Sakit olun, rəsmi Bakı tələsik addım atmaq istəmir, gözləmə mövqeyi tutacaq
“Bir millət, iki dövlət” konsepsiyası sınaq dövrünü yaşayır. Azərbaycan Milli Məclisi Fransa Milli Məclisinin “erməni soyqırımı”nın inkarı ilə əlaqədar qanun layihəsini qəbul etməsinə məsələsində Türkiyənin yanında olduğunu bəyan etsə də, Türkiyənin strateji müttəfiqi olan Azərbaycan hökuməti tələsik addımlar atmamaq və gözləmə mövqeyi tutmaq qərarına gəlmişdir. Bu qərarı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mətbuat konfransında bəyan edib.
Müdrik qərardır. Elmar Məmmədyarov bildirib ki, “bu, mərhələli prosesdir, ancaq biz məsələni təhlil edir, yaxından izləyir və izləyəcəyik”. Məmmədyarov “mərhələli proses” deməklə onu nəzərdə tutur ki, Fransa parlamentinin aşağı palatası olan Milli Məclisdə 580 deputatdan 50-sinin səsi ilə qəbul edilib və bu qərar hələ parlamentin yuxarı palatasında, Senatda müzakirə edilməli və təsdiq edilməlidir. Məhz bu səbəbdən rəsmi Bakı gözləmə mövqeyi tutacaq və tələsik addımlar atmayacaq.
Dekabrın 23-də Bakıda Fransa səfiirliyinin qarşısında keçirilmiş və dövlət telekanallarında təbliğ edilən etiraz aksiyasına gəldikdə, bu nümayişin gözdən pərdə asmaq üçün təşkil edildiyini dərk etmək üçün münəccim olmaq lazım deyildir.
Mirzə Xəzər
23.12.2011
Əvvəlki məqalə: Irandan şantaj: “Əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir“
Sonrakı məqalə: Diktatorların aqibəti: Şimali Koreyada matəm, Azərbaycanda bayram
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6355
