Lənkəranda fövqəladə rejim, Nərimanabad sakinləri qorxu içində yaşayır
Qəsəbəyə daxil olanların kimliyi yoxlanılır, qonşu kəndlərin sakinləri təzyiqlə üzləşir.
Balıqçılara «narkotik alverçisi» damğası vurulur; telekanallar da onlara qarşı kampaniyaya başladı.
Lənkəranın Nərimanabad-2 qəsəbəsinin girişində polis postu qurulub. Sakinlər qorxu içində yaşayır. Qəsəbədə gərginlik hökm sürür. Ərazini Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri mühasirəyə alıb. Insanlar onların kəndə hücum edəcəklərindən ehtiyat edir. 5 mindən çox əhalisi olan Nərimanabad-2-nin əhalisinin cəmi bir dolanışıq obyekti var - o da balıqçılıqdır. Onu da camaata çox görürlər.Polislər ərazidə gücləndirilmiş iş rejiminə keçiblər. Qəsəbə tamamilə mühasirəyə alınıb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb. Nərimanabad-2-yə təşrif buyuranların kimliyi yoxlanılır. Yalnız qəsəbə sakinləri kəndə daxil ola bilir. Hətta qonaq gələnlər belə, əziyyət çəkməli olurlar...
Ramin DEKO ("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: İlham Əliyevə yeni mükafat: Prezident “Balkanların ləyaqətli dostu” mükafatına layiq görülüb
Sonrakı məqalə: Mözücə: İraq Kürdüstanından Azərbaycana qaçaq yolla neft daşınır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6328
