Yeni İliniz mübarək!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6368
