Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycanda yoxsulluq problemi həll edilib, özü də birdəfəlik...

Mirzə Xəzər 11 Dek 2011

1 comment

yoxsul 

 

 


Amerikada yoxsullar var, işsizlər var, evsizlər var. Azərbaycanda yoxsul yoxdur, işsiz yoxdur, evsiz heç yoxdur. Almaniyada yoxsullar var, işsizlər var, evsizlər var. Azərbaycanda yoxsul yoxdur, işsiz yoxdur, evsiz heç yoxdur. Niyə? Çünki Amerikanı naşı və səriştəsiz prezident, Almaniyanı isə heç nədən başı çıxmayan bir arvad xaylağı kansler idarə edir. Bəs Azərbaycan? Azərbaycana isə təcrübəli, müdrik, səriştəli prezident başçılıq edir.


Azərbaycanın Ermənistanın Barana rayonunda anadan olan iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, “ölkə üzrə yoxsulluq səviyyəsi 5,4 dəfə - 2001-ci ildəki 49%-dən 2010-cu ilin sonuna 9,1%-ə qədər azalıb". İlham Əliyev ölkədə minimum aylıq əmək haqqını 10 faiz artırıb 93,5 manata yüksəltmişdir. Ekspertlərin hesablamalarına əsasən, ay ərzində ölkədə əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,69 manat təşkil edib. Fərq vur-tut 75,19 manatdır. Beləliklə Azərbaycanda ayda 93 manat maaş alıb 168 manat xərcləyə bilirlər. Böyük nailiyyətdir! Obama və Merkelin buna gücü çatmaz. Çünki onlar həqiqəti xalqdan gizlədə bilməzlər...Bunu ancaq İlham Əliyev bacarar. Təbriklər!

 

Mirzə Xəzər
11.12.2011
 

Əvvəlki məqalə: İran Dövlət Televiziya və Radio Verilişləri İdarəsinin rəsmisi Azərbaycana buraxılmayıb

Sonrakı məqalə: İlham Əliyevin dini ədəbiyyatla mübarizəsi təhlükəli oyundur

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6258

Şərhlər

(Cavab formasına keç)

  1. ali 162 gün bundan əvvəl dedi

    vaxti ile heyder de Azerbaycani qirmizi katorqaya dönderib kechici qirmizi bayraqlar alirdi. vetendashlarimiz ise et ve yag üchün qonshu respublikalara üz tüturdu. nece deyerler ot kökü üstünde biter ,heyder qeder yalanchi yaltaq ,qeddar ,cinayetkar ve korrupsioner o zaman hech bir respublikada yox idi. indi de onun qumarbaz oglu dedesini iteleyib ,oturub yerinde. Analoqu olmayan, fenomenal yalan ve korrupsiya ,daxili soyqrim siyaseti ile. qazet elinde tv elinde yaltaqlardaki növbeye durub. vetendashlarda ki …

Fikrinizi bildirin