Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Siyasi məhbus Tural Abbaslının evi söküldü, anası və qardaşları tutuldu

Mirzə Xəzər 18 Dek 2011

no comments

t_abbasili_ev-1(1) 

 

 

Dekabrın 18-i axşam saat 18 radələrindən başlayaraq gecə saatlarınadək Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Tural Abbaslının Bakıda, Səməd Vurğun küçəsində (Heydər Əliyev Sarayının yaxınlığında) yaşadığı ev tamamilə sökülüb.

 

Media forum” xəbər verir ki, ev sahibləri evin sökülməsinə etiraz ediblər, texnikanın qarşısını kəsməyə çalışıblar. Əraziyə çoxlu jurnalist və ictimaiyyət nümayəndəsi yığışıb. “Musavat.com” saytının yazdığına görə, Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun başçılığı ilə polis və mülki geyimli dəstə vicdan məhbusunun anası Baxşıxanım, qardaşları Teymur və Toğrul Abbaslını 21-ci polis bölməsinə aparıblar.

 

Tutulanlar arasında müsavatçılar Tural Hacıbəyli, Abid Süleymanlı, AXCP üzvləri Dəyanət Babayev və Əlirza Muxtar da olub.

 

Polis əməkdaşları ərazini etirazçılardan təmizləyəndən sonra binanın söküntüsü başlanıb və gecə saatlarında bina tamam sökülüb.

 

Başxanım Abbaslı saxlanmamışdan öncə jurnalistlərə deyib ki, bina sakinlərinə heç bir xəbərdarlıq olunmadan söküntüyə başlanıb: “Göründüyü kimi, heç bir yerə lent çəkilməyib, söküntü işarəsi qoyulmayıb. Sakinlərə öz əmlaklarının çıxarılmasına imkan verilməyib”.

 

B.Abbaslı saxlandıqdan sonra “Musavat.com”a telefonla bildirib ki, polis ona qarşı xüsusi amansızlıq edib: "Süleyman Nemətov məni zorla, kobudluqla maşına mindirdi”. O deyib ki, aidiyyəti qurumlara müraciət edəcək: “Ramil Usubovun bu məsələyə münasibət bildirməsini tələb edirəm”.

 

Media Forum 

Əvvəlki məqalə: Diktator ata getdi, diktator oğul taxta oturdu

Sonrakı məqalə: Nərimanabadda fövqəladə vəziyyət davam edir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6333

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin