Nərimanabadda gərinlik, Masallıda aclıq aksiyası, NZS-də 168 ailə küçələrdə
Lənkəranda tutulan balıqçıların buraxılması üçün hökumətə iki gün vaxt verildi; Masallıdakı aclıq aksiyası isə böyüyür, Bakının NZS qəsəbəsində 168 ailə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin onların evini dağıtmaq planına qarşı mitinq keçirib.
Dekabrın 15-də polis və sərhədçilərlə qarşıdurma zamanı həbs olunmuş Lənkəranın Nərimanabad-2 kənd sakinlərindən 4 nəfər hələ də azad edilməyib. Kənd sakinlərindən birinin verdiyi məlumata görə, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov balıqçılarla görüşdə söz verib ki, tutulan 4 nəfər həftənin 4-cü günü azad olunacaq.
Camaat da hələlik başçısının verdiyi vədin reallaşmasını gözləyir. Əgər onlar azad edilməsə, 2 gün sonra kütləvi etirazlar davam etdiriləcək. Kənddə isə ümumi vəziyyət qeyri-sabitdir. Balıqçılara müvəqqəti də olsa balıq ovuna getməyə icazə verilir.Hazırda Nərimanabadda post-patrul maşınları var, polis keşik çəkir. Rayon rəhbərliyi hər an aksiyaların keçiriləcəyindən ehtiyatlanır. Nərimanabadın başqa bir sakininin sözlərinə görə, kənd camaatı çox narahatdır. Onlar növbəti həbslərin olacağını istisna etmirlər: “Bizə deyiblər ki, yenə belə bir aksiya təşkil edilsə, həbslər olacaq”.
“Azadlıq” qəzetinə danışan kənd sakinləri isə deyiblər ki, daha 5 nəfər həbs olunacaq: “Camaat övladını bayıra buraxmır. Kimlər ki, fəaldır, onları tutacaqlar. Sərhəd Qoşunları bizdən əl çəkən deyil. Həbs dalğası davam edəcək”.
Masallıda aclıq aksiyası davam edir.
Bakıdan gedən vətəndaş cəmiyyəti nümayəndələri dekabrın 20-də Masallıda aclıq aksiyası keçirənlərə baş çəkib. Ziyalılar Birliyinin rəhbəri Məmmədağa Zeynalov “Turan”a deyib ki, “Hər evdə aclıq” şüarı ilə keçirilən aksiya dekabrın 18-də başlayıb: “Aksiyada rayonun 8 kəndinin təxminən 40 sakini iştirak edir.
Əhali icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən çox narazıdır. Bu şəxs bütün rayonu ələ keçirməyə və özəlləşdirməyə çalışır. Onun adamları yerli sahibkarların əmlakını əllərindən alır, respublika orqanları isə rayon sakinlərinin şikayətlərinə məhəl qoymur. Bütün bunlar rayonda gərginliyin artmasına səbəb olur”.
NZS qəsəbəsində gərginlik davam edir.
Dünən Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsinin sakinləri bu ərazidən keçən magistral yolu bağlayaraq izdihamlı aksiya keçiriblər. Sakinlərin kütləvi şəkildə küçələrə tökülməsinə səbəb onların evlərinin Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən söküləcəyi ilə bağlı bildiriş almaları olub. Aksiya xəbərini alan kimi dərhal hadisə yerinə yollandıq.
Aksiya başlayan kimi 168 ailənin üzvləri qəsəbənin ərazisindən keçən magistral yolu bağlamağa cəhd göstərdilər. Daha sonra sakinlər küçənin yanındakı ARDNŞ-in çəkdirdiyi tikanlı məftilli divara tərəf toplaşdılar.
Əvvəlki məqalə: Lənkərandan haray: Nərmanabad hadisələrini ört-basdır etmək istəyirlər
Sonrakı məqalə: „Ay alan, çox ucuz qiymətə hər şey satıram!“ və ya korrupsiyanın anatomiyası
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6345
